-
Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına yeni «Kitabçı» dərgisinin baş redaktoru Səlim Babullaoğlu söyləyir.
«QULAQ ÜÇÜN ƏN RAHAT ADIN ÜSTÜNDƏ DAYANDIQ»
Onun sözlərinə görə, dərgiyə ad seçərkən çox götür-qoy ediblər:
«Amma sonda ən sadə, qulaq üçün ən rahat adın üstündə dayandıq. Bu həm kitabı yazan, həm oxuyan, həm də kitabı satan, ilk növbədə isə kitabı sevən deməkdir. Geniş anlamda baxarkən, həyatı – mətn, insanları söz kimi görmək olar. Bir seqment, bir kəsim olaraq kimdir kitabçılar? Birinci növbədə kitabı yazan adamlar, bədii sözü «istehsal edən»lərdir. Sonra bu sözü istehlak edənlər – oxuculardır. Amma bir kitab həm də əmtəədir, onun ərsəyə gəlməsində çoxlu adamlar iştirak edir. Odur ki, «Kitabçı» deyəndə hamını ümumiləşdirmək istədik».
DƏYƏRLİ SÖZDƏN DANIŞAN JURNALIN YERİ...
Aparıcının: «Özəl dərgiləri gözdən keçirsək, hələ dayanıqlı uğur qazanmış bir nəşrin adını çəkmək çətin görünür. Durumun fərqindəsinizmi» sualını baş redaktor belə cavabladı:
«Əlbəttə, fərqindəyik! Jurnalın ilk nömrəsinin arxa qapağına baxsanız, orada dünyada nəşr olunan ilk jurnalın – 1665-ci ildə Parisdə çıxan «Journal des Savants»ın rəsmini vermişik. Eləcə də dünya jurnalistikasında mühüm yer tutan «Molla Nəsrəddin»in və Türkiyənin «Varlıq» dərgisinin də üz qabıqlarının şəkli var. Biz internet əsrində yaşadığımızın fərqindəyik. Təəssüf ki, insanların az oxuduğunu da bilirik. Xüsusən, şounun və maqazin tipli informasiyanın girdabında qalan cəmiyyətdə bir qədər ciddi – ədəbiyyatdan, dəyərli sözdən danışan jurnalın yerinin çox kiçik olacağını da bilirik...».
«HAVADAN SONRA ƏN ÇOX İSTİFADƏ ETDİYİMİZ ŞEY – SÖZ!»
Qonağımızın fikrincə, bütün bunların fərqində olaraq, cəhd eləmək, təklif edilən imkandan yaxşı mənada yararlanmaq qaçılmazdır:
«Bunu kimsə etməlidir! Mən həmişə özümə sual verirdim: Nədən bu qlamur, parıltılı, işıltılı, məxməri jurnalların içində kitab və mədəniyyət haqqında dəyərli söz azdır? Nədən jurnalların üz qabığında təkcə ədəbiyyatçılar deyil, məsələn, biznesmenlər də olmasın? Axı yaşadığımız dünyada insanın havadan sonra ən çox istifadə etdiyi şey sözdür!
Nədən həmin söz adamları dərgilərin üz qabığına çıxmasın? İlk nömrəmizə baxsanız, görəcəksiniz ki, bu dərgi nə çox qlamurdur, nə də kasıbdır. Kitab və kitabçı haqqında bir dərgi necə olmalıdırsa, o səviyyədədir. Düşündük ki, niyə kitabın da dərgilər arasında belə təmsilçisi olmasın? Bizə təkan verən səbəblərdən biri də bu oldu».
JURNAL HANSI HALDA YAŞAYA BİLƏR?
«Uğur qazandığımızı o zaman biləcəyik ki, xərcimiz borcumuzu ödəyəcək. Reklamların, qismən də satışın hesabına... Düşünürəm ki, 1000 nüsxə jurnal satılarsa, bir o qədər də abunəçi, bir qədər də reklam olarsa, bu jurnal yaşaya bilər!».
«DƏB» VƏ «YENİSİ» SERİYASINDAN KİTABLAR BURAXILACAQ
Səlim Babullaoğlu gələcək fəaliyyətləri ilə bağlı bir sirri də «İz»ə açıqladı:
««Kitabçı» təkcə jurnal deyil, kitab çıxaran müəssisə kimi də fəaliyyət göstərəcək. Həm dünya ədəbiyyatından, həm də yerli müəllifləri nəşr etməyi düşünürük. Hələlik, iki seriya üzərində iş gedir. Birincisi, «DƏB» seriyasıdır. Xatırlayırsınızsa, bir neçə il öncə bu seriyanı yaratmışdıq və 21 kitab çap olunmuşdu. Bu seriyanın davamı kimi, daha 50 kitab buraxmağı düşünürük. Və eyni zamanda, «Yenisi» seriyasını yaratmışıq. Nəsrin yenisi, şeirin yenisi və s.».
DƏRGİNİ KİMLƏR ÇIXARIR?
Baş redaktor jurnalın xaricdə də yazarlarının olduğunu dedi, həm də daxildə bu nəşri çıxaran adamlardan bəhs etdi:
«Jurnalın şef redaktoru tanınmış ədəbiyyatşünas, tərcüməçi Seyfəddin Hüseynlidir. Koordinator redaktor Fərid Hüseyndir. O və Qismət həm də bizim əsas yazarlarımızdandır. Ülviyyə Heydərova bizə yazır. Tərcümə materialları var dərgimizdə. Bejan xanım yazır. Rəqibə Nazimqızı bizimlə əməkdaşlıq edir və yaradıcı heyətdə təmsil olunur. Eləcə də Xəyalə Şirinova, Aygün Aslanlı... Yəni yazarlarımız üzdə olan adamlardır. İnanıram ki, gələcəkdə bizimlə əməkdaşlıq edənlərin sayı daha çox olacaq».
