-
“Biz Azərbaycanı çağırırıq ki, fundamental insan azadlıqları ilə bağlı üzərinə götürdüyü beynəlxalq öhdəliklərə sayğı göstərsin. Mətbuat, birləşmək, toplaşmaq azadlığı kimi sahələrdə hələ görüləsi çox iş var”.
Bunu Avropa Birliyinin Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə Komissarı Štefan Füle bildirib – Brüsseldə Avropa Birliyi-Azərbaycan əməkdaşlıq şurasının 14-cü iclasından sonrakı mətbuat konfransında.
Füle qeyd edib ki, seçki məcəlləsini ATƏT-in Demokratik İslahatlar və İnsan Haqları Bürosunun tövsiyələrinə uyğunlaşdırmaq mühümdür:
“Bunu tez etməyə ehtiyac var ki, Azərbaycan gələn ilki bələdiyyə və 2015-ci ildəki parlament seçkilərinin azad və ədalətli keçməsini təmin edə bilsin. Korrusiyaya qarşı mübarizə sahəsində də işlərin görülməsi vacibdir. Azərbaycan bütün bu sahələrdə Avropa Birliyinin dəstəyinə ümid edə bilər”.
Füle-nin sözlərinə görə, AB Azərbaycanla əməkdaşlığı sıxlaşdırmaqdan məmnundur:
“Əməkdaşlığımız məhsuldardır. Bundan ötrü Vilnüsdakı Şərq Tərəfdaşlıq Sammitinin nəticəsinə, viza sadələşməsi haqda anlaşma altındakı imzaya baxmaq yetər. Bu, insanlar arasında kontaktları artıracaq. Bu çox mühüm elementdir. Biz əməkdaşlığı bütün sahələrdə genişləndirmək istəyirik. Assosiasiya razılaşması, eləcə də strateji modernizasiya üzrə tərəfdaşlıq yönündə danışıqlar davam edir. Biz danışıqların sürətinin artmasını istərdik. Bunun üçün biz Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına qəbul istiqamətində işləri sürətləndirməsini arzulayırıq. Bu, Avropa Birliyi ilə ticarətin genişləndirilməsi üçün qoyulmuş şərtdir. Həmçinin son nəticədə azad ticarət zonasının yaradılması baxımından”.
Füle mətbuat konfransını Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev ilə birgə keçirib.
Azadlıq Radiosunun müxbiri Rikard Jozwiak azərbaycanlı nazir müavinindən soruşub ki, Azərbaycan Avropa Birliyi ilə azad ticarət razılaşması yönündə də işlər görürmü?
M.Məmmədquliyev deyib ki, hazırda Azərbaycan bu razılaşma yönündə Avropa Birliyi ilə danışıqlar aparmır:
“Çünki bundan ötrü biz iki şərti yerinə yetirməliyik. Birincisi, ÜTT-ə üzv olmaqdır. Biz qəbul mərhələsindəyik. İkincisi də, özü də məncə, bu ÜTT-ə üvlükdən mühümdür, bu razılaşma kommersiya baxımından hər iki tərəf üçün faydalı olmalıdır. Buna əvvəlcədən əmin olmalıyıq. Buna görə də biz hazırda assosiasiya razılaşmasının ticarətlə bağlı hissələrini müzakirə edirik. Bu, assosiasiya razılaşması formatında bizim Avropa Birliyi ilə hazırkı ticarət əlaqələrimizin inkişafıdır. Ticarətimiz yaxşı gedir, AB bizim əsas ticarət tərəfdaşlarımızdandır. Xarici ticarət dövriyyəmizin 40 faizi Avropa Birliyi ilədir. Əlbəttə, bu, əsasən neft və neft məhsullarıdır və inanırıq ki gələcəkdə buraya qaz da əlavə ediləcək. Amma niyyətimiz var ki ixracatı müxtəlifləşdirək, xüsusən də qeyri-neft sektoru hesabına”.
M.Məmmədquliyev deyib ki, Azərbaycan AB ilə əməkdaşlığı genişləndirməyə hazırdır:
“Ünsiyyətimiz davam edəcək. Bu bizim xarici siyasətimizin əsas prioritetlərindəndir. Məqsədimiz Avropanın ən yaxşı standartlarını, təcrübəsini, menecmentini Azərbaycana gətirməkdir. Ölkəni modernləşdirmək üçün. Amma əlbəttə ki problemlər də var və AB-yə inteqrasiyamız qarşısında əsas problemlərdən biri Dağlıq Qarabağ münaqişəsidir. Bu nəinki regiona təsir edir, ondan daha geniş miqyasda proseslərə təsir edir. Bizim üçün AB-nin bu məsələdə tutduğu mövqe vacibdir. Əlbəttə, biz AB-nin Minsk qrupunun fəaliyyətini və Azərbaycanın ərazi bütövlüyü dəstəkləməsindən məmnunuq. Amma biz inanırıq ki AB bu münaqişənin həllində daha böyük rol oynaya bilər”.