Şamaxının dəmirçisiz Dəmirçi kəndi.
Dəmirçi Şamaxının bir dağ kəndidir. Təqribən 350-400 il əvvəl yerləşdiyi dağın o biri ətəklərindən, Lahıc tərəflərdən dəmirçi ailələr bura gəlmiş, sexlər açıb dəmirçiliklə məşğul olmuşlar. Bu kəndlə Lahıc arasındakı məsafə dağ yolları ilə 20 km.-dir. Adətləri, dilləri (tat), evləri, küçələri eynən Lahıc kimidir.
Dəmirçi Şamaxının bir dağ kəndidir. Təqribən 350-400 il əvvəl yerləşdiyi dağın o biri ətəklərindən, Lahıc tərəflərdən dəmirçi ailələr bura gəlmiş, sexlər açıb dəmirçiliklə məşğul olmuşlar. Bu kəndlə Lahıc arasındakı məsafə dağ yolları ilə 20 km.-dir. Adətləri, dilləri (tat), evləri, küçələri eynən Lahıc kimidir.
Dəmirçi kəndi Dəmirçi və Pirsaat çaylarının arasında yerləşir. Kəndə giriş Dəmirçi çayının içindən keçir. Çay üzərində körpü olmadığından kəndə giriş-çıxış olduqca müşkül məsələdir. Elə ki, bir az yağış yağdı, o zaman çayın suyu çoxalır və gediş gəliş tamamilə kəsilir.
Qonşuluqdakı Zarat kəndində məktəb direktoru işləyən Makayıl müəllim kəndin başqa ciddi problemi - mavi yanacaqdan danışır: Dəmirçi dağ kəndi olduğundan burda havalar şaxtalı keçir. İlin 6-7 ayı soba qalanmalı olur. Qaz yoxdur, yaxınlıqdakı meşələrdən isə odun gətirməyə icazə verilmir. Məcbur oluruq odunu alaq. Ural maşınlarında və ya traktor “lapet”lərində odun gətirirlər. Bir ural dolusu oduna 600 manata qədər pul veririk. Sonra onu da mal-qara kərməsi ilə birgə yandırırıq ki, qışı ötüşdürək.
Mikayıl müəllim deyir ki, 50-60 ailə varsa bu kənddə onun 3-4 nəfəri məktəbdə, 3 nəfəri bələdiyyədə işləyir, qalan camaat işsizdir, indi siz deyin, biz 600 manatı hardan tapaq odun üçün. Ona görə kimin imkanı var kənddən qaçır, üz tutur daha yaxşı yerlərə. Buna görə də kənd boşalır.
Bu kəndin əsasını Lahıc tərəflərdən gələn dəmirçilər qoyduğu üçün kənddə dəmirçi sexləri hədsiz sayda olub. 60-cı illərə qədər kənddə 25-ə yaxın dəmirçi sexində iş görülüb. Sovetlər dağılan vaxt bu say təqribən 10-a düşüb. İndi isə kənddə üç dəmirçi dəmir döyür. İşləməyən dəmirçi sexindən biri.
Peşəsini atasından öyrənmiş Fəxrəddin usta vəziyyətdən gileylənir: Əvvəl insanlar əl istehsalı məhsulları istifadə edirdi, bizim dəmir döyməyimizə ehtiyac var idi, amma indi ta mənim hazırladığım bıçaq heç kimə lazım deyil, çünki camaat “kitayski” bıçaqları çox ucuz qiymətinə alır. Ona görə də bir çox ağıllı dəmirçi sexini bağlayıb alverlə məşğul olur.
Kənddə əsil peşəsi dəmirçilikdən əl çəkmiş ustalardan biri.
Fəxrəddin ustanın dəmir sexindən bir az aralıda təqribən 120-130 il əvvəl tikildiyi ehtimal olunan bir tarixi abidə gözümüzə dəyir.
Bu bina üzündən tarixilik yağan, amma içi bərbad halda olan, üzərində “Yerli əhəmiyyətli memarlıq abidəsi” və “dövlət tərəfindən qorunur” yazılmış məsciddir.
Bu bina üzündən tarixilik yağan, amma içi bərbad halda olan, üzərində “Yerli əhəmiyyətli memarlıq abidəsi” və “dövlət tərəfindən qorunur” yazılmış məsciddir.
Tarixi abidə, məscidin bu günkü vəziyyəti.
Məscidin tavanının bir hissəsi çöküb.
Tarixi abidə, məscidin bu günkü vəziyyəti.
Məscidin tavanının bir hissəsi çöküb.
Məscidin divarındakı daşlarda "Allah, Məhəmməd, Ya Əli" və "1311" yazılıb.
Dağılmış məscidin qarşıdan görünüşü.
Kənddə gəzərkən ümumiyyətlə çox az adama rast gəlirdik. Tək-tük adam öz həyətində nə iləsə məşğul olur, digərləri isə gözə dəymir.
Kənddə gəzərkən ümumiyyətlə çox az adama rast gəlirdik. Tək-tük adam öz həyətində nə iləsə məşğul olur, digərləri isə gözə dəymir.
Mal-qaranı örüşə aparan kəndli qadın.
Kənd sakini külünü torpağa səpmək üçün həyətində ot-ələf tullantılarını yandırırır.
Kənd sakini Ağakişi Bələdiyyənin özbaşınalığından, torpaq islahatları zamanı onlara ayrılmış torpaq paylarından yaxşı istifadə üçün suni yaradılan maneələrdən gileylənir.
Kəndin nadir hallarda qapısı açılan, istifadə olunan kitabxanası.
Mirzə dayı Kəndin dükançısıdır. O, dükana malları bu maşını ilə rayon mərkəzindən gətirir. O, deyir ki, yolların çətinliyindən mərkəzə tez-tez gedə bilmir, ona görə də ən zəruri malları gətirə bilir. Mirzə dayı deyir ki, bir az qar-yağış olanda bu yollarda heç Vilis maşınları da hərəkət edə bilmir. Ona görə o, maşında daima təkərlər üçün zincir saxlayır.
Mirzə dayı bizə alverin zəyifliyindən də danışır. Bizə “nisyə dəftəri”-ni göstərir. Bir xeyli adamın adı var bu dəftərdə. Mirzə dayı deyir ki, ödənişlər ayın bir vaxtı – maaşların, pensiyaların verildiyi vaxt edilir. Sonra dəftərdə yeni bir səhifə açılır.
Dəmirçi kəndində bu gün toy var. Bu toy başqa toylardan bir az səssizdir, çünki bəyin anasının vəfatının ili tamam olmayıb deyə çal-çağırlı mağar yox, sadə toy olcaq.
Toy maşınları Şamaxıdan yola çıxaraq kəndə doğru irəliləyir.
Toy maşınları kəndin dar küçələri ilə hərəkət edir.
Qonaqlar bəy-gəlinlə birgə toy evinə gəlirlər.
Gəlin maşınından tabaqlar yeni evə daşınır.
"Yeni ailə"-nin ayaqları altında qurban kəsilir.
Kəsilmiş qurbanın qanından gəlinin alnına vurulur.
Adəti üzrə bəy yuxarıdan gəlinin başına şirinlik tökür.
Gəlin isə evin həndəvərində ayağı ilə boşqabı sındırır.
Bəy-gəlinlə şəkil çəkdirən uşaqlar.
Toyun xudmani yemək məclisi.
Qəssab kəsilmiş qoyunun dərisini soyur.