-
İMİŞLİ ŞƏKƏR ZAVODUNDA BİR QƏZANIN FƏRQLİ YOZUMLARI...
İmişli şəhərinin Xiyabani küçəsindəki 58 saylı evdə yaşayan Asif Misir oğlu Qəhrəmanov “Azersun holding”ə məxsus Qənd İstehsalı Fabrikində xəsarət aldığını deyir. Lakin onun sözlərinə görə, fabrik rəhbərliyi hadisənin əsil səbəbinin ört-basdır edilməsinə cəhd göstər. AzadlıqRadiosuna danışan gəncin iddiasına görə, o, müəssisə rəhbərliyinin texniki-təhlükəsizlik qaydalarına əməl etməməsinin qurbanı olub:
“BİRCƏ DÜYMƏCİYİN OLMAMASINA GÖRƏ,CİDDİ XƏSARƏT ALDIM”
“Mən noyabrın 13-dən 14-nə keçən gecə növbədə idim. Gecə növbəsinin iş vaxtı saat 20-də başlanır və səhər 8-də bitir. Hadisə səhər saat 6 radələrində baş verdi. Qəfil yaranan nasazlıq üzündən işlətdiyim qənd doğrayan makina əlimin üstə düşdü. Barmaqlarım kəsici dəzgah arasında qalanda qışqırdım, yaxınlığımda olan iş yoldaşım aparatın fəaliyyətini dayandırana kimi ciddi xəsarət aldım.
Hər bir makinanın üzərində, onun fəaliyyətini dayandıran düyməcik olmalıdır. Amma bir həftə idi ki, mənim makinamda olan düyməcik işləmirdi, buna görə onu kimsə yerindən çıxarmışdı. Bu barədə növbə rəisinə, onun köməkçisinə, mexanikə, elektrikə məlumat vermişdim. Bu bədbəxt hadisə məndən əvvəl də növbədə olanların birinin başına gələ bilərdi. Sonradan öyrəndim ki, hadisə baş verəndən dərhal sonra həmin makinanın üzərinə düyməcik qoyulub.
Əlimi çıxaranda baş barmağım dibindən qopmuşdu, şəhadət barmağımın bir hissəsini də dəzgah “yedi”. Biləkdən başlayaraq barmaqlarımın ucunadək olan bədən hissəmdə çoxsaylı kəsilmiş-deşilmiş yaralar, sıyrıqlar var, damarlarım doğranıb.”
Asif Qəhrəmanov bildirir ki, hadisə baş verən kimi növbə rəisi həkimə və fabrikin direktoruna zəng edib, ona ilk tibbi yardım göstərilib. Vəziyyəti ağır olduğundan İmişli rayon mərkəzi xəstəxanasına aparılıb. Yaralı dərhal əməliyyat olunub və 21 gün stasionar müalicə alandan sonra evə buraxılıb.
“İNDİYƏDƏK O QƏDƏR QANLAR BATIRILIB Kİ...”
Asif Qəhrəmanov fabrik rəhbərliyinin, hadisənin əsil səbəbini ört-basdır etməyə cəhd göstərdiyini bildirir:
“Əvvəl din xadimləri və nüfuzlu adamlardan ibarət minnətçilər göndərdilər ki, ifadəmdə hadisənin evdə baş verməyini göstərim. Bunun müqabilində maddi yardım göstərəcəklərini və əlillik dərəcəsi almaqda kömək edəcəklərini vəd edirdilər. İndiyədək çoxlarının başına oxşar hadisə gəlib və hamısı şirin vədlə aldadılıb. Ona görə razılaşmadım.
Son günlər eşidirəm ki, mənimlə eyni növbədə olan fəhlələri işdən çıxarmaqla hədələyərək, onlardan, hadisə baş verən gün sağ-salamat evə buraxılmağımla bağlı izahat verməyi tələb edirlər. Qəribədir ki, prokurorluq adlarını çəkdiyim şahidləri deyil, digər şəxsləri dindirir və zavod rəhbərliyinin sifarişini yerinə yetirir. İndiyədək o qədər qanlar batırılıb ki, rayon prokurorluğunun obyektiv araşdırma aparacağına inanmıram. Artıq baş prokurora da müraciət etmişəm.”
“FƏHLƏLƏR 12 SAAT İŞLƏDİLİR, İNTİZAMSIZLIQ EDƏNLƏR CƏRİMƏLƏNİR, SƏSİNİ ÇIXARANLAR İŞDƏN QOVULUR”
Asif Qəhrəmanov Qənd İstehsalı Fabrikində işçiləriin əmək hüquqlarının kütləvi surətdə pozulduğunu iddia edir:
“Bizi,- muzdla işləyənləri, “taşeron” adlandırırlar. Bu müəssisədə təxminən 350 nəfər çalışır ki, onların 300-ü muzdlulardır. Belə işçilərlə əmək müqaviləsi bağlanılmır, onlar hər iş növbəsində 12 saat olmaqla ayda ümumilikdə 240 saat işlədilir. Təsəvvür edin ki, 12 saat ərzində cəmi yarım saatlıq yemək üçün fasilə, 15 dəqiqə isə çay fasiləsi verilir. Bunun müqabilində ödədikləri haqq 260 manatdır. Burada Azərbaycan qanunvericiliyindən daha bir fərqli qayda var: işə gecikənlər, üzürsüz səbəbdən iş buraxanlar müxtəlif məbləğdə cərimələnir. Əmək haqqının ödənilməsi də daxil bütün haqq-hesablar qeyri-rəsmi aparılır. İstədikləri fəhləni istənilən vaxt işdən qovurlar. Burada illərlə işləyənlər var ki, bu müddət onlara əmək stajı hesab edilməyib.”
“BİZ HEÇ KƏSİ BİR GÜNLÜK BELƏ MÜQAVİLƏSİZ İŞƏ QƏBUL ETMİRİK”
Azərbaycan Şəkər İstehsalat Birliyinin (İmişli Şəkər Zavodunun) rəhbəri Fərhad Tuğal bu ittihamların əsassız olduğunu bildirdi:
“Həmin şəxsin bizimlə birbaşa əmək müqaviləsi yoxdur, o, podratçı təşkilat tərəfindən işə götürülüb və baş verənlərə görə də sonuncu cavabdehdir. Təmizlik, mühafizə, yükləmə və daşınma işləri üçün “taşeron” işçilərin əməyindən istifadə edilir ki, bunu podratçı firmalar həyata keçirir. Biz heç kəsi bir günlük belə müqaviləsiz işə qəbul etmirik. Baxmayaraq ki, xəsarət alan şəxs işçimiz olmayıb, yenə də bir insan kimi halına acıyaraq onu xəstəxanada yoluxmuş, evinə getmiş, əlimizdən gələn köməyi göstərmişik.”
“ŞİKAYƏTİ VARSA, DÖVLƏT ORQANLARINA ETSİN”
Podratçı təşkilat- “Azər-H” MMC-nin direktor əvəzi Elxan Rzayevdən isə mövqe öyrənmək mümkün olmadı: “Mən indi yas yerindəyəm. Telefonla heç bir informasiya verə bilmərəm. Bir də ki, o adamın bizdən şikayəti varsa, bunu aidiyyatı dövlət orqanlarına etsin.”
PROKURORLUQ EKSPERTİZANINNƏTİCƏSİNİ GÖZLƏYİR
İmişli rayon prokurorluğundan isə bildirildi ki, fakt üzrə araşdırma aparılır, hadisənin baş vermə yeri və səbəbi müəyyən ediləndən, ekspertizanın rəyindən asılı olaraq müvafiq qərar qəbul ediləcək.