-
Nigar Köçərli: "Polislərə dedim ki, bu absurddur"
Bəxtiyar Hidayət: "“Əli və Nino”dan dedilər gəl kitablarını götür."
Bir müddət əvvəl çap olunmuş gənclərin hekayəsindən ibarət «13» adlı kitabın naşiri Pərviz Əzimov bildirir ki, kitaba maliyyə dəstəyi verən Prezident Yanında Gənclər Fondu kitabdakı hekayələrin birində işlədilmiş «məmə» sözünə görə onu yayımdan yığışdırmağı tələb edib. Fond isə bu iddiaları rədd edir.
Pen Klub verilişinin budəfəki sayı ölkədəki senzura halları ilə bağlıdır. Verilişin iştirakçıları «13» kitabının ideya rəhbəri Pərviz Əzimov, daha əvvəl kitabı satışdan yığışdırılmış şair Bəxtiyar Hidayət, nəşriyyatların birində kitabının çapından imtina olunmuş yazar Zümrüd Yağmur, "Əli və Nino" kitab dükanlarının sahibi Nigar Köçərli və Yayım Assosiasiyasının rəhbəri Yaşar Zeynalov iştirak edirlər.
Səadət Akifqızı
- Pərviz bəy, istəyirəm öncə bu kitabın ideyasından danışaq, bu ideya hardan doğdu ki, siz gənclər fonduna müraciət etdiniz. (ardı aşağıda)
Pərviz Əzimov
- Biz bir neçə gənc yazarla oturmuşduq və qərar verdik ki, heç vaxt kitabı çıxmayan gənc yazarların hekayələrindən ibarət bir kitab buraxaq. Bu ərəfədə Gənclər Fondu qrant müsabiqəsi elan etdi və mən dostlara dedim ki, bu ideyamı layihə şəklinə salıb Gənclər Fonduna təqdim edə bilərəm və bəlkə də onlar buna dəstək verərlər. Üç kitab ideyası ilə Gənclər Fonduna müraciət etdim. Bunlar gənc yazarların hekayələrindən ibarət kitab, gənc yazarların şeirlərindən ibarət kitab və bir də hansısa bir gəncin iri həcmli bir əsəri idi. Gənclər Fondunun müşahidə şurası layihəni dəyərləndirdi, layihənin ümumi məbləği altı min manat idi, lakin Gənclər Fondu altı min büdcəni 1500 manata endirdi. Ona uyğun olaraq da, bir kitab çap etməyə razılaşdıq. Layihənin davamlılığını təmin etmək məqsədilə kitablara simvolik qiymət qoymağı qərara aldıq, bu 2,5 manat idi. Fondun müşahidə şurası buna baxdı, heç bir etiraz etmədi. Kitabın çapı ilə bağlı pulun 70 faizini Gənclər Fondu 30 faizini isə mən öz cibimdən ödədim.Mən kitabdan bir nüsxə və kitabın təqdimatı ilə bağlı dəvətnaməni Gənclər Fonduna təqdim etdim, onların kitabdan xoşları gəldi. Sabahısı gün, Gənclər Fondundan mənə zəng gəldi ki, fondun aparat rəhbəri Faiq Qürbətov deyir ki, kitabların hamısını götürüb Gənclər Fonduna gəlsin. Zəng edib bununla bağlı Faiq bəyin özündən soruşdum. O dedi ki, “Sən bu kitabı oxuyubsan? Kitab çox əxlaqsız kitabdır, orda “məmə” sözü var, mən razı olmaram ki, övladım bu kitabı oxusun, ona görə kitabın yayımı dayandırılmalıdır, biz bu kitabın maliyyələşdirilməsindən imtina edirik”. Mən Faiq bəydən xahiş etdim ki, dediklərini rəsmi məktub şəklində mənə göndərsin. Rəsmi məktub gələndə məlum oldu ki, orda tamam başqa şeylər yazılıb, onlar bildirirlər ki, kitabın üzərinə qiymət yazılıb, bu, QHT-lərin layihələrinin maliyyələşdirməsi ilə bağlı qanunvericiliyə ziddir, kommersiya məqsədi daşıyır və s. Mən onlara məktub yazdım ki, əgər kitabın üzərindəki qiymət layihənin davam etməsinə mane olursa, layihə rəhbəri kimi şəxsi vəsaitim hesabına mətbəədə kitab üzərindəki bütün qiymətləri silə bilərəm ki, kitab pulsuz paylansın. Lakin onlar yenə də razılaşmadılar.
