yaxud Sara ilə Samralın unudulmaz seks sərgüzəştləri. Əkrəm Əylisli gənc yazar Şəhriyar del Geraninin romanı haqqında
-
"Görəsən, ədəbi gəncliyimizin bir bölük yeni yazarının varlığına intihar hörüyü kimi sarınmış bu mənəvi onanizmin və seksual manyaklığın sonu tezmi olacaq?"
""İntihar hörüyü" əsərini bir oturuma oxudum və oxumağıma peşman olmadım".
Yazıçı Əkrəm Əylisli bu məqaləsi ilə gənc yazar Şəhriyar del Geraninin "İntihar hörüyü" romanının "Oxu zalı"nda başlanmış müzakirəsinə qoşulur.
Əkrəm Əylisli
YENİ DÖVRÜN TƏHMİNƏ VƏ ZAURU,
yaxud Sara və Samralın unudulmaz seks sərgüzəştləri
1
Əvvəla onu deyim ki, hər hansı bir yeni yazarın əsərini oxumağa başlayanda mən öncədən xeyli həyəcanlı oluram. Bunun bir neçə səbəbi var.
Səbəbin birincisi budur ki, ədəbiyyatımızın bugünkü mənəvi durğunluq dövründə mənim olan-qalan ümidim bu yeni yazarlaradır. Mütiliyin, məddahlığın kəllə-çarxa çıxdığı zəmanəmizdə özlərinin gənclik qismətinə düşən həyatı azad və asudə yaşamağa çalışan, böyüklərin hər sözünə inanmayan, ömrünü özündən dahi qayırmağa həsr edənləri heç it yerinə də qoymayan – ipə-sapa yatmaz – bu dəlisov gəncliyin ədəbi həyatımızda öz tarixi vəzifəsini yerinə yetirəcəyinə, Əli Kərim demişkən, mənim “bir dəli ümidim var”. Bir də - gənc müəlliflərin indiyəcən oxuduğum əsərlərinin məndə doğurduğu çoxsaylı suallar.
Məsələn:
- bu yeni yazarların yazı dili niyə bu qədər pintidir?
- niyə bunlar cümlə quruluşuna, söz düzümünə bu qədər biganədir?
- bu nəslə mənsub olan yazarların bir çoxunun yazı ovqatı, yazı manerası niyə bu qədər biri-birinə bənzəyir?
- niyə bunlardan ötrü insanın seksual həyatı həyatın özündən maraqlıdır?..
Yeni yazarların əsərlərini hələ oxumamış məni əvvəlcədən dərd götürür:
- müəllifin “roman” adlandırdığı bu, bülleten boyda, nazik kitabçada – söyüşün, əttökən, qulaqdeşən sözün miqdarı görəsən nə qədərdir.
Və indi ədəbdənkənar sözlərin görünməmiş mətbu bolluğunda kitablardakı biədəb sözlərlə rastlaşanda şəxsən özümlə bağlı bir neçə əhvalat hər dəfə yadıma düşür.
Sizə nədən deyim – 1970-ci illərin axırlarından.
O vaxt mən “Azərbaycan” jurnalının baş redaktoru vəzifəsində işləyirdim. Gözəl yazıçı və dramaturq (indi rəhmətlik) Rəhman Əlizadənin “Əncir qurusu” adlı hekayəsi jurnalda dərc edilmişdi və həmin hekayədəki üç kəlmə sözə görə - Yazıçılar İttifaqından tutmuş, Mərkəzi Komitəyəcən dünya-aləm bir-birinə dəymişdi.
