-
Dünyanın ən zəngin adamlarından biri, biznesmen, xeyriyyəçi Bill Gates (varidatı 66 milyard dollardır) öz rəsmi saytında 2013-cü ildə oxuduğu kitablar haqda yazıb.
Bill Gates
Mən çox mütaliə edirəm, amma oxumaq üçün kitabları heç də həmişə bestseller siyahılarından seçmirəm.
Bu il oxuduqlarımın çoxu, əslində, əvvəlki illərdə çap edilmiş kitablardır. Buna görə də bu postu heç də 2013-cü İlin Ən Yaxşı Kitabları adlandırmaq olmaz...
Gördüyünüz kimi, bu ilki siyahımda roman yoxdur.
Amma bu o demək deyil ki, nəsr əsərlərindən həzz almıram. Mən “Çovdarlıqda uçurumdan qoruyan”ı bir neçə dəfə oxumuşam.
Bu roman həyatımın kitabları siyahısındadır (bu il ekranlara çıxan “Salinger” filmi də mənə ləzzət elədi).
Gary Shteyngart-ın “Super Sad True Love Story” romanını da oxudum, oxucu kimi məni əyləndirdi, amma kitabda elmi fantastika mənim gözlədiyim qədər deyildi.
Oxuduğum kitabların çoxu publisistik əsərlər idi. Çünki həmişə dünyada işlərin necə yürüdüyünü bilmək, öyrənmək istəmişəm. Və mütaliə bunun üçün ən yaxşı vasitədir.
Aşağıdakı siyahıda yer alan kitabların hər biri mənə bilmədiyim nələrisə öyrədib.
Məsələn, daşınan konteynerlər Asiya və Şimali Amerika arasında alınıb-satılan malların qiymətinin yarıbayarı enməsinə necə kömək edib.
Necə oldu ki, təkmilləşdirilmiş ölçü cihazıları buxar mühərrikinin ixtirasına zəmin yaratdı.
Treska, tuna və başqa balıqları aşırı ovlamağımız necə bir təhlükəli həddə çatıb.
Ümumilikdə isə, bu kitablar insan zəkası haqda heyrətamiz hekayətlərdir.
Dünyanın təkamülə davam etməsinin də, mənim hər ilin sonunda növbəti ili ümid və nikbinliklə gözləməyimin də səbəbi bu zəkadır.
Aşağıdakı seçmə kitabların sıralaması şərtidir. Hər bir kitab haqda rəyimin tam versiyasına keçid linkləri də verilib.
• “The Box” (Marc Levinson) Bəlkə də kimsə bütövlükdə konteynerlərdən bəhs edən kitabı oxumaq istəməz. Levinson-un özü də adi olmayan bir mövzu seçdiyini çox yaxşı anlayır.
Amma o, mövzunu məharətlə açır – malların konteynerlərdə daşınmasına keçidin dünya iqtisadiyyatına çox böyük təsir
etdiyini, bununla dünyada biznesin gerçəkləşdirilməsində köklü dəyişiklik olduğunu vurğulamaqla. Bununla da kitabını çox oxunaqlı etmiş olur. Mən daşınan konteynerlərə bundan sonra başqa cür baxacam.
• “The Most Powerful Idea in the World” (William Rosen) Bir qədər “The Box”a bənzəyir, bir fərqlə ki bu kitab buxar mühərrikləri haqdadır. Rosen dərin zəkalı qəhrəmanlardan, addım-addım təkmilləşən innovasiyalardan və bu ixtiraların tarixi kontekstindən bir əsər toxuyur. 2009-cu ilin yayında oğlumla birlikdə Londondakı Elm Muzeyini xeyli gəzib dolaşandan sonra mən buxar mühərrikləri haqda daha çox şey öyrənmək istəyirdim.
• “Harvesting the Biosphere” (Vaclav Smil) Dünyada elə bir müəllif yoxdur ki, onun kitablarını Vaclav Smil-in əsərləri qədər səbirsizliklə gözləyim. Bu kitabda o, insanların biosferi necə dəyişdiklərinin mümkün qədər aydın, mümkün olduqca rəqəmlərlə ifadə edilmiş mənzərəsini verir. Kitab bir az qurudur və bir neçə dəfə mənə tanış olmayan terminlərin mənasını axtarıb tapmalı oldum. Amma əgər bizim öz planetimizə təsirimiz sizi narahat edirsə, onda bu sizlərdən ötrü çox mühüm kitabdır.