Səadət A.
- Pərviz bəy, bu barədə mətbuatda da, sosial şəbəkələrdə də kifayət qədər məlumat var. Biz istədik Gənclər Fondu da verilişimizə qoşulsun, ancaq onlar qoşulmaq istəmədi, bildirdilər ki, bununla bağlı yazılı cavab veriblər. Onların məktubunda deyilir ki, "Qrant haqqında" qanuna görə, qrant predmeti olan layihə həyata keçirildiyi dövrdə qrant kimi verilən, yaxud qrant hesabına əldə olunan dəyərlərin satılıb pula çevrilməsi yalnız qrant haqqında müqavilədə belə əməliyyatlar nəzərdə tutulduqda, yaxud donorun əlavə yazılı razılığı ilə mümkündür. Sizdə əlavə yazılı razılıq olubmu?
Pərviz Ə.
- Xeyr, olmayıb, mən layihəni onlara təqdim edəndə demişəm ki, burda kitabın üzərində 2,5 AZN yazılacaq, razılaşırsınızmı bununla. Fondun müşahidə şurası heç bir etiraz bildirmədi, dedilər ki, razılaşırıq. Buna görə də ikinci əlavə razılıq almadıq.
Səadət A.
- İstəyirəm Yayım Assosiasiyasının rəhbəri Yaşar bəy öz münasibətini bildirsin. Yaşar bəy, kitabların yayımı zamanı milli-mənəvi dəyərlərə, mentalitetə zidd, siyasi hakimiyyətin maraqlarını pozan fikirlərə görə fərqli yanaşmalar olurmu?
Yaşar Zeynalov
- İstəyirəm ilk öncə Yayım Assosiasiyasının sədri, QHT-çi kimi Pərviz bəyin probleminə münasibət bildirim. Biz 15 illik təcrübəmizdə dəfələrlə qrant almışıq və bu qrant layihəsini necə həyata keçirmək lazım olduğunu gözəl bilirik. Belə başa düşdüm ki, Pərviz bəyin Gənclər Fondu ilə bağladığı müqavilədə ya çatışmazlıq, ya da anlaşılmazlıq var. Buraxılan kitabda həmin fondun loqosu var və fond düşünür ki, bunu maliyyələşdirdiyinə görə məsuliyyət daşıyır. Yaxşı olar ki, Pərviz bəy bu kitabı həmin loqosuz buraxsın və yayımına nəzarət etsin, görsün ki, həqiqətənmi bu kitab cəmiyyətə lazımlıdır. İkincisi də 15 ildir yayımla məşğul olan birisi kimi deyim ki, bu günə qədər nə nəşriyyatlarda, nə mağazalarda yayımla bağlı heç bir problemə rast gəlməmişəm. Çünki əgər bu kitab mənimdirsə, mənim vəsaitimlə çıxıbsa, bu kitabı dükanlara mən paylayıramsa, artıq bir müddətdən sonra onun keyfiyyətini, qiymətini özüm təyin edirəm. Burda kimsənin müdaxiləsinə ehtiyac yoxdur.
Səadət A.
- Yayım üçün sizə gətirilən kitabların məzmununa baxırsınızmı? Kitabda hansısa siyasi motivlər olarsa, Azərbaycan xalqının dini baxışına zidd bir şey olarsa, o kitabları qəbul edirsinizmi? Yaxud milli-mənəvi dəyərlərə uyğun olmayan kitabları...
Yaşar Z.
- Biz kitablar haqda məlumat yayımı ilə məşğuluq, bizim “Yeni Nəşrlər” adlı bir jurnalımız var. Bura düşmək üçün heç bir xüsusi meyar yoxdur. Biz kitabların doxsan faizini nəşriyyatlardan alırıq. Kitabların annotasiyasını bizə nəşriyyat təqdim edir. Hər kitabdan bir nüsxəni nəşriyyat bizə verir və kitabda siz deyən faktlardan olsun, ya olmasın, onu mütləq şəkildə kataloqumuza daxil edirik. Kitab bizə gələnə qədər ona nəşriyyatın redaktoru baxır, sonra bizə verilir.
Səadət A.
- Belə çıxır ki, senzura varsa da, bu, nəşriyyarda həll olunur?
Yaşar Z.
- Gəlin onu senzura adlandırmayaq. Elə kitablar var ki, cəmiyyətimizi demokratiyaya öyrəşdirir, sovet düşüncəsindən bizi çıxarır. Belə kitablar nəşriyyatlarda “N” qədər işıq üzü görüb, biz də onu yaymışıq. Amma o kitab satılarsa, onun babalı nəşriyyatın öz boynuna. Əgər bir il müddətinə kitabın ən azı 50 faizi satılmırsa biz onu satılmayan kitab hesab edirik.
Səadət A.
- Burda söhbət kitabın satılıb-satılamamasından yox, satışa çıxarılana qədər üzləşdiyi məqamlardan gedir. Belə məqamlardan biri “13” adlı kitabla bağlı baş verib. Pərviz bəy iddia edir ki, bir sözə görə kitabın yayımına problem yaradılıb. Sizcə, bədii kitaba milli-mənəvi dəyərlərə görə yanaşmaq doğrudurmu?
Yaşar Z.
- Əgər Pərviz bəyin şəxsi vəsaiti hesabına çap olunan kitabdan söhbət gedirsə, mən bunu doğru hesab etmirəm. İkinci tərəfdən əgər onu maliyyələşdirən təşkilat bunun yayımına etiraz edir, çapına icazə vermirsə, mən artıq onlarla da razılşıram.
Pərviz Ə.
- Əgər bu, şirkət olsaydı, mən belə məqamla razılaşardım ki, şirkətin korporativ maraqları var. Bu isə Prezident Yanında Gənclər Fondudur. Dövlətin büdcəsindən maliyyələşən rəsmi qurumdur. Onun qoyduğu qadağa birbaşa dövlətin qoyduğu qadağa statusunu alır. Bu hər hansı bir avtomobil, yaxud yeyinti şirkəti deyil ki, burdakı hansısa ifadəyə görə onun korporativ maraqlarına xələl gəlsin. Bu, Prezident Yanında Gənclər Fondudur və sizin, mənim, Yaşar müəllimin vergiləri hesabına formalaşan bir qurumdur. Ona görə də bunların qoyduğu qadağa absurddur. Mən ora gedəndə dedim ki, belə çıxır Gənclər Fondu 1998-ci ildə Heydər Əliyevin verdiyi sərəncama qarşı çıxır. Həmin ildə Azərbaycanda senzura ləğv olunub. Onların da mənə cavabı bu oldu ki, bizi provakasiyaya çəkmə.
Səadət A.
- İndi yazar Zümrüd Yağmur telefon xəttindədir. Zümrüd xanım, siz necə bilirsiniz. Azərbaycanda bədii kitabın çapına qarşı bir senzura varmı?
Zümrüd Yağmur
- Mən ikinci romanımın çapında belə bir situasiya ilə qarşılaşmışam. “Diriləri basdırın” romanım üçün səhv etmirəmsə “Kreaton” adlı bir nəşriyyatla danışmışdım. Mən yazımı göndərdim, razılaşmaya gəldik. Amma onlar “Allah qayıdır” əsərinin müəllifi olduğumu biləndən sonra mənə bildirdilər ki, biz bu romanı çap etmək istəmirik. Demək olar ki, romanım müəyyən mənada qadağalarla qarşılaşdı və mən başqa bir nəşriyyatla danışmalı oldum. Əslində “Diriləri basdırın” romanı da müəyyən mənada diktatorluğa qarşı yazılmış bir roman idi. Burda baş qəhrəman dünyanın ən axmaq adamıdır və sonda diktator çıxarılır. Orda “Ərəb baharı” ilə əlaqəli şeylər vardı, yəni bütün diktatorların sonu eynidir. Hesab edirəm ki, bu da müəyyən mənada bir senzuradır.
Səadət A.
- İndi “Əli və Nino” kitab mağazasının rəhbəri Nigar Köçərli telefon xəttindədir. Nigar xanım, əvvəlcə onu soruşum ki, sizin mağazalarda heç senzuraya məruz qalan kitab olubmu?
Nigar Köçərli
- Xeyr, heç vaxt belə bir halla rastlaşmamışam, heç vaxt belə bir hal olmayıb. Belə bir şeylə rastlaşmamışam ki, bizə hansısa bir kitab gəlsin, biz də milli-mənəvi dəyərlərə görə onu satışa götürməyək. Biz, ümumiyyətlə, çalışırıq bütün kitabları satışa buraxaq. Biz bir kitabı götürəndə baxırıq ki, o, kommersiya baxımından bizim üçün uğurlu olacaq, ya yox. Bəzən tutaq ki, uğursuz bir şeirlər kitabı gətirirlər, biz ondan məhdud sayda satışa götürürük. Bəzən əksinə olur. Bu yaxınlarda mənə bir müəllif müraciət edib ki, siz qorxmursunuz mənim kitablarımı satırsınız? Mən təəcübləndim ki, axı nə var burda. Biz Cəmil Həsənlinin bütün kitablarını satırıq, çünki çox gözəl bir yazardır.
Pərviz Ə.
- Nigar xanım, mən bir dəqiqləşdirmə aparmaq istəyirdim, Əli Əkbərin “Artuş və Zaur” kitabı çap ediləndə “Əli və Nino” fəaliyyətə başlamışdı, ya yox?
Nigar K.
- O kitab bizdə satışa buraxılıb, təqdimatını da planlaşdırmışdıq, amma sonra polis tərəfindən bizim dükanlardan yığıldı. Hətta polislər məni də çağırmışdılar. Mən bir neçə saat orda söhbət etdim ki, siz necə bir kitabı satışdan çıxara bilərsiniz, bu absurddur. Biz belə razılaşdıq ki, kitabın təqdimatı həmin gün olmasın. Kitabın satışı isə bir neçə gün sonra davam etdi. Hər halda bu dəqiqə o kitab “Əli və Nino”da satışdadır.
Səadət A.
- İndi telefon xəttində şair Bəxtiyar Hidayətdir. O iddia edirdi ki, “Ağ qaranlıqlar” adlı kitabı satışdan yığışdırılıb. Bəxtiyar bəy, sonradan kitabın yayımını bərpa edə bildinizmi?
Bəxtiyar Hidayət
- Xeyr, heç cürə yayımı bərpa etmək mümkün olmadı. Metrolar götürmədi, bir müddət sonra getdim, götürənlərə də baxdım, gördüm kitabım eləcə də qalıb. Görünməyən yerlərə qoyublar. “Əli və Nino”dan da demədilər ki, qadağan olunub, sadəcə dedilər yerimiz yoxdur, gəl götür.
Səadət A.
- Mən xatırlayıram ki, sizin bu məsələniz çıxanda, kitab mağazalarının birinin rəhbərliyi ilə danışmışdıq, onlar demişdilər ki, satılmır, ona görə də satışdan çıxarırıq.
Bəxtiyar H.
- Konkret olaraq o, “Akademkitab”da olmuşdu, konkret siyasi şeirlərə görə yığışdırmışdılar. Hətta adlarıyla deyərəm. Orda Xəstə Qasıma nəzirə şeiri vardı, mini poema vardı, bir neçə də başqa şeir vardı ki, bir növ qadağan olundu. Qadağan olunubdur deyə, başqa mağazalar da onu satmağa qorxdular. Hal-hazırda kitablar qalıb evdə eləcə.