İranda daha bir azərbaycanlı fəal Hüseyn Əlizadənin tutulduğu bildirilir.
“Media forum” saytının məlumatına görə, İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsinin əməkdaşları dekabrın 24-də onu iş yerində həbs edərək naməlum istiqamətə aparıblar.Bundan başqa onun evində yoxlama aparılıb, Azərbaycan dilində kitablar və digər şəxsi əşyalar götürülüb.
Hüseyn Əlizadənin konkret nədə ittiham olunduğu bilinməsə də, onun həbsi 1945-ci ildə Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə Təbrizdə qurulan Azərbaycan Milli Hökumətinin 68-ci ildönümü ilə bağlı keçirilən mərasimlərdə fəal iştirakı ilə əlaqələndirilir.
Onun hazırda harada saxlandığı bilinmir.