«Oğlum cinayət işləyibsə, cəza verilsin, amma...»
Sizin brauzer HTML5-i dəstəkləmir
Moskvanın Biryulevo rayonunda Yeqor Şerbakov adlı gəncin qətlində şübhəli bilinən Orxan Zeynalovun ailəsi oğulları ilə oktyabrın 15-də günorta saatlarında danışdıqlarını deyirlər. Orxan onunla bağlı söhbətlərin yalan və tam günahsız olduğunu deyib. Rusiya polisi Orxan Zeynalovu oktyabrın 15-i axşam saatlarında Moskva ətrafındakı Kolomne yaşayış məntəqəsində həbs edib.