Əli qabar, cibi boş üzümçülər.
Salyanın İkinci Varlı kəndinin əsas geçim qaynağı rayonun bir çox kəndində olduğu kimi üzümlə bağlıdır.
Süfrələrimizə "Salyan üzümü" adı ilə gələn iri giləli Dərbəndi üzüm növünün becərilməsi demək olar ki, bu kənd sakinlərinin ata-babadan qalma məşğuliyyətidir.
Ona görə bu kənddə elə bir ailə tapmaq olmaz ki, həyətində sotlarla əraziyə üzüm tingi yayılmasın.
Pirverdi əminin ailəsi bu kənddə üzümçülüklə məşğul olan ailələrdən sadəcə biridir.
Pirverdi əmi deyir ki, əvvəllər hər sezonda həyətin məhsulundan bir "Jiquli"-nin pulunu çıxarırdım, amma indi əziyyətinə dəymir.
Pirverdi əmigilin həyətindən hər il 15 tona yaxın üzüm toplanır.

Pirverdi əmi deyir ki, üzüm növü Dərbəndi olduğundan bazarda ona tələbat çoxdur. Amma özünün bu məhsulu bazara çıxarmağa imkanı yoxdur deyə məhsulu elə qapıdaca "alverçilərə" satır. Necə deyərlər "al qapıda - sat qapıda".

Quşlar üzümü tələf etməsin deyə bağın üstü torla örtülüb.

Quşlar üzümü tələf etməsin deyə bağın üstü torla örtülüb. Tora ilişən quşlar adətən tələf olurlar.
Pirverdi əmi deyir ki, məhsul yığımı zamanı bəzən kömək üçün işçilər dəvət edir. Onlar məhsulun yığılmasına yardım edirlər. Məhsulun bol olması qazancın da çox olması mənasına gəlməməlidir. Çünki yaxşı məhsulun davamlılığı və çəkilən əziyyətin yaxşı maddi qarşılığı üçün bəzi çatışmamazlıq var.

Pirverdi əmi deyir ki, onların çəkdiyi əziyyətlərdən biri dərman və gübrələrlə bağlıdır. O, deyir ki, hər mövsüm ağaclar xəstələnməsin deyə ondan-bundan eşitdikləri dərmanlardan istifadə edirlər. Onun dediyinə görə Sovetlər zamanı hər mövsüm əvvəlində bu sahənin mütəxəssisləri gəlib bitkini öyrənir və lazım olan dərman və gübrələri qeyd edirdilər. Amma indi isə hər şey kortəbii həyata keçirilir.

Başqa bir çətinlik məhsulun saxlanması məsələsidir. Pirverdi əmi deyir ki, qışda bazarlarda üzümə, xüsusilə Dərbəndi üzümünə ehtiyac olur. Qışa məhsul saxlamaq üçün rayonda soyuducu anbarlar tikilib. Amma orda məhsul saxlamaq kəndliyə əl vermir. Çünki məhsulun hər bir kq-mı üçün aylıq ədəniş beş qəpikdir. Bundan əlavə isə məhsul sahibinin anbara qoyduğu məhsulun çəkisinin həcmi azı 10 ton olmalıdır.
Salyanda soyuducu anbarlarının həqiqətən boş olduğunu gördük. 120 tonluq otaqlarda cəmi 20-25 ton məhsul var idi.
Pirverdi əmi deyir ki, şərtlərin uyğun olmamasını düşündüyü üçün kəndli məhsulunu anbara qoymur. Bu səbəbdən qış aylarında bazarda bir kq Dərbəndi üzümün qiyməti beş manatdan artıq olur.

Məhsul yığıldıqdan sonra təmizlənir və səliqə ilə yeşiklərə yığılır.

Pirverdi əmi deyir ki, hər gün axşam "al-verçilər" qapı-qapı gəzib üzüm toplayırlar. Onlar da öz növbəsində üzümü paytaxta aparıb başqa satıcılara təhvil verirlər. Pirverdi əminin dediyinə görə əhali üzümü 4-cü, 5-ci adamdan alır, ona görə qiymətlər onun ürəyincə olmur.
Məhsulun yeni sahibləri onu paytaxta gətirmək üçün yük maşınına yığırlar.

Pirverdi əmi sonda deyir ki, yaşamağın daha rahat yolları var. Amma torpaqdan çıxan çörək daha dadlı olur. O, verdiyi çörəyə görə sonra adama minnət qoymur.