Küçə kitab hərəkatı başlayır- [Video]

Bakı

-
Bir qrup gənc küçə kitab hərəkatına başlayıb. Məqsəd kitab şəbəkəsinin yaradılmasıdır.
Birinci mərhələdə könüllü şəkildə kitablar toplanılır, paytaxt ərazisində müxtəlif yerlərə qoyulur və o kitablar öz təsadüfi sahiblərinə bu yolla çatmış olur. Kitabın içərisində bu kitabın “Küçə kitab hərəkatı”na məxsus olduğu və bu kitaba hansı şərtlər altında sahib olunduğu qeyd olunur. Daha sonra kitabın təsadüfi sahibi kitabı oxuyub bitirdikdən sonra növbəti sahibinə çatması üçün paytaxt ərazisində hərhansı bir guşəyə qoyur. Kitabların hər yeni sahibi kitabın onda olduğunu bildirmək üçün, kitabın içində qeyd olunan facebook qrupuna məlumat yerləşdirir.
İkinci mərhələdə bu proses bölgələrdə davam edəcək. Bölgələr arasında qarşılıqlı kitab dəyişimi baş tutacaq.
Üçüncü mərhələdə Azərbaycan müəlliflərinin kitabları ingiliscəyə tərcümə olunaraq xarici ölkələrdəki hərəkatın nümayəndələrinə göndəriləcək və eyni qaydada kitablar yayılacaq.