DƏRGİ ARTIQ SATIŞDADIR, BƏS QİYMƏTİ NEÇƏDİR?
Səlim bəy «Kitabçı»nın martın əvvəllərindən satışa çıxarıldığını söylədi:
«Biz yayımla məşğul olan əksər firmalarla müqavilə bağlamışıq. Jurnal bəzi kitab dükanlarında da satılacaq – «Akademkitab»da, «Bayatı» Kitab Evində və s. Qiyməti 3 manatdır. Baha deyil. Düşünürəm ki, bu tip jurnallarda köhnəlməyən materiallar olduğundan, həmişə oxucuya maraqlı gələcək».
«JURNALI ALMAQ ƏN BÖYÜK DƏSTƏYİNİZ OLACAQ!»
Səlim Babullaoğlu AzadlıqRadiosu vasitəsilə potensial oxuculara bunları söylədi:
«Mən radio vasitəsilə bütün dinləyiciləri, ədəbiyyat adamlarını jurnalımızı almağa çağırıram. Onlardan əlahiddə dəstək istəmirəm. Jurnala ilgi göstərsələr, yetər. Jurnalı almaq onların ən böyük dəstəyi olacaq. Əgər bu vaxta qədər belə bir jurnalın yoxluğundan gileylənirdiksə, artıq jurnalı almamaq üçün heç bir bəraətimiz olmayacaq... Jurnal var, alın, o sizin jurnalınızdır. Mən həmişə illərdir oxuduğum «İnostrannaya literatura» jurnalına qibtə hissi ilə baxmışam. Onun yaşı 100-ü çoxdan ötüb... Yaxşı olar ki, bizdə də bütün bunlar ənənəyə çevrilsin. Çünki mədəniyyətin göstəricisi hadisələr yox, o hadisələrin davamlılığıdır».
««Kitabçı» deyəndə bizim hamımız – bütün insanlar nəzərdə tutula bilər!».
Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına yeni «Kitabçı» dərgisinin baş redaktoru Səlim Babullaoğlu söyləyir.
«QULAQ ÜÇÜN ƏN RAHAT ADIN ÜSTÜNDƏ DAYANDIQ»
Onun sözlərinə görə, dərgiyə ad seçərkən çox götür-qoy ediblər:
«Amma sonda ən sadə, qulaq üçün ən rahat adın üstündə dayandıq. Bu həm kitabı yazan, həm oxuyan, həm də kitabı satan, ilk növbədə isə kitabı sevən deməkdir. Geniş anlamda baxarkən, həyatı – mətn, insanları söz kimi görmək olar. Bir seqment, bir kəsim olaraq kimdir kitabçılar? Birinci növbədə kitabı yazan adamlar, bədii sözü «istehsal edən»lərdir. Sonra bu sözü istehlak edənlər – oxuculardır. Amma bir kitab həm də əmtəədir, onun ərsəyə gəlməsində çoxlu adamlar iştirak edir. Odur ki, «Kitabçı» deyəndə hamını ümumiləşdirmək istədik».
DƏYƏRLİ SÖZDƏN DANIŞAN JURNALIN YERİ...
Aparıcının: «Özəl dərgiləri gözdən keçirsək, hələ dayanıqlı uğur qazanmış bir nəşrin adını çəkmək çətin görünür. Durumun fərqindəsinizmi» sualını baş redaktor belə cavabladı:
«Əlbəttə, fərqindəyik! Jurnalın ilk nömrəsinin arxa qapağına baxsanız, orada dünyada nəşr olunan ilk jurnalın – 1665-ci ildə Parisdə çıxan «Journal des Savants»ın rəsmini vermişik. Eləcə də dünya jurnalistikasında mühüm yer tutan «Molla Nəsrəddin»in və Türkiyənin «Varlıq» dərgisinin də üz qabıqlarının şəkli var. Biz internet əsrində yaşadığımızın fərqindəyik. Təəssüf ki, insanların az oxuduğunu da bilirik. Xüsusən, şounun və maqazin tipli informasiyanın girdabında qalan cəmiyyətdə bir qədər ciddi – ədəbiyyatdan, dəyərli sözdən danışan jurnalın yerinin çox kiçik olacağını da bilirik...».
«HAVADAN SONRA ƏN ÇOX İSTİFADƏ ETDİYİMİZ ŞEY – SÖZ!»
Qonağımızın fikrincə, bütün bunların fərqində olaraq, cəhd eləmək, təklif edilən imkandan yaxşı mənada yararlanmaq qaçılmazdır:
«Bunu kimsə etməlidir! Mən həmişə özümə sual verirdim: Nədən bu qlamur, parıltılı, işıltılı, məxməri jurnalların içində kitab və mədəniyyət haqqında dəyərli söz azdır? Nədən jurnalların üz qabığında təkcə ədəbiyyatçılar deyil, məsələn, biznesmenlər də olmasın? Axı yaşadığımız dünyada insanın havadan sonra ən çox istifadə etdiyi şey sözdür!
JURNAL HANSI HALDA YAŞAYA BİLƏR?
Aparıcının: «Uğur qazandığınızı nədən bilmək olacaq» sualına baş redaktor belə cavab verdi: