-
Əkrəm Əylisli:
- Burda 200-300 adam təqdim olunub mükafata, amma məni bu mükafata təqdim edənlər arasında 14 böyük adamın imzası var, bu imzalar məndə ümid yaradır şansa.
Qan Turalı:
- İstəməzdim Əkrəm Əylisli Nobel sülh mükafatı alsın.
Natiq Ədilov:
- Əkrəm Əylislinin doğurduğu rezonans və ortaya qoyduğu əsər orda mükafatlandırılan adamların çapına girmir.
Günel Mövlud:
- Əkrəm Əylislinin əməlini dəstəkləyirəm, alqışlayıram və təşəkkür edirəm...
Azərbaycan yazıçısı Əkrəm Əylisli Nobel Sülh Mükafatına namizəd göstərilib. Onun mükafatı almaq şansı varmı?
Mövzunu yazarlar Natiq Ədilov, Qan Turalı, Günel Mövlud, Əkrəm Əylisli və Xalid Kazımlı ilə müzakirə edirik.
Qan Turalı
- Nobel sülh mükafatının verilməsi əlbəttə ki, hər bir xalq üçün, hər bir cəmiyyət üçün fəxrdir, şərəfdir. Nobel sülh mükafatı xüsusilə Nobel mükafatları arasında daha önə çıxan, beynəlxalq sülhə dəstəyə görə verilən mükafatdır.
Bilirsiniz ki, Nobel mükafatı müxtəlif istiqamətlər üzrə verilir, amma nəzərə almaq lazımdır ki, ən çox mübahisəyə səbəb olan - Nobel sülh mükafatıdır. Məsələn, buna ən yaxşı misal Qorbaçovla bağlı məsələdir.
Bildiyiniz kimi Qorbaçov 1990-cı ildə Nobel sülh mükafatına layiq görülmüşdür, amma həmin il Azərbaycanda qanlı hadisələr, qanlı yanvar hadisəsi baş vermişdir və ordu sivil xalqın üzərinə yerimişdir. Bu cür hadisələr, Almatıda da, Daşkənddə də, Yerevanda da baş vermişdir. Bu minvalla əli öz xalqının qanına batmış bir adam Nobel sülh mükafatı almışdır. Və yaxud İsraillə bağlı başqa misal da gətirmək olar bu mövzuda.
Səadət A.
- Amma eyni zamanda Qorbaçovun gətirdiyi siyasət nəticəsində sovet imperiyası dağılmışdır. Siz dediyiniz faktlarla yanaşı axı tarixdə bu faktlar da var. Hər-halda xalqların müstəqilliyinə qovuşması üçün bir addım idi.
Qan Turalı
- Sizcə, Sovet imperiyasının dağılması sülhpərvər bir prosesdir? Bunun sülhə nə aidiyyatı var? Xalqları müstəqilliyinə qovuşdurmaq üçün 20 yanvarda 132 adamın qanını tökmək lazım idi? Bu da bir faktdır ki, Nobel sülh mükafatı beynəlxalq imperializmin əlində bir vasitə olmuşdur. Ən yaxşı nümunə də Qorbaçovdur. Başa düşmürəm ey, Qəddafi öz xalqının üstünə bombalar yağdırır, Hüsnü Mübarək Misirdə yağdırır, Suriyada Bəşər Əsəd yağdırır və bütün dünya Amerika başda olmaqla onları vətən xaini hesab edir. Elə hesab edir ki, hətta qanuni seçilmiş prezidentlər öz postlarını qoyub getməlidirlər. Amma eyni şeyi Qorbaçov edəndə ona sülh mükafatı verirlər.
Yaxud Barak Obamanın sülh mükafatı alması dünya mediasında kifayət qədər mübahisəli şey oldu. O, Əfqanıstana 30 minlik hərbi kontingent göndərmişdi, ondan az sonra Nobel sülh mükafatı almışdı. Nobel sülh mükafatı hər zaman mübahisəli bir şey olub, mən istəməzdim Əkrəm Əylisli Nobel sülh mükafatı alsın. Bir yazıçının alacağı mükafat bəllidir, bu da Ədəbiyyat üzrə Nobel mükafatıdır. İndiyə qədər müsəlman dünyasında iki nəfər - Nəcib Məhfuz və Orxan Pamuk bu mükafata layiq görülüblər. Kifayət qədər siyasiləşmiş mükafatdır, hər-hansı siyasi lider, böyük siyasi gücə, qüvvəyə malik bir adam Qarabağ münaqişəsinin həlli ilə bağlı Nobel sülh mükafatı ala bilər, bu elə bizim prezident də ola bilər, Ermənistan prezidenti də ola bilər. Bu cür modellər də var Yasir Ərəfat Şimon Pereslə birlikdə bu mükafatı almışdı. Yaxud Ənvər Sədat da almışdı bu mükafatı.
