Krımın yeni rəhbərliyini dəstəkləməyən fəallar və vətəndaşlar getdikcə daha çox təzyiqlərlə üzləşir.
Martın 9-da Simferopolda Taras Shevchenkonun 200 iliyi ilə bağlı tədbir keçirən Ümumkrım Ukrayna Radası adlı təşkilatın sədri Andrei Shekun və Simferopol Ukrayna gimnaziyasının rektoru Anatoliy Kovalski girov götürülüblər.
Onların Krımın separatçı hökumıtinin rəhbəri Sergei Aksyonovun əmri ilə həbs olunduğu bildirlir. Bunu AzadliqRadiosu Ukrayna xidmətinə Kırmdakı "Russkoe yedinstvo"dan (separatçıların əsas siyası təşkilatı) bildiriblər.
İlkin məlumatlara əsasən "Russkoe yedinstvo"nun könüllülər dəstəsi Shekun və Kovalskiyə dəmiryo vağzalında hücum ediblər. Nəqliiyat polisinin əməkdaşlarının hadisəyə müdaxilə etmək cəhdi boşa çıxıb. Könüllülər hər 2-sini "Russkoe yedinstvo"nun qərargahına aparıblar.
"Jurnalist araşdırmaları mərkəzi"nin yaydığı xəbərə əsasən girov götürülən şəxsləri əvvəl döyüb, sonra sahil istiqamətində naməlum yerə aparıblar.
Krım prokurorluğu məsələni araşdırdığını deyir.