•”The World Until Yesterday” (Jared Diamond) Bu, Diamond-un “Guns, Germs, and Steel” əsəri qədər maraqlı deyil. (Ümumiyyətlə, o kitab qədər gözəl kitab azdır). Diamond qədim dövrün ovçu-yığıcı insanının həyatını anladan ləzzətli lətifələr danışır və oxucudan soruşur ki, onların həyat tərzindən nəyi götürüb müasir insanın həyatına tətbiq etmək olar. O, gurultulu bəyanatlar vermir, yaxud qəbilə həyatını romantikləşdirmir. Sadəcə, ən yaxşı təcrübələri axtarıb taparaq paylaşmaq istəyir.
• “Poor Numbers” (Morten Jerven) İqtisadçı Jerven Afrika dövlətlərinin statistik göstəricilərinin necə hazırlanmasını öyrənmək üçün 4 il vaxt sərf edib. Eləcə də həmin statistikanı Ümumi Daxili Məhsul göstəricisinə çevrirmək sahəsində çətinlikləri. Müəllif tutarlı faktlar əsasında bildirir ki, ÜDM-in müəyyənləşdirilməsi üçün istifadə edilən və bizim dəqiq saydığımız metodlar əslində dəqiqlikdən çox uzaqmış. Amma kitab haqda yazdığım daha geniş rəydə mən onunla polemikaya girərək bildirirəm ki, bu o demək deyil ki, biz inkişafın nəyə əsaslandığından xəbərsizik (Daha geniş rəydə Gates əhalinin rifah halının yüksəlib-yüksəlməməsi, istehsalın artıb-artmamasını öyrənmək üçün ev təsərrüfatları haqda periodik məlumatların toplanması və digər metodların da olduğunu xatırladır. – Oxu zalı).
• “Why Does College Cost So Much?” (Kollecdə oxumağın qiyməti niyə belə bahadır), Müəlliflər: B. Archibald və David H. Feldman.
Kitabın adındakı sual ildən-ilə daha çox diqqət çəkir. Müəlliflər yaxşı bir iş tutublar ki, bu bahalığa görə kimisə ittiham etməyib Amerika əmək bazarının təhsil haqqının formalaşmasına necə təsir etdiyini araşdırıblar. Mənimsə qənaətim budur ki, nə qədər ki, cəmiyyətdə kollec məzunları çatışmır, kollecin verdiyi dərəcənin dəyəri yüksək olacaq. Yəni insanlar onu əldə eləmək üçün daha çox pul ödəməli olacaq. Daha çox pul ödəyə biləndə isə, kolleclər və universitetlər (onların işçiləri də öz kollec dərəcələrini almaq üçün çox xərc çəkiblər) daha çox pul istəyə bilər. Nə qədər ki, əmək bazarında məzunların sayı tələb olunan sayı keçməyib, təhsil haqqı sahəsində rəqabət yaranmayacaq.
Bəs çıxış yolu nədir? Archibald və Feldman vəziyyəti dəyişməyə kömək edə biləcək bir sıra yollar təklif edirlər. Mən də o fikirdəyəm ki, yeni texnologiyalar, distant təhsilin təkmilləşdirilməsi kollec qiymətlərini tənzimləyə bilər. Bundan başqa kollec və universitetlər də bu işə mahiyyətcə bir-birini təkrarlayan və qeyri-effektiv olan kursları ləğv etməklə kömək edə bilərlər (Məsələn, “Chikago”da neçə fizika kursu keçilməlidir? Onlardan bəziləri birləşdirilə bilərmi?). Bu, mürəkkəb problem haqda faydalı bir kitabdır.
• “The Bet” (Paul Sabin) Sabin dünyanın ekoloji fəlakətə doğru gedib-getməməsi haqda ictimai debatın salnaməsini yazır. Kitabın ana xəttini zaman keçdikcə insanın rifah halının yaxşılaşacağı, yoxsa pisləşəciyi haqda 1000 dollardan mərc gəlmiş Paul Ehrlich-lə Julian Simon-un hekayəti təşkil edir. Tərəflərdən heç birinə rişxənd etmədən, Sabin onların ifrat baxışlarının iqlim dəyişmələri və başqa məsələlər ətrafında bu gün də davam edən qütbləşmiş debata necə təsir etdiyini göstərir.
www.thegatesnotes.com