Natiq Ədilov
- Mənim Nobel sülh mükafatı ilə bağlı hər-hansı fərqli münasibətim yoxdur. Barak Obamanın Amerikanın digər prezidentlərinə nisbətən mülayim bir obrazı olmasına baxmayaraq, onun bu mükafatı aldığı müddətdə bu mövzuda xeyli mübahisələr getdi. Ənvər Sədatın bu mükafatı alması belə böyük problemlər yaradır, çünki onun da öz xalqına qarşı qəddarlığı vardı.
Səadət Ə.
- Lütfən Əkrəm bəylə bağlı hissəni şərh edəsiniz. Əkrəm bəyin bu mükafatı alması necə, Azərbaycan xalqına başucalığı gətirəcək? (Ardı aşağıda)
Natiq Ə.
- Mən düşünmürəm, heç real hesab eləmirəm də bu mükafatın Əkrəm Əylisliyə verilməsini. Bu siyahını nə qədər konyukturaya uyğun hesab eləsək də, Əkrəm Əylislinin doğurduğu rezonans və ortaya qoyduğu əsər orda mükafatlandırılan adamların çapına girmir. O baxımdan ümidli deyiləm ki, Əkrəm Əylisliyə bu mükafat verilsin.
Səadət A.
- Amma həmin müraciətdə deyilir ki: “Sülh prosesi dalandan çıxa bilmir, kövrək sülh hər zaman müharibəyə çevrilə bilər. Yalnız məşhur şəxslərin çağırışı xalqların bir-birini bağışlamasına və razılığa gəlməsinə gətirib çıxara bilər. Cənab Əylisli bu addımı hamıdan əvvəl atacaq və düşmənə əl uzadacaq qədər mərd adamdır. Biz əminik ki, Ermənistanda da eyni şəkildə cavab verməyə hazır olan insanlar var”. Burda söhbət ondan gedir ki, iki xalq arasında sülhə gətirəcək bir adamdır Əkrəm Əylilsi. Ona “Daş yuxular” əsərinə görə çoxlu təzyiqlər oldu ölkədə. Sizcə bu halda ona Nobel mükafatı verilməsi sülhə töhfə verərmi?
Natiq Ə.
- Orda yazılanlarla mən də tanışam, amma o nə dərəcədə etibarlıdır? O əsər ortaya çıxanda nəinki iki dövlət arasında sülh yaratdı, ölkənin içərisində bir müharibə yaratdı. Mən Əkrəm Əylislinin kitabının yandırılması, qulağının kəsilməsi kimi addımların hamısını lənətləyirəm. Ölkədə ədəbi tənqidçilər var, ağlı başında olan insanlar var, o baxımdan düşünmək olmaz ki, Əkrəm Əylislinin nüfuzu Azərbaycan cəmiyyətində o qədər yüksəkdir, o qədər həzm olunacaq, cəmiyyətdən reaksiya gələcək qədərdir. Əksinə o, Azərbaycanda çox böyük aqressiya yaratdı, düşmənə olan nifrəti daha da körüklədi.