Söz də nə söz: “...dalından hava buraxıb...”. – Bu sözləri, Rəhman Əlizadənin hekayəsində, özünün cəbhədəki “şücaətlərindən” danışan bir gopçu qədeş deyirdi. Guya bu qədeş, müharibə vaxtı, Hitlerin generallarının kerasin lampa işığında oturduğu hansısa fantastik bir məkanda – özünün “daldan buraxdığı hava” ilə o lampanı söndürüb, bir bölük faşist generalını qaranlıqda qoymuşdu. Vəssalam – hekayədə bundan savayı millətimizi alçalda biləcək özgə heç nə yox idi. Buna baxmayaraq, o üç kəlmə sözə görə “Azərbaycan” jurnalına qarşı hücumlar bəlkə yarım ildən də çox davam elədi. O vaxtın – indikilərdən heç bir fərqi olmayan milli əxlaq və qeyrət təəssübkeşləri iclasda, toyda-yasda xeyli vaxt yalnız bu barədə danışdı.
Və bu söhbət qurtarmamış məmləkətin mötəbər şair və yazıçıları – hələ jurnal satışa çıxmamış – hardansa əldə etdikləri nüsxələrdə “qədeşin” faşist generallarına qarşı “hava hücumundan”da betər bir söz tapıb, ölkəni mənə və jurnala qarşı əlbəəl ayağa qaldırdılar. Bu söz mənim “Gilənar çiçəyinə dediklərim” adlı povestimdəki “klarnet” sözü idi. Bu sözü 71 min tirajla çap edilmiş jurnaldan pozmaq üçün şəxsən Mərkəzi Komitənin katibi bütün redaksiya və mətbəə işçilərini səfərbər etməli oldu. Çünki o “klarnet” adi klarnetlərdən deyildi. Və bizim abır-həya nümunəsi olan xalqımızın arasında o klarneti çala biləcək bir nəfər də qız-qadın ola bilməzdi! Halbuki mənim povestimdə o söz oxucu diqqətini çəkmək üçün şirnikləndirici “primanka” deyildi. O klarnet əhvalatını öz povestimdə mən istisna hal, fövqəladə hadisə kimi təsvir eləmişdim.
O dövrün belə absurd qadağalarını yada salanda istər-istəməz düşünməli olursan:
- indi gənc yazarların – heç bir mədəni orqanizmin həzm edə bilmədiyi – sözlərə bu qədər aludə olmağının günahı bəlkə heç onların özündə deyil? Bəlkə bu, millətimizin abır-ismət məsələlərində fövqəladə özünəməxsusluğundan bir vaxt boğazdan yuxarı dəm vurduğumuza görə indi Allahın bizə verdiyi cəzadır, ibrət dərsidir. Hər bir bəd əməlin cəzasını bir gün Allah hökmən verməlidir. Bunsuz onun Allah olmağa haqqı olmazdı.
Hətta mənə hərdən elə gəlir ki, tərbiyəsiz uşaqların bir vaxt qorxa-qorxa çirkli divarlara yazdığı sözləri indi qorxmadan öz kitablarına köçürən yeni dövrün bir çox yazarları yaxın keçmişimizin o “boğazdan yuxarı” əxlaq və mənəviyyat təəssübkeşlərindən bəlkə bilərəkdən qisas alır, əvəz çıxır?! Əttökən, qulaqdeşən sözləri bol-bol öz kitablarına doldurmaqla bu yazarlar - əsərləri hakim ideologiyanın nəzərində - hələ də əxlaq və mənəviyyat nümunəsi sayılan əldəqayırma ədəbiyyat generallarına qarşı, özləri də bilmədən, üsyan edir, qiyam qaldırırlar. Ola bilər, bəlkə burası da var. Ancaq burası da var ki, öz kəndinə, şəhərinə, küçəsinə, həyətinə, müəlliminə, ata-anasına, bacı-qardaşına az-çox hörməti olan heç bir uşağın o sözləri divara yazmağa əli gəlməz. Və burası ədəbiyyatda da bir növ belədir: dil həqiqi yazıçının kəndidir, şəhəridir, evidir, eşiyidir. Ana dilimizdə nə qədər söz var – hamısı (hamıdan çox!) yazıçınındır. Yazıçı, ilk növbədə, söz dünyasının sakinidir. Təbiətdə hər quş bu dünyanın bol çöpündən-çamırından özünə necə yuva qurursa, eynən eləcə də yazıçı, sərhədsiz söz dünyasında, özünə sözdən yuva qurur.
