Qazprom Ukraynaya satılan qazın qiymətini qaldırıb

arxiv foto

-
Qazprom çərşənbə axşamı bildirib ki, Ukraynaya satdığı qazın 1.000 kubmetrin qiymətini 385.5 dollara qaldırıb.

Əvvəlki qiymət $268.5 idi.

Qiymət artımı ikinci rübdən başlayır.

Gazprom-un Baş İcraçı Direktoru Alexei Miller Moskvada bəyan edib ki, çərşənbə axşamı Ukraynanın ödənməmiş qaz borcları 1.7 milyard dollar olub. Bununla da iki ölkə arasındakı güzəştli qiymət sona çatıb.

Ukrayna Moskvanın dəstəklədiyi prezidenti çıxarıb, Rusiya isə onun Krım vilayətini anneksiya edib.

Qazpromun indiyədək Ukraynaya güzəştli qaz satışının şərtlərindən biri də Krımdakı Sevastopol hərbi dəniz bazasının Rusiyaya icarəsi ilə bağlı idi. Sevastopolu birtərəfli şəkildə federal şəhər kimi Rusiyanın tərkibinə daxil edən Moskva bir sıra digər sazişlərlə yanaşı bu hərbi dəniz bazasının icarəsi haqda Ukrayna ilə bağlanmış müqavilənin də qüvvədən düşdüyünü elan edib.