Müdafiə Nazirliyi: «Nazirin Fatullah Gülen- lə heç bir tanışlığı yoxdur»

-
Azərbaycan Müdafiə Nazirliyi Fatullah Gulen və Mustafa Gunay adlı şəxslər arasında aparılan telefon danışığının yayılmış audioyazısında Azərbaycanın müdafiə naziri Zakir Həsənov barədə səsləndirilən fikirlərlə bağlı məlumat yayıb.

Müdafiə Nazilriyinin saytında yerləşdirilmiş məlumatda deyilir ki, “bəzi elektron kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Fatullah Gulen və Mustafa Gunay adlı şəxslər arasında aparılan telefon danışığının yayılmış audioyazısında Azərbaycan Respublikasının Müdafiə naziri barədə səsləndirilən fikirlərə münasibət olaraq bildiririk ki, Müdafiə nazirinin adı çəkilən şəxslərlə heç bir tanışlığı yoxdur. Ünvanına heç bir təbrik məktubu daxil olmayıb və bunu bir təxribat kimi qiymətləndiririk”.