Dilimizdəki hər sözü bədii mətndə işlətmək olar. Bundan ötrü sözlə işləməyi bacarmaq lazımdır. Deyilən sözü deyildiyi kimi kağıza köçürməyin yazıçı sənətilə heç bir əlaqəsi yoxdur.
2
Yazdığım bu sözlərin bizim yeni yazarların hansına nə qədər dəxli olduğunu deyə bilmərəm. Ancaq fakt budur ki, mən bu sözləri bizim yeni yazarların tanınan isimlərindən birinin yeni kitabını oxuyandan sonra yazıram.
Əsərin adı: “İntihar hörüyü”
Müəllifi: Şəhriyar del Gerani
Əsəri bir oturuma oxudum və oxumağıma peşman olmadım. Çünki yazıda əsəb var, ağrı və iztirab var. Əxlaqı gözgörə aşınan bir məmləkətdə həyatın nə qədər mənasız olduğunu görən göz, yazan əl var. Olan mənəviyyatı pozulmuş, aparıcı ideologiyası heç vaxt cavanlıq görməmiş, insanları sırtılıb insan sifətindən çıxmış bir cəmiyyətdə bir gənc jurnalistin seksual gəzintiləri əsərdə xüsusi bir həvəslə yerli-yataqlı təsvir olunur.
Mövzu, söz yox ki, yeni deyil. Əslində mövzu məsələsi sənətdə heç bir həlledici rol da oynamır. Məsələn, sevgi mövzusunda Qustav Flober də yazıb, Məmməd Səid Ordubadi də, Puşkin də yazıb, Əliağa Vahid də. Cek Londonun “Martin İden”ində də cəmiyyətdə özünə yer tapa bilməyən bir gənc qələm sahibinin əzablı-iztirabı həyatı qələmə alınıb. Bilirəm ki, 100 il bundan əvvəl, o əsəri yazanda Cek Lononun 33 yaşı olub. Şəhriyar del Geraninin neçə yaşı olduğunu bilmirəm. Ancaq çox istərdim ki, bu yaş 25-dən yuxarı olmasın. Çünki yaşı 25-dən yuxarı olan qələm sahibi, mənə görə, yazı mədəniyyətinə az-çox yiyələnmiş olmalıdır. Çünki buna yiyələnmədən bədii əsər yazmaq öküzdən bala doğuzdurmaq qədərində məntiqsiz və mənasız bir iş olardı. Və bizim gənc yazarlarımızın böyük əksəriyyətinin yazı mədəniyyətindən bixəbərliyi məndə çoxdandır ki, acı təəssüflər doğurur.
Hələlik göz qabağında olan budur ki, Şəhriyar del Gerani Sara ilə Samralın – “klarnet” səsi və sperma iyi verən – maraqsız və mənasız həyatını, sözün hərfi mənasında, yağlı boyalarla təsvir edə bilib. Yeni dövrün Təhminə və Zaurunun həyatı dövrün yeni yazarının qələmilə yəqin ki, bundan maraqlı yazıla bilməzdi. Ancaq məni hal-hazırda başqa şey düşündürür:
- görəsən, ədəbi gəncliyimizin bir bölük yeni yazarının varlığına intihar hörüyü kimi sarınmış bu mənəvi onanizmin və seksual manyaklığın sonu tezmi olacaq?
- bu hörüyün höürümçək toru kimi dar dünyasından gen dünyaya çıxmağa bizim ədəbi gəncliyimiz özündə qeyrət və qüvvət tapa biləcəkmi?...
Bax bu, çox ciddi məsələdir.