-
Martın 20-də Index on Censorship təşkilatı özünün İfadə Azadlığı Mükafatını təqdim edir. “Azadlıq” qəzeti də mükafata layiq görülənlər arasındadır. Təqdimetmə mərasimi Londonda Barbican Mərkəzində keçirilib.
Jurnalistika sahəsində ilin İfadə Azadlığı Mükafatı bu il Azərbaycandan “Azadlıq” qəzetinə verilib. Mükafatı qəzetin redaktoru Rahim Hacıyev qəbul edib.
Təşkilat bildirir ki, “Azadlıq” qəzeti Azərbaycanda müstəqilliyini qoruyub saxlaya bilən azsaylı media orqanlarından biridir. Qəzet hökumətin korrupsiya, qohumbazlıq, maliyyə pozuntuları barədə məlumatlar yaymaqda davam edir.
İfadə Azadlığı Mükafatı dünyanın müxtəlif ölkələrindən cəsur jurnalistlərə, sənət adamları, ictimai fəallara verilir.
Bu il 400 namizəd arasından 17 qalib seçilib. Onların hər biri öz yaradıcılıqları ilə yaşadıqları repressive rejimlərə qarşı dayanırlar.
Mükafatçılar arasında Misir, Pakistan, Hindistan, Uqanda, Türkiyə və Nigeriyadan da jurnalistlər və ictimai fəallar var.
"Azadlıq" qəzetinin Baş Redaktorunun Birinci müavini Rahim Hacıyev mükafatı qəbul etmək üçün hazırda Londondadır.
Rahim Hacıyevin mükafatın təqdimetmə mərasimindəki çıxışı:
Rahim Hacıyevlə AzadlıqRadiosu Azərbaycan xidmətinin direktoru Kənan Əliyevin müsahibəsini dinlə:
http://www.azadliq.org/externalaudio-FLRM/Audio/1104341.html
Londonda mükafatın təqdimetmə mərasimindən fotolar: