Dövlət Gənc Tamaşaçılar Teatrında kiçik səhnə fəaliyyətə başlayacaq

S. Bekketin “Sözsüz” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa

-
Kiçik səhnə dekabrın 24-də Dövlət Gənc Tamaşaçılar Teatrında açılacaq.

Teatrın mətbuat xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, kiçik səhnədə ilk olaraq S. Bekketin “Sözsüz” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdiriləcək.

Quruluşçu rejissoru İsa Əsədov, səhnə və musiqi tərtibatçısı Müşfiq Əliyev, işıq rəssamı Vadim Kuskova məxsus tamaşada ifaçı Respublikanın Əməkdar Artisti Şövqi Hüseynovdur.

Absurd teatr elementləri üslubunda hazırlanan tamaşanın son məşqləri başa çatmaq üzrədir.

Teatr əmin edir ki, 45 nəfərlik tamaşaçı tutan kiçik səhnədə teatrsevərlər bundan sonra hər həftə mono və kiçik həcmli tamaşaları seyr etmək imkanı əldə edəcəklər.