Yazılması müşkül əsərlər
Ingilis yazıçısı Daisy Ashford-un “The young visiters” romanı klassika sayılır.
Britaniya zənginlərinin həyatından bəhs edən və ilk dəfə 1919-cu ildə işıq üzü görən roman hələ də nəşr olunmaqda və satılmaqdadır.
Roman əsasında film də çəkilib. Bəlkə də bu, çox adamı təəccübləndirməz.
Məsələnin ən maraqlı tərəfi odur ki, bu romanı yazanda Daisy Ashford-un cəmi 9 yaşı vardı!!!
İndinin özündə də naşirlər mətndəki çoxsaylı səhvləri olduğu
O cümlədən əsərin adındakı səhvi – “visitors” əvəzinə “visiters”(qonaqlar).
İlk dəfə nəşr olunanda oxucular nəşriyyatın onları aldatmasını düşünməsin deyə kitaba məşhur şotland yazıçısı J. M. Barrie ön söz yazmışdı.
Əsərin qəhrəmanı kübar cəmiyyətə yol tapmaq istəyən 42 yaşlı Alfred Salteena və onun özündən yaşca xeyli kiçik olan sevgilisi Ethel-dir.
Cənab Salteena “qara camaat”dandır və kübar cəmiyyətə yol tapmaq üçün “əsl centlmenlər”dən kömək istəyir.
O gərək keçmişini gizlətsin, at sürməyi, ov ovlamağı, yaxşı geyinməyi, etiketləri öyrənsin.
Amma bu yöndə cəhdləri uğurlu olsa da, yarıyolda sevgilisini itirir, çünki Cənab Salteena Ethel-i,
Qız həmin “əsl centlmen”ə aşiq olur…
Daisy Ashford yazarlığa uşaq yaşlarından başlasa da, 14 yaşında ikinci romana cəhd edəndən sonra yazarlığa son verib.
1972-ci ildə - 91 yaşında vəfat edib.
Ömrünün sonlarında memuar yazmağa başlasa da, sonradan həmin əlyazmaları məhv edib.
Romanı burda oxumaq olar.
Bu rubrikada həmçinin oxu
"Titanik"in batacağını əvvəlcədən görmüş yazıçını tanıyaq
“E” hərfi işlədilmədən yazılmış roman...
Ağzı, qolları, ayaqları iflic olsa da, roman yazır - Video