Rəsulzadənin 130 illik yubileyi ilə əlaqədar tədbirlər planı açıqlanıb

Məhəmməd Əmin Rəsulzadə

-
Azərbaycan Demokratik Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında tədbirlər planı hazırlanıb.

Məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Plana görə, görkəmli şəxsiyyət və dövlət xadiminin yubiley tədbiri, «M.Ə.Rəsulzadənin Azərbaycan dövlətçilik tarixindəki rolu» mövzusunda elmi konfrans keçiriləcək.

M.Ə.Rəsulzadənin xarici ölkələrin arxivlərində olan zəngin irsi və sənədlərinin toplanılıb Azərbaycana gətiriləcək.

Professor Şirməmməd Hüseynovun tərtib etdiyi M.Ə.Rəsulzadənin seçilmiş əsərlərindən ibarət çoxcildliyin nəşr olunacaq.

«M.Ə.Rəsulzadənin ictimai-siyasi fəaliyyəti və müasirlik» mövzusunda elmi sessiya keçiriləcək, yubileylə əlaqədar kitabxanalarda xatirə gecələri və kitab sərgiləri təşkil olunacaq.

Türkiyə Cümhuriyyətinin Milli Kitabxanasında M.Ə.Rəsulzadəyə aid nəşrlərin faksmile sürətləri Azərbaycan Milli Kitabxanasına gətiriləcək. Məhəmməd Əmin Rəsulzadənin həyat və yaradıcılığını əks etdirən fotostendin hazırlanacaq. Onun həyat və ictimai-siyasi fəaliyyətinə həsr olunmuş məqalələr respublika KİV-lərində dərc olunacaq, ölkə kitabxanalarında M.Ə.Rəsulzadə irsinin tədqiqatçıları ilə görüşlər və «Dəyirmi masa»lar keçiriləcək.

Azərbaycan İstiqlal Muzeyində yubileyə həsr olunmuş «Tarixin bir səhifəsi» adlı sərgi və digər tədbirlər təşkil olunacaq.