-
«Şəffaflıq Azərbaycan» İctimai Birliyinin rəhbəri Rəna Səfərəliyeva bunu AzadlıqRadiosunun canlı efirində Hesablama Palatası haqqında araşdırmanın müzakirəsi zamanı bildirib.
Rəna Səfərəliyeva deyib ki, bunun niyəsinin səbəblərindən biri qanunvericilikdə olan boşluqlardır:
NEFT PULLARI ARTDIQCA, HESABLAMA PALATASININ ÖNƏMİ DƏ ARTIR
«Hesablama Palatası haqqında tədqiqatların aparılması ona görə önəmlidir ki, bu qurum dövlətin büdcəsinə, dövlətin fəaliyyətində payı olan bütün təşkilatların maliyyə fəaliyyətinə nəzarət imkanı yaradır. Bu ictimaiyyəti düşündürən ən ciddi problemlərdən biridir. Nəzərə alsaq ki, neft gəlirləri ilə bağlı olaraq son dövrlər ölkəmizin maliyyə imkanları çox sürətlə artır, onda bu institutun önəmi daha da artır».
Bunu isə verilişin qonaqlarından olan iqtisadçı-ekspert Rəşad Həsənov deyib.
Rəşad Həsənov düşünür ki, Hesablama Palatasının tam şəffaf fəaliyyətini təmin etmək üçün qanunda müəyyən üstünlüklər var, ancaq təcrübədə buna rast gəlmirik:
«Onun şəffaf fəaliyyətinin təmin olunmasının yollarından biri də Hesablama Palatasının ictimai hesabatlılığının təmin edilməsidir. Bu, təmin edilərsə və apardığı araşdırmaların nəticələri cəmiyyətə çatdırılarsa, vətəndaşların bunu izləmək imkanı olarsa, bu, Hesablama Palatasının fəaliyyətinin şəffaflaşdırmasına müsbət təsir edən ən vacib amillərdən birinə çevrilə bilər».
Verilişdə Hesablama Palatasının fəaliyyəti ilə bağlı dinləyici rəyləri, Bakı sakinlərinin bu qurum haqqında məlumatı olub-olmadığı haqqında sorğusu da səsləndirilib.
«Xalq arasında Ali Audit İnstitutu haqqında məlumat azdır. Bilənlər də belə düşünür ki, bu institut yalnız dövlət qurumlarının auditini aparır. Qanunvericilik bazasında Ali Audit İnstitutunun müstəqilliyi və fəaliyyəti kifayət qədər tənzimlənir. Amma praktikada onlar dövlət büdcəsinin xərclənməsinin qərəzsiz və müstəqil auditini tam şəkildə keçirə bilmirlər».
«Şəffaflıq Azərbaycan» İctimai Birliyinin rəhbəri Rəna Səfərəliyeva bunu AzadlıqRadiosunun canlı efirində Hesablama Palatası haqqında araşdırmanın müzakirəsi zamanı bildirib.
Rəna Səfərəliyeva deyib ki, bunun niyəsinin səbəblərindən biri qanunvericilikdə olan boşluqlardır:
«Qanunvericiliyə əsasən, onlar dövlət büdcəsinin nəzarətini həyata keçirirlər. Bu da texniki olaraq qeyri-büdcə fondlarını kənarda qoyur. İlk öncə Dövlət Neft Fondunu. Dövlət Neft Fondunun xərclərinin səmərəliliyinə Hesablama Palatası rəy vermir. Halbuki xərclər nəzər-nöqtəsindən Dövlət Neft Fondu təxminən dövlət büdcəsinə bərabərdir. Büdcədənkənar fondlara da Hesablama Palatası rəy vermir, onların xərclərinin auditini həyata keçirmir. Nəhayət, baxmayaraq ki, qanunvericiliyə əsasən, Hesablama Palatası birbaşa parlamentin tabeçiliyindədir, icra hakimiyyətinin təsiri kifayət qədər yüksəkdir».