Qan Turalı
- Gəlin baxaq görək bəs Ermənistanda nə oldu? Azərbaycanda bir roman yazılır, yazıçını daş-qalaq edirlər, həmin roman Ermənistanda da çap olunur, ermənilər alıb oxuyur ki, sən demə 1918,17,16- cı illərdə də erməniləri qırıblar. Ermənilərin də milli hisslərini körükləyir axı bu. Özü də biz bilirik ki, ermənilər çox həssas xalqdır, həddindən artıq həssasdır. Bu məsələnin mən ümumilikdə sülhə gətirdiyini düşünmürəm. Sülh insanların etdiyi cinayətləri bir-birinin yadına salmaq deyil. Ədəbiyyatda sülh ondan ibarətdir ki, insanları birləşdirən dəyərlər tapılsın. Məsəlçün, Sabir Əhmədlinin romanında maraqlı bir detal var, ermənilər gəlirlər bir Azərbaycan kəndini işğal edirlər, sonra azərbaycanlılar o kəndi işğal edirlər, görürlər ki, ermənilər bütün binaları dağıdıblar, bircə abidəyə dəyməyiblər, o da 2-ci Dünya müharibəsinin qurbanlarına qoyulmuş abidədir. Nəyə görə, çünki bu abidə azərbaycanlılarla ermənilər arasında ortaq bir dəyərdir, onlar çiyin-çiyinə verib alman faşizminə qarşı mübarizə aparıblar. Yaxud Mirzə Cəlilin “Kamança” əsərində ermənilərlə ortaq bir dəyərdən söhbət açılır. Azərbaycanlı Qəhrəman Yüzbaşı ki, ermənilərə görə qaçaq düşüb, ermənilər onun yaxınlarını öldürüb, amma o, erməninin çaldığı kamançaya görə ağlayır. Yazıçı burda onu bildirmək istəyir ki, iki xalq bir-biri ilə bir səbəb tapıb vuruşa bilər, amma onları bir-birinə bağlayan tellər var, biz “Daş yuxular” da o telləri görə bilmirik.
Səadət A.
- İndi Günel Mövlud telefon xəttindədir. Günel xanım, Əkrəm Əylisli Nobel sülh mükafatına namizəd göstərilib. Sizin bu məsələdə mövqeyiniz necədir? (Ardı aşağıda)
Günel Mövlud
- Mən Əkrəm Əylisliyə təşəkkür edirəm. O bir yazıçı kimi, bizim hər birimizdən yaşlı olduğu üçün və bir yazıçı kimi kifayət qədər təsdiq olunduğu üçün, onun sözü bizim hər birimizinkindən daha mötəbər söz idi, daha çox təsir doğuracaq söz idi. Onun atdığı addımdakı cəsarət də gəncləri, gənc qələm adamlarını bir növ ürəkləndirdi ki, onun başladığı sülh prosesini davam etdirsinlər. Mən əsərin bu gün Azərbaycanda doğurduğu rezonansdan, münasibətdən danışmaq istəmirəm, çünki Əkrəm Əylilsi özü də çox gözəl bilir ki, bu əsər bu gün üçün yazılmayıb. Bu əsər on il, iyirmi il sonra üçün yazılıb. O dövrdə azərbaycanlılar dönüb geri baxacaqlar və deyəcəklər ki, bizim də yazıçılar, ziyalılar arasında etiraflar etməyi bacaran insanlar olub. Tarixi konteksdə mən bu əsəri, Əkrəm Əylislinin əməlini dəstəkləyirəm, alqışlayıram və təşəkkür edirəm ki, o bu addımı atdı və bir növ bizi də qiymətləndirdi.
Səadət A.
- Günel xanım, studiyamızdakı qonaqlarımız Qan Turalı və Natiq Ədilovdur, onların hər ikisinin münasibəti belə oldu ki, əgər bu sülh mükafatı Əkrəm Əylisliyə verilsə belə, bu iki xalq arasında münaqişəni dərinləşdirəcək, nəinki yaraya məlhəm olacaq.
Günel M.
- Bilirsiniz, Azərbaycanda da, Ermənistanda da həm Əkrəm Əylislinin etirafına münasibətdə, həm də erməni ziyalılarının arasında onların törətdikləri cinayətlərə münasibətlərdə ilkin reaksiyalar belədir. Onları da bu qıcıqlandırır, bizi də. Amma reaksiyalar dəyişəcək, insanlar dəyişəcək, insanlar anlayacaq. Bu yaxınlarda Robert Koptaşyan da etiraflar elədi, Ermənistanda ona da qarşı eyni hücumlar başladı, o, Əkrəm Əylisli çapında bir yazıçı deyil, o qədər böyük qalmaqal olmadı, amma onu da xalqına, vətəninə xəyanətdə ittiham etdilər. Bunlar ilkin reaksiyalardır, bu istiqamətdə addım atan yazarlar çox gözəl başa düşürlər ki, bu gün həmin nifrətlə, qalmaqallarla, təzyiqlərlə üzləşəcəklər, amma yenə deyirəm, bunu tarix üçün yazırlar, bu əsərlərin qiyməti öz xalqlarımız tərəfindən bu gün verilməyəcək.
Səadət A.
- Günel xanım, sizin fikrinizcə, ümumiyyətlə hər üç qonağıma aid edirəm bu sualı, Əkrəm Əylislinin bu mükafatı almaq ehtimalı varmı? (Ardı aşağıda)
Natiq Ə.
- Mən əvvəldə də ifadə etdim ki, yoxdur.
Qan Turalı
- Hər şey mümkündür, bilirsiniz ki, gələn il qondarma erməni soyqırımının 100 illiyi tamam olur, niyə görə də beynəlxalq erməni lobbiçiliyində çox güclü olan qonşularımız bunu etməsinlər. Onların lobbiçiliyi ilə ola bilər, istisna etmirəm.
Günel M.
- Mən belə fikirləşirəm ki, bu mükafat Əkrəm Əylisliyə verilə də bilər, verilməyə də bilər, amma bunun Əkrəm Əylisli üçün belə bir əhəmiyyətini görmürəm, çünki Əkrəm Əylisli sülh istiqamətində atdığı bu addımın mükafatını tarixdən alacaq.
Qan Turalı
- İcazə verin bir şey deyim. Əkrəm Əylislinin yazdığı hadisələr iyirminci əsrin əvvəlində baş verib, bu hadisələr zamanı Əkrəm Əylisli hələ anadan olmamışdı, amma o dövrdə yaşayan yazıçılarımız var ki, bu hadisələri birbaşa öz əsərlərində, xatirələrində, filanlarda yada salırlar.
Məsəlçün, Cəlil Məmmədquluzadə 30-cu illərdə yazdığı “Xatiratım” əsərində o dövrün erməni-müsəlman davasının bütöv cizgilərini verib, yaxud M. S. Ordubadinin “Qanlı illər” əsərində var, Ömər Faiq Nemanzadənin xatirələrində var. O dövrdə Cəfər Cabbarlı hələ gənc olsa da sonrakı illərdə yazdığı “1905-ci il” əsərində o dövrün hadisələri var. Tarixi sənədləri yox, yazıçıların yazdıqlarını deyirəm. Əkrəm Əylislinin yazdıqları bizim üçün yeni bir şey deyil. Bu, Əkrəm Əylislinin tapdığı fakt, yeni bir fakt deyil, azərbaycanlılar erməniləri, ermənilər azərbaycanlıları qırıblar, biz tarix üçün yenilik eləmirik. Mənim əziz dostum Günel də deyir ki, Əkrəm Əylislini gələcək nəsillər anlayacaqlar, axı bu, konsepsiyaya uyğun deyil. Onun yazdığı Hüseynbala Mirələmovun yazdığı kimidir, götürüb yazır ki, ermənilər hamısı əclafdır, azərbaycanlıları qırıblar, Əkrəm Əylisli də onun əksini yazıb də. Amma tarix daha yüksək baxışdan durmağı təqdim edir. O cür baxışlar tarixdə qala bilməz. Erməni xalqı azərbaycan xalqı ilə düşmən deyil, amma Əkrəm Əylisli göstərir ki, Azərbaycan xalqı vəhşidir, biz ermənilərə qarşı günah işlətmişik. O dövrdə ermənilərin etdiyi cinayətlər Əkrəm Əylislinin yerlisi olan M. S. Ordubadinin “Qanlı illər” adlı publisistik əsərində yazılıb. Bunları kim yazmalıdır, bunlar niyə yazılmamalıdır.
Günel M.
- Əgər Əkrəm Əylisli öz əsərində Azərbaycan xalqının vəhşi xalq olduğunu göstərmişdisə, azərbaycanlılar da bir əsərə, bir yazıçıya qarşı münasibətləri ilə, təzyiqləri ilə göstərdi ki, Əkrəm Əylisli həqiqətdən o qədər də uzaq deyil.
Qan Turalı
- Düzdür, Əkrəm Əylisliyə qarşı münasibət zamanın ruhuna əks olan münasibət idi, amma bu, yazıçıya tarixi faktları təhrif etməyə imkan vermir.
Səadət A.
- Günel xanım, siz söylədiniz ki, tarix verəcək qiyməti, fikrinizcə tarix nəyə qiymət verəcək, əsərəmi, yoxsa Əkrəm Əylislinin belə bir həssas məqamda ermənini müsbət obraz kimi göstərib, üzərinə təzyiq dalğasını almağınamı?
Günel M.
- Bilirsiniz, ortada fakt var, bizim xalqlar hazırda düşməndilər, bir-birlərinə nifrət edirlər, hazırda düşmən xalq haqqında bircə müsbət söz yazmaq, müsbət mesaj vermək öz xalqımızın yanında cinayət hesab olunur. Bunu qəhrəmanlıq hesab etməmək olar, qurban hesab etmək olar. Əkrəm Əylisli özünün bir çox adlarını, titullarını, ağsaqqal kimi hörmətini qurban verməyə hazır oldu ki, sülh mesajı verən bir əsər yaza bilsin. Mən ordakı tarixi faktların nə qədər doğru, nə qədər yalan olduğunu təsdiq, ya inkar edəsi deyiləm, yazıçı salnaməçi deyil, amma barışıq, sülh, ilk olaraq etiraflardan başlayır. Biz iki düşmən xalqın ziyalıları bir-birimizə, xalqlarımıza qarşı etdiyimiz cinayətləri etiraf etməkdən başlamalıyıq hər şeyə və bunun ardınca növbəti mərhələlər gələcək. Ona görə Əkrəm Əylisli tarixi kontekstdə öz qiymətini, öz cəsarətinə və verdiyi qurbanlara görə alacaq.
Səadət A.
- Günel xanım dedi ki, hər iki xalq arasında bir-birinə nifrət var. İstəyirəm bir qədər bunun üzərində dayanaq. Azərbaycanda yaşayan erməni ailələri var və onların heç biri təzyiq altında deyil. Azərbaycanlılar necə yaşayırsa, eyni zamanda onlar da həmin imkanlardan yararlanırlar. Yəni onların təhlükəsizliyinə heç bri problem yoxdur. Belə olan halda hər iki xalqın bir-birinə nifrəti var demək, bir şişirtmə deyilmi? Bəlkə bunlar kimlərinsə siyasi maraqlarına bir çəpər ola bilər?
Qan Turalı
- Səadət xanım, çox düzgün deyirsiniz. Mən iki xalqın bir-birinə düşmən olduğunu düşünmürəm. Əkrəm Əylislinin yazdığı o erməni-müsəlman davasından da sonra, sovet dövrü ərzində də, bu xalqlar birlikdə çox xoşbəxt yaşayıblar, qız alıb, qız verməsələr də həmişə kirvə olublar. Toylarda, yaslarda birgə iştirak ediblər. Bu xalqlar arasında dərin bir nifaq olduğunu düşünmürəm. Erməni ideoloqları çoxlu yalanlar uydurublar, erməni xalqı bu yalanlara inanıb, böyük imperiyalar yaratmaq istəyinə düşüb, ona görə də qonşularına qarşı, əsrlərdir bir yerdə yaşayan insanlara qarşı müharibə elan ediblər. Ermənilər əgər Azərbaycan xalqı ilə birləşmək istəyirsə, şovinist siyasətindən əl çəkməlidir, mənən, ruhən təmizlənməlidir. Hrant Motevasyan, Mirzə Cəlil ideyalarına qayıtmalıdır.
Səadət A.
- Amma Günel xanım bayaq göstərdi ki, Əkrəm Əylisli o kitabı yazandan sonra ona qarşı münasibətlər burda da xalqın tam sülhə hazır olmadığını isbatlayır.
Natiq Ə.
- Məncə, o, siyasi bir məsələ idi, hökümətin dəyirmanına su tökürdülər. Əkrəm Əylisli həmin dövrdə Ziyalılar Forumunda iştirak etmişdi, bu kitabla hökümətin ayağına yaxşı bri pas düşdü, bundan istifadə elədi. Azərbaycanda yazısına görə, köşəsinə görə çox adamlar belə münasibətlə qarşılaşıb.
Qan Turalı
- Günel mənim dostumdur, amma mən onun dedikləri ilə də qarşılaşmıram. Günelin doğulduğu torpaqlar özü işğal olunub, Azərbaycanın bir milyondan artıq qaçqını var, Azərbaycanın iyirmi faizi işğal olunub. Azərbaycan iqtisadiyyatına milyardlarla ziyan dəyib, xalqın bütövlüyü pozulub, Azərbaycan mənəviyyatına, xalqın milli qüruruna dəyən ziyanları biz ölçməkdə acizik, amma indi Əkrəm Əylisli durub deyir ki, bizi bağışlayın biz 18-ci ildə sizi qırmışıq. Məğlub xalqın üzr istəməyi çox gülməli görünür ey.
Günel Mövlud
- O qarşılığında erməni xalqına da təklif edib ki, siz də etdiyinizə görə üzr istəyin. Robert Koptaşyan Xocalı faciəsinə görə üzr istədi. Ermənistanda xalq şok içərisindədir, onlar kompleks keçirdirlər ki, Azərbaycanda xalqın içindən bir nəfər çıxdı, xalqının cinayətini etiraf etdi, biz dünyanın gözündə doğurdan da etiraf etməyi bacaran, humanist bir xalq kimi qaldıq. Onların arasından isə hələ belə bir ziyalı çıxmayıb. Bu dəqiqə Ermənistanda vəziyyəti başa düşən ziyalılar arasında əsas sual budur ki, biz necə edək, axı bizim Əkrəm Əylislimiz kim olsun? Özümüzü mədəni, humanist, ziyalı, əzabkeş xalq kimi təqdim etməyə iddialıyıq, amma bizim aramızdan etiraf etməyi bacaran bir ziyalı çıxmır. Yaxud siz elə bilirsiniz ki, Ermənistanda hər-hansı bir sülh çağırışı edən insanlar, təzyiqlərə, tənqidlərə, nifrətə tuş gəlmirlər? Amma onlar da bunu edirlər, bu dəqiqə Ermənistanda Georgi Vanyan kimi bir insan var, onun başına oyun açırlar, ailəsinə, özünə yaşamağa imkan vermirlər.
Səadət A.
- İndi telefon xəttində Əkrəm Əylislidir. Əkrəm bəy, yenə də sizin fikrinizə ehtiyac duyuruq. Burda fikirlər səslənir ki, münaqişələrin həllində ədəbiyyatın rolu kiçikdir və siz əgər Nobel sülh mükafatını alsanız belə, bu iki dövlət arasındakı münaqişəyə heç bir töhfə verməyəcək... (ardı aşağıda)
Əkrəm Əylisli
- Mən bayaq qulaq asdım, Qan Turalının sözlərini eşitdim. O, müharibədə məğlub olan, müharibədə qalib gələnlər haqda danışırdı. Mənim yadıma düşdü ki, “Adamlar və ağaclar” trilogiyasından birinci povesti, “Mənim nəğməkar bibim”i “Azərbaycan” jurnalına vermişdim. O vaxt jurnalın redaktoru rəhmətlik Qılman Musayev idi, sonradan Qılman İlkin olmuşdu. O mənə dedi ki, mən bu əsəri çap eləməyəcəyəm, çünki bu, müharibədə məğlub xalqın haqqında yazılıb, qalib xalqın haqqında yazılmayıb. Bu əsər 60-cı illərin ortalarında çap olunub təqribən. Bu sözü eşidəndə yadıma o düşdü.
Deyim ki, bu məsələnin geniş müzakirə olunmasının belə tərəfdarı deyiləm. Ona görə ki, bu hələ ilk mərhələdir, təqdimatdır, bu hələ neçə mərhələdən keçəcək. Bu mükafat verilərkən namizədlər bir neçə mərhələdən keçir, onların seçimi gedir. Mən dünən efirdən bir söz dedim, dedim ki, qorxmamaq üçün sevmək lazımdır. Sonra evə gələrkən düşündüm ki, bu söz nəsə bir hikmətli sözdür. Kənardan baxanda adi söz kimi görünür. Əzizlərim, sevgi olan yerdə qorxu olmur. Sevgi olmayan yer qorxu ilə dolu olur. Lap adicə məişət mənasında götürsək, bir ailədə ki, sevgi yoxdur, o ailədə qorxu var.
Mən bunu ora gətirib çıxardıram ki, bir vətəndə ki, sevgi var, orda qorxu yoxdur. Gəlin vətənimizi heç kəsin qorxmadığı, hamının sevdiyi bir yerə çevirək. Vətən sevgisi çox mürəkkəb, ali sevgidir, onu çürüdüb, əxlaqsızlaşdırıb, hər kəs öz mənafeyinə uyğunlaşdırıb, daxili məzmunundan məhrum edib, hər cəhətdən axtalamışıq. O vaxt meydanda olan, gedərəm, vuraram, kəsərəm əhval- ruhiyyəsi indi parlamentdədir. Sabahları bilmirsən kim nə hava çalacaq, ona görə gəlin bir-birimizi sevməyə çalışaq, bir-birimizi sevsək, bir-birimizdən qorxmayacağıq.
Mən səmimi qəlbdən bu fikirdəyəm ki, Azərbaycanı sevən adam, yəni mən bu situasiyada niyə məhv olmadım, ona görə ki, mən vətəni sevirdim, mən qorxmadım. Bizim həyətdə kitab yandırılan gün mən evdən piyada çıxıb gəldim Azadlıq Radiosuna, ordan da çıxdım piyada evə gəldim. Çünki mən xalqımdan qorxmuram, mən xalqın kim olduğunu, nə olduğunu gözəl bilirəm. İndi xalqı da qorxu alətinə çevirirlər. Xalqın adından o adamlar danışır ki, onun öz sözü yoxdur. Öz sözü olan şəxs xalqın adından danışmaz, bunu ləyaqətinə sığışdırmaz. Qlobal şəkildə gəlin öz adımızdan danışaq, gəlin içimizdən danışaq, varlığımızdan danışaq. Bu saat məsələ belədir ki, satılanlar satılıb, satılmayanlar da özünü satmağa müştəri axtarır. Gəlin bu mühiti saflaşdıraq, sağlamlaşdıraq.
Səadət A.
- Əkrəm bəy, bir Azərbaycan yazıçısının Nobel mükafatı almaq şansı nə qədərdir?
Əkrəm Ə.
- Bilirsiniz, orda 14 alim imzası var, hər biri də çox böyük insandır. Yenə hər-hansı dünən yerindən duran özünü onlardan ağıllı hesab edirsə, mən bu ağıldan şübhələnirəm. Bu nə ağıldır ki, özünü 14 alimdən yüksəkdə hesab edir. Bu hansı əxlaqa uyğundur, gəlin dünyanı da eşidək. Öz-özümüzə o qədər vurulmuşuq, öz-özümüzə o qədər aludə olmuşuq ki, daha sevgi də qurtarıb içimizdə. Gəlin mənəviyyatımıza, ürəyimizə xəyanət etməyək, xəyanət elədinsə o ürək artıq sevməyə qadir deyil. Mənə elə gəlir ki, hamı da bu fikirləri anlaya bilər. Biz Azərbaycan xalqına dünyanın gözü ilə də baxaq, biz özümüzə dünyanın gözü ilə baxmırıq. Bəs onda Mirzə Cəlil bizim nəyimizə lazım idi.
Bilirsən, burda 200-300 adam təqdim olunub mükafata, amma məni bu mükafata təqdim edənlər arasında 14 böyük adamın imzası var, bu imzalar məndə ümid yaradır şansa.
Natiq Ə.
- Mən Əkrəm müəllimin dediklərində ciddi bir ziddiyyət gördüm. O bir tərəfdən Azərbaycanda sevgi problemini qabartdı ki, biz bir-birimizi sevmirik, bir-birimizə qarşı sevgi yoxdur, sonra özümüzə və bir-birimizə sevginin ifrat olmasından şikayətləndi. Bir vacib məqam da nədən ibarətdir? O əsərdə azərbaycanlıların barbarlığı qabardılır, ona görə üzr istənilir. Əkrəm Əylisli bu əsəri yazdı, özü də etiraf etdi ki, evinin qabağında kitablarından ocaq qalananda çox rahatlıqla həyətə düşüb. Heç kim bunu küçədə döymür, heç kim alçaltmır. Əkrəm Əylisliyə qarşı siyasi hakimiyyətin basqısı vardı, onun adından xalq yazıçısı adını götürməyi xalq tələb eləmədi, İlham Əliyev buna qərar verdi. Onun oğlunu Gömrük Komitəsindən xalq çıxartmadı, hökümət çıxardı. Bu bir daha göstərdi ki, bizdə görünən bir barbarlıq varsa, bu, xalqla bağlı deyil, siyasi təsisatla bağlıdır. Bu, birbaşa xalqın pasportuna yazılası bir şey deyil. Əkrəm Əylislinin qulağının kəsilməsinə çağıran adam partiya sədridir və İlham Əliyevin birbaşa təbliğatçılarından biridir.
Proqramı tam izlə