-
Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına IX Kazan Beynəlxalq Müsəlman Film Festivalının «Ən yaxşı qısametrajlı sənədli film» nominasiyasının qalibi olan filmin («Əriyən ada») rejissoru Fariz Əhmədov söylədi.
FESTİVALIN GÜCLÜ PROQRAMI OLUR
Onun dediyinə görə, əgər zal 300 nəfərlikdirsə, demək, filmi 600-700 adam izləyir:
«Bu baxımdan vəziyyət orada çox yaxşıdır. Kazan festivalı artıq 9-cu dəfədir keçirilir. Festivalın adı Müsəlman Film Festivalı olsa da, bu festivala təkcə müsəlman ölkələri qatılmır. Kazan festivalında, ümumiyyətlə, humanizmə üstünlük verilir və festival proqramını müxtəlif ölkələrin müxtəlif filmləriylə formalaşdırır. Festivalın güclü proqramı olur. Həsəd aparılacaq bir şəraitdə işləyirlər. İlboyu dünyadakı festivallara yollanırlar və hər tərəfdən filmləri toplayıb gətirirlər».
FESTİVAL BEŞLİKDƏDİR
Verilişin qonağı son vaxtlar Kazan festivalının səviyyəsinin Moskva Film Festivalıyla eyni tutulduğunu da dedi:
«Öz nüfuz dairəsinə görə festival keçmiş Sovet məkanında artıq beşliyə düşür. Həm qonaqların dəvəti, həm açılış-bağlanış mərasimi, həm də ora qatılan ulduzlar festivalı daha maraqlı edir. Belə demək mümkünsə, bu festival bizim gözlərimizin qarşısında yüksəkliyə qalxdı. Hər bir festivalın nüfuzu onun nümayiş etdirdiyi filmlərlə ölçülür. Məsələn, festivalda bu il «Samsara» sənədli filmi vardı—bu filmin müəllifi Ron Fricke «Baraka» filmini də çəkib və «Oskar» alıb. Odur ki, xalq istəyir ki, belə filmləri görsün. Bu il ilk dəfə olaraq filmlərə baxmaq üçün başqa ölkələrdən də gələnlər oldu».
«ƏRİYƏN ADA» NECƏ TAPILDI?
Rejissor adanı təsadüfən tapdıqlarını deyir:
««Mayak» adlı film çəkdiyimdən mayak axtarışında idik. Eşitdik ki, «Kürdili» adlanan bu adada da mayak olub. Beləcə, təsadüfən gəlib bura çıxdıq. 1981-ci ilə qədər bura yarımada olub. Neftçaladan 18 km-lik məsafədədir.
1981-ci ildə Xəzərdə suyun qalxması nəticəsində yarımada adaya çevrilib. Neftçala hissədən bu ada görünmür. Fikrimcə, bu, Xəzərdə ən böyük adadır. Burada sovet dövründə hərbi bazalar olub. 3 kənddə 3 minə qədər adam yaşayıb. Adada məktəb, mədəniyyət evi, kinozallar, kitabxanalar olub».
«KÜRDİLİ» ADASININ ACI TARİXÇƏSİ...
Rejissor «Əriyən ada»nı çox bəyəndiyini vurğuladı:
«30-dək ölkədə olmuşam. Amma məmnuniyyətlə istirahətimi həmişə bu adada keçirərdim. Çünki bura, sözün əsl mənasında, ekzotikdir. Adada nə elektrik, nə qaz var... 1981-ci ildə su qalxanda, dövlət burada yaşayanları köçürür və Neftçalada evlər tikib verir. 4 ailə buradan köçməməyə qərar verir. Bunlardan biri rus ailəsidir. O vaxtdan indiyəcən bu adada yaşayırlar. Sovet dövründə burada atçılıq fermaları olub. Sovetlər təzə qurulanda burada yetişdirilən atlar müxtəlif rayonlara, kəndlərə göndərilirmiş ki, əkin-biçində istifadə olunsun. Su qalxıb kolxoz dağılanda, bu atları buraxıblar. Sürü şəklində gəzən bu atlar artıq vəhşi atlara çevrilib, dəniz suyu içirlər...».
SƏSDƏN YATMAQ OLMUR...
Rejissor adanın zəngin təbiəti olduğunu deyir:
«Dənizin və quşların səsindən adada yatmaq olmur! 4 ailə dedikdə, ər və arvadı nəzərdə tuturdum. Aşağı yaş 75-80-dir. Ən maraqlısı budur ki, onlar buranı heç nəyə, heç yerə dəyişmək istəmirlər! Burada pul keçmir. İnsanlar iki əsrdən qalma təfəkkürlə yaşayır. Amma savadlı, oxumuş insanlardır. Heç nəyi pula, maliyyəyə satmırlar. İnsanlarla ünsiyyətdə olduq. Məlum oldu ki, onlar baş ağrısının nə olduğunu, ürəyin harada yerləşdiyini bilmirlər. İnsanlar adi təsərrüfatla --heyvandarlıqla məşğul olurlar. Orada 2 metrdən içməli su çıxır! Heç bir tövlə sistemi yoxdur. Heyvanlar bu adada sahibinin evinə ancaq su içməyə gəlirlər. Yeməyi özləri axtarıb tapır...».
ONLAR NECƏ QİDALANIRLAR?
Fariz Əhmədov ada sakinlərinin quruda övladlarının olduğunu bildirdi:
«Hərdən gəlib-gedirlər. Balıq nə qədər desən. Toyuq saxlayırlar. Yumurtaları, yağları var. Ancaq un, qənd, düyü kimi ərzaqları kənardan alırlar. Balıqçılar gətirir. Heyvandarlıq üçün münbit şərait var. Odunu belə su gətirir orada—böyük şalbanlar. Filmə çəkmişik bütün bunları. Adanı bir günə gəzib qurtarmaq olmur--ərazisi böyükdür. İlk dəfəydi ki, quzu boyda dovşanlar gördüm orada... Təbiəti zəngindir. Üzüm, nar, əncir--meyvələrin çoxu burada yetişir».
NİYƏ «ƏRİYƏN ADA»?
Mayak axtarışı ilə adaya gələn çəkiliş qrupu bir həftə orada onlarla birgə yaşayıb hər şeyi lentə alır:
«Niyə «Əriyən ada»? Çünki ada ildən-ilə əriyir. Suyun içində olduğu üçün su adanı yuyur... Sakinlərin dediyinə görə, hər il ada 50-100 metr arasında əriyir. Burada sovet dövründə böyük qəbiristanlıq olub. İndi o da suyun altındadır».
ADANIN SON SAKİNLƏRİ...
Fariz Əhmədov ada sakinlərinin övladlarının uğursuz cəhdlərindən də danışdı:
«Biz orada olanda, qurudan bir ailənin övladı gəlmişdi. Yeri gəlmişkən, gedib-gəlmək də çətindir. 40 dəqiqəyə sahilə çıxmaq olur. Övladlar valideynlərini quruya apara bilmirlər. Ada sakinləri elə düşünürlər ki, adanı tərk etsələr, öləcəklər... Çünki bütün həyatları orada keçib. Həmin həyat tərzini heç nəyə dəyişmək istəmirlər. Radio-televiziya, qəzet, internet olmadığına baxmayaraq, bu adamlar xoşbəxtdirlər! Həm də, hətta bizim bilmədiyimiz informasiyanı da bilirlər. Söhbət vaxtı İrandan, Amerikadan, Afrikadan bizə elə xəbərlər verirdilər ki, heç siz onu eşitməmisiniz... (Gülüşmə) Amma ən kədərlisi, bu nəsildən sonra orada yaşayacaq nəslin olmayacağıdır. Onlar adanın son sakinləridir...».
«Tatar xalqı kinonu çox sevir və kinozallarda nəinki oturacaqlar, aralar, arakəsmələr, pilləkənlər da dolu olur».