Sovet-İran sərhədləri ilk dəfə Şahtaxtıda söküldü
Şərur rayon özünümüdafiə batalyonunun rəhbəri Şahmərdan Cəfərov (sağda) aksiyaçıları atəş açacaqları ilə hədələyən sovet əsgərləri ilə danışıqlar aparır.
Aksiyaçıların hər an sərhədləri sökə biləcəyindən ehtiyat edən Sovet əsgərləri onlarla üzbəüz tankın üzərində keşik çəkirlər.
Aksiyaya qatılanlar yasaq sərhəd zolağında xatirə fotosu çəkdirirlər. Zolağın o tayında – Araz çayı sahilində sərhədçilərə kömək üçün göndərilən sovet əsgərləri çadır qurub keşik çəkirlər.
Aksiyaçıların sərhəd boyunca keşik postları qurduğunu görən sovet əsgərləri öz mövqelərini bərkidirlər.
AXC fəalları sərhəd zolağında yerləşən təpənin arxasında rayon sakinləri ilə müzakirələr aparırlar.
Tikanlı məftillər boyunca aksiya keçirən Şahtaxtı və qonşu kəndlərin sakinləri sərhədlərin sökülməsini tələb edirlər.