Hökumətin Rəsulzadə hekayəsi [Video]

-


Tarixçi-alim Nəsiman Yaqublu M.Ə.Rəsulzadənin 130 illiyinin qeyd olunması haqda prezidentin sərəncamını belə şərh edir:

«Kimin necə yanaşmasından asılı olmayaraq, M.Ə.Rəsulzadə tarixi şəxsiyyət, Azərbaycan dövlətinin qurucusu və müasir Azərbaycan dövlətinin banisidir. Konstitusiyada da əksini tapıb ki, bugünkü Azərbaycan dövləti 1918-20-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin siyasi, hüquqi və mənəvi varisidir. Bu cümhuriyyətin də yaradıcısı M.Ə.Rəsulzadədir. Mirzə Bala Məmmədzadənin sözləri ilə desək, M.Ə.Rəsulzadə Azərbaycan milli qurtuluş hərəkatının ideoloqudur. Mən prezidentin sərəncamını təqdir edirəm. Lakin sərəncam quru kağızdan ibarət olmamalıdır. Sərəncamdan çıxış edərək, bir sıra tədbirlər həyata keçirilməlidir. İlk növbədə, Rəsulzadəyə qarşı ögey münasibət dəyişilməlidir. İkinci məsələ, Bakının mərkəzində M.Ə.Rəsulzadəyə heykəl qoyulmalıdır. Rəsulzadənin Bakıda yaşadığı yerdə ev muzeyi yaradılmalıdır. M.Ə.Rəsulzadənin əsərləri dövlət hesabına çap olunmalıdır. Biz 15 ilə yaxındır ki, M.Ə.Rəsulzadə Mərkəzi yaratmışıq. Lakin Mərkəz bu günə qədər qeydiyyata alınmayıb. Bu mərkəz də digər mərkəzlər kimi normal şəkildə fəaliyyət göstərilməlidir. Polşada, Almaniyada , Türkiyədə və digər ölkələrdə M.Ə.Rəsulzadəylə bağlı sənədlər var. Bu sənədlər Azərbaycana gətirilməli, Azərbaycan xalqının ideoloji sərvətinə çevrilməlidir. Bütün bunlar dövlətin vəsaitiylə həyata keçirilməlidir. Ümid edirəm ki, bu sərəncam bundan öncəki sərəncamlar kimi quru sənədə çevrilməyəcək…».