-
"Ədəbi Azadlıq-2014" müsabiqəsinin Şeir 20-liyindən
Gülnar Quliyeva
Barmağının ucunda
Səssiz gediş yoxdur...
Barmağının ucunda da getsən,
Ürəyimi tapdalaya-tapdalaya gedəcəksən...
Bir mən qalacağam bu şəhərdə, bir də ətrin.
Bu dəniz durduqca,
Bakı sənin qoxunu verəcək...
Və hər ətrini duyduğumda,
Mən yalnızlığın rəsmini çəkəcəyəm gözlərimə...
Lal olacaq baxışlarım hönkürəndə gedişin.
Bir tək Bakı biləcək yalnızlığımı.
Hər gecə qoynuma girəcək bu şəhər,
Hər gecə bir az daha tanıyacaq məni...
Bir az daha sevəcək ömrünü sənə satan qadını...
Sən gedəcəyin gün bura sonbahar olacaq...
Son dayanacaq...
Sən və mən arasındakı o cizgidə,
Sərf eləmədiyimiz sözlər,
tükətmədiyimiz ümidlərin şərəfinə
Mən hər gecə gəlişini diləyəcəm...
Və bir güllə sıxacağam köksümə...
Məndən öncə ölməyəsən deyə...
İndi...
İndi ayaq səslərin düşür ürəyimə