Ayıların yediyi rejissor

Timothy Treadwell

-


O, ayıları dostu sayırdı. Təbiəti sevdiyi kimi.

Çəkdiyi sənədli filmlərdən tamaşaçıya da bu sevgi aşılanırdı.


Amma amerikalı rejissor Timothy Treadwell 2003-cü ildə bu faciəvi sevginin qurbanı oldu.

Ayıların ən yırtıcısı qrizlilər onu parçalayıb yedilər.

Treadwell ayıları təkcə çəkmir, həm də onların davranışlarını, vərdişlərini öyrənirdi.

Bu işə isə şəxsi həyatındakı uğursuzluqdan, sevgilisi ilə münasibətləri pozulandan sonra başlamışdı.

Beləcə, 13 il Alyaskadakı Katmay milli parkında araşdırma apardı.

13-cü ilin sonunda özü də, rəfiqəsi Amie Huguenard da qrizlilərin caynağında məhv oldu.

Bu dəhşətli səhnənin audiosu videokameranın yaddaşında qalıb... (ardı aşağıda)

Alyaska, qrizli ayısı



Treadwell “Qrizlilər arasında:Alyaskada yırtıcı ayılarla birgə yaşam” əsərində ayıları qorumağın onun həyatının missiyasına necə çevrilməsindən yazır.

O, heroinin az qala ölümcül dozasını qəbul edəndən və “o dünyanı görüb qayıdandan sonra” qərara gəlir ki, həyatına məna qazandırmaq üçün nəsə etsin.

Katmay milli parkında qrizliləri müşahidə etdikdən sonra onların yaşam arealını insan müdaxiləsindən qorumaq qərarına gəlir.

Bu işə başlayandan sonra narkotikləri də, içməyi də tərgidir.

Ayılara olan sevgisi qorxu hissini üstələyir və o hətta milli parkda tək gəzib-dolaşır, ayıların balıq ovlamasına yaxından tamaşa edir, ayı balalarına yaxınlaşıb onlarla oynayır. Öz müşahidələri əsasında kitab yazmaqla yanaşı o, məktəblərdə uşaqlara ayılar haqda söhbətlər edir, mühazirələr deyir, ətraf mühitin qorunması kampaniyalarında iştirak edir.

Cəsarətli naturalist imicinə baxmayaraq o çox vaxt ən adi təhlükəsizlik qaydalarına barmaqarası baxır, buna görə də onunla milli park rəhbərliyi arasında konflikt yaranırdı.

2003-cü ilin oktyabrında onun və servgilisinin meyiti Katmay parkında qurduqları düşərgədən tapıldı.

Ayılar onları parça-parça etmiş, cəsədlərinin bir hissəsini yemişdilər.

Sonradan məlum olur ki,onlara iki qrizli hücum edib (həmin heyvanlar sonradan öldürülərkən mədələrindən insan bədəninin hissələri çıxır).

Milli parkın 85 illik tarixində ilk dəfə idi ki, qrizli insan yemişdi.

Treadwell-in həyat və fəaliyyəti, ölümü barədə 2005-ci ildə “Qrizli-adam” (Grizzly Man) sənədli filmi çəkilib. (Burda bax)

Filmdə dəhşətli ölümün audiosu səsləndirilməsə də, filmin yaradıcılarına ona qulaq asmaq imkanı yaradılıb...

Hazırladı: R.Qəmbərov