Silahlı Krım
Rusiyanın hərbi gəmilərinin raketləri dənizə deyil, Kırma, Ukrayna hərbi hissələrinin yerləşdiryi limanlara yönəlib
Simferopol yaxınlığındakı Perevalnoe hərbi hissəsində Rusiya hərbçilərinin (ön planda) mühasirəsində qalan Ukrayna əsgərləri (arxa planda)
Krım öz ordusunu yaradır. Separatçı Krım hökumətinin başçısı Sergei Aksyonov könüllülərdən Krım hökumətinə sədaqət andını qəbul edir. Könüllülər nədənsə sifətlərini göztərmək istmirlər
Sevastopol limanında "həbs olunan" Ukrayna donanmasının Slavutich gəmisinin gövdəsində növbə çəkən matros Sevastopol körfəzində patrul xidməti çəkən Rusiya Qara dəniz donanmasının Turbinist minalama gəmisinə baxır
Simferopolda mühasirədə qalan Ukrayna hərbçisi
Referendum elan edən Krım separatçıları seçimi belə görürlər, ya faşizm, ya da Rusiya
Rusiya ordusuna məxsus olduğu ehtimal edilən nişansız hərbi texnika kolonu Simferopola tərəf hərəkət edir. Rusiya rəhbərliyi iddia edir ki, Krımdakı yaraqlılar rusiya hərbi geyimlərini dükandan alırlar. Hərbi texnika isə dükanlarda satılımır
Rusiya ordusuna məxsus olduğu ehtimal edilən nişansız hərbi texnika karvanı Simferopola tərəf hərəkət edir.
Krım özünümdafiə dəstələti Simferopol dəmir yol vağzalında. Dəstənin komandiri təlimat keçir ki, yarımadaya kimi buraxmaq olar, kimi yox
Ukrayanın müdafiə naziri Igor Tenyukh Ali Radada çıxış edərək 4000 minə yaxın Ukrayna hərbçisinin iştirakı ilə genişmiqyaslı təlimlərin keçirildiyini deyir
Separatçıların "drujinnikləri" Simferopol dəmiryol vağzalında Krıma gələnlərin sənədlərini yoxlayır. Ukraynanın şərq bölgələrində doğulanların yarımadaya daxil olmasına icazə verilmir
Separatçıların "özünümadfiə" dəstələti özlərini Ukrayna hərbi hissələrinin blokadası ilə müdafiə edirlər
Rusiyada Putinin silah siyasəti ilə razılaşmayanlar da var. Moskvada müharibə əleyhinə nümayiş
Krım özünümüdafiə ordusunun əsgərləri
Krım özünümdafiə ordusunun əsgərləri andiçmə mərasimində
Separatçıların yaraqlıalrı Krım hərbi komissarlığını ələ keçirir
Simferopol yaxınlığında Krımın Ukrayna tərkibində qalmasını tələb edən qüvvələrin qarşısından keçən Rusiya ordusunun hərbi maşını
Rusiyadan gələn kazaklar Simferopolda
Rusiyadan gələn kazaklar Simferopolda
Krımın özünü müdafiə könüllülərinin Krımın Ukrayna tərkibində qalması ideyasının daşıyıcılarınaq qarşı əsas qarqumenti gücdür.
Ukrayna hərbi-sərhəd postu
Salkovo kəndi yaxınlığında Ukrayna hərbi texnikası
Krımın Ukraynanın digər bəlgələri ilə sərhəddi cəbhə xəttini xatırladır. Hər 2 tərəfdən səngərlər qazılıb, hərbi texnika keşik çəkir
Çonqar kəndi yaxınlığında Krım separatçılarının silahlıları yarımadaya gəlib-gedənlərin üstünü axtarırlar
Ukraine -- Armed pro-Russian servicemen stand guard at Chongar checkpoint blocking the entrance to Crimea, March 10, 2014
Çonqar kəndi yaxınlığında Krım separatçılarının silahlıları yarımadaya gəlib-gedənlərin üstünü axtarırlar
Sevastopolda NATO-nun əleyhinə şüar
Krım böhranı ilə əlaqədar NATO-nun mövqeyi maraqlıdır. Şimali Atlantika alyasnı hələlik məsələnin sülh yolla həllinə çağırır.
NATOnun AWACS radar müşahidə sistemi ilə təhciz olunmuş təyyarəsi Fransada. Hərbi əməliyyatlar zamanı bu sistemlərin köməyi ilə bütün hərbi manevrlər izlənir, düşmənə endirilən hava-raket zərbələrinin dəqiqliyi təmin olunur.