-
Baş Prokurorluq Milli Şura üzvlərinin kütləvi iğtişaşlar yaratmasına dair iddianı araşdırır. «El» Hərəkatının rəhbəri Eldar Namazov avqustun 29-da Respublika Prokurorluğunda dindirilib, avqustun 30-da isə hərəkatın sədr müavini və Milli Şura üzvü Köçəri Nağıyev Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə çağırılıb.
«GEDİRƏM İLHAM ƏLİYEVİ DƏSTƏKLƏMƏYƏ»
Milli Şura üzvləri «El» Hərəkatının keçmiş üzvü Əflan İbrahimovun iddiası üzrə dindirilir. Onun bir həftə əvvəl yaydığı açıqlamaya görə, Milli Şuranın toplantılarında seçkilər dövründə ölkədə iğtişaşlar yaratmaqla bağlı çıxışlar edilib.
Əflan İbrahimov avqustun 30-da keçirdiyi mətbuat konfransında deyib ki, Milli Şuranın bir iclasından sonra qurumun namizədi qeydə alınmayacağı halda Bakıda və rayonlarda xaos yaradılacağı barədə eşidib:
«Mən dedim ki, bu işə razı deyiləm. Çünki həm Əfqanıstan, həm də Qarabağ müharibəsi veteranıyam. Mən vətənpərvər bir oğlanam, öz ərizəmlə dörd uşağım ola-ola hərbi hissədə siyasi işlər üzrə müavin olmuşam. Bunu necə qəbul edə bilərəm? Qalxdım ayağa, dedim ki, «bəyanat verib ailəm, nəslim, dostlarım, qohumlarımla birlikdə İlham Əliyevin namizədliyini dəstəkləməyə gedirəm»».
GÜLMƏLİ İDDİA
Eldar Namazov isə AzadlıqRadiosuna müsahibəsində Milli Şuraya qarşı iddianı «şər, böhtan» adlandırıb. Onun dediyinə görə, bu iddianı irəli sürənlərin əlində heç bir fakt yoxdur:
«Guya ki, iğtişaşlarla bağlı müzakirələr Milli Şuranın qapalı iclasında olub. Bunun belə olmadığı üzə çıxıb. İndi uşaq söhbətləri edirlər ki, kimsə kimisə qırağa çəkib qulağına nəsə pıçıldayıb. Bunu heç kim sübut edə bilməz, gülməli iddialardır. Bu yolda biz tərəfdən heç bir qeyri-qanuni hərəkət ola bilməz. Ona görə ki, biz məhz qanunun aliliyini təmin etmək uğrunda mübarizə aparırıq».
Eldar Namazov deyir ki, bu yollarla Milli Şuranın işini dayandırmaq, onları qorxutmaq mümkün olmayacaq. Namazovun dindirilməsi sentyabrın 2-də davam edəcək.
Kütləvi iğtişaşlar iddiası 2005-ci il parlament seçkisi öncəsi həbsləri yada salır. Həmin ərəfədə aralarında İqtisadi İnkişaf naziri Fərhad Əliyev və Səhiyyə naziri Əli İnsanov olmaqla bir neçə yüksəkçinli dövlət məmuru həbs olunmuş, onlara dövlət çevrilişinə cəhd ittihamı ilə cinayət işi açılmışdı.
Bu ilin əvvəlində isə NİDA Vətəndaş Hərəkatının bir neçə üzvü iğtişaş məqsədilə qanunsuz partlayıcı maddələr saxlamaqda ittiham olunub. Hazırda həbsdə olan REAL Hərəkatının sədri İlqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqubluya qarşı da ittihamlar məhz ictimai qaydanı pozmaq, vətəndaşları iğtişaşlara təhrik etmək üzərində qurulub.
HƏDƏFDƏN YAYINMAQ VƏ ÖZÜNÜMÜDAFİƏ
Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayılın fikrincə, iğtişaşlarla bağlı informasiya mənbəyi öncədən hazırlanmış şəxslərdir, diktəylə hərəkət edirlər və buna da rəsmi reaksiya verilir. O, hər seçkiöncəsi oxşar ittihamların ortaya atılmasına diqqət çəkir:
«Elə bir əməliyyat yaradıcılıqları da yoxdur. İndiyəcən gəncləri, jurnalistləri ya psixotrop maddələr, ya da xuliqanlıq ittihamıyla saxlayıblar. Həbslər təkrar maddələrlə baş verir. Cəmiyyət də bunlara miskincəsinə reaksiya verir, haqsız olduqlarını bilsələr də. İctimai rəy olmadığından dəfələrlə təkrarlayırlar, özlərinin də çox istedadsız olduqları üzə çıxır».
İlham İsmayıl mətbuatda «korrupsiya ilə bağlı yazılanlara niyə cinayət işi qaldırılmır» sualını verir və süni həbslər, ajiotaj yaratmaqda məqsədin Milli Şuranı hədəfindən yayındırmaq olduğunu deyir:
«Məqsəd yalnız hədəfdən yayındırmaqdır ki, seçkiylə, hakimiyyət uğrunda mübarizə ilə yox, özünümüdafiəylə məşğul ol. Yəni, özünə haqq qazandır ki, belə deyil».