Həbsdə olan AXCP fəalı İlham Əliyevi dəstəkləyən bəyanat yayıb

AXCP fəalı Daşqın Məlikov

-
AXCP fəalı Daşqın Məlikov oktybarın 3-də həbsxanadan İlham Əliyevin namizədliyini dəstəklədiyini bildirən bəyanatla çıxış edib.
Bu barədə AzadlıqRadiosuna gənc fəalın atası Əlisafa Məlikov məlumat verib.
“Oğulum xəstədir, hər gün yorğan-döşəkdədir, artıq həbsxanada dözə bilmir”
Daşqın Məlikov müraciətində təmsil olunduğu partiyanın üzvlüyündən də imtina etdiyini yazıb. Atasının dediyinə görə, oğlu 2-ci qrup əlildir, onun asması var.
Daşqın Məlikov 2013-cü il martın 25-də Sumqayıtda tutulub. O, Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan narkotik vasitələrin saxlanması) maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay azadlıqdan məhrum edilib.

Bir sıra beynəlxalq təşkilatlar Daşqın Məlikov vicdan məhbusu kimi tanıyıb. Oktyabrın 1-də AŞPA-ya təqdim olunan siyasi məhbuslarla bağlı siyahıda onun da adı var.