«Azadlıq» qəzetinə dövlət yardımı dayandırıldı

Foto: Arxiv

-
Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu «Azadlıq» qəzetinə maliyyə ayırmağı dayandırıb.
`
«Azadlıq»ın yazdığına görə, bu haqda Fondun icraçı direktoru Vüqar Səfərli baş redaktora məktub göndərib.

Fond bu qərarını qəzetin bank hesabına həbs qoyulması ilə izah edir və redaksiyanın diqqətinə yetirir ki, ayrılan pullar cərimələrin ödənilməsinə istifadə edilə bilməz.

Qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyev bunu «Azadlıq»ın boğulmasına yönələn növbəti addım sayır:

«Üzərimizdə 65 min manatlıq iki məhkəmə iddiası var, qəzetimizin hesabına həbs qoyulub. Gələn pullar hamısı cərimələrə yönəldilir. Bundan başqa, «Qasid» mətbuatyayımı firması qəzetimizin satışından əldə olunan 60 min manatı il yarımdır bizə vermir. Bütün bunlar onu göstərir ki, bu, qəzetə qarşı atılan məqsədli addımlardır».