Daha 58 nəfər xaricdə təhsil alacaq

-
Xaricdə təhsil almaq üçün sənəd verən daha 58 namizəd haqda müsbət qərar verilib.
Təhsil Nazirliyinin saytında yerləşdirilmiş məlumata görə, həmin tələbələr təhsilini Türkiyə (36 nəfər), Böyük Britaniya (11 nəfər), Avstraliya (3 nəfər), İtaliya (2 nəfər), Kanada (2 nəfər), Malayziya (1 nəfər), ABŞ (1 nəfər), Rusiya (1 nəfər) və Macarıstanda (1 nəfər) rezidentura (23 nəfər), bakalavriat (20 nəfər), magistratura (14 nəfər) və doktorantura (1 nəfər) səviyyələrində tibb, iqtisadiyyat, mühasibat uçotu, maliyyə, mühəndislik, nanotexnologiya, kompüter elmləri və turizm ixtisasları üzrə davam etdirəcəklər.
Prezident yanında Təhsil üzrə Komissiya Dövlət Proqramı çərçivəsində 2013-2014-cü tədris ilində bu günə qədər xaricdə təhsil almaq üçün sənəd verən 152 namizəd barədə müsbət qərar verib.