-
British Council 2014-cü ili Azərbaycanda Shakespeare (Şekspir) ili elan edir.
Tanınmış dramaturq və şairin 450 illik yubileyi ilə bağlı bu il bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.
«Shakespeare- 450» layihəsinin məqsədi yazıçının mirasını və İngilis ədəbiyyatını Azərbaycanda bir daha tanıtmaqdır.
Yubiley tədbirlərinin rəsmi açılışı aprelin 23-də Azərbaycan Milli İncəsənət Muzeyində keçiriləcək.
Layihə çərçivəsində incəsənət işçiləri, aktyorlar, ingilis dili müəllimləri və ingilis dilini öyrənənlər Shakespeare-n həyat və yaradıcılığı ilə daha yaxından tanış olacaqlar.
İctimaiyyət üçün açıq oxu tədbirləri, filmsevərlər üçün sentyabrda Shakespeare həftəsi təşkil olunacaq.
William Shakespeare ingilis dilində yazan ən görkəmli yazıçı olub.
O, 450 il bundan əvvəl - təxminən 1564-cü il aprelin 23-də Eyvon çayı sahilindəki Stratford şəhərində doğulub.
William Shakespeare dünya ədəbiyyatına bir sıra şedevrlər bəxş edib: «Hamlet», «Romeo və Culyetta» , «Maqbet» , «Otello», «Kral Lir», «12-ci Gecə» və s.
Doğum günündən 450 il sonra belə Shakespeare-in pyesləri dünyanın hər dilində, hər nəslə aid tamaşaçılarla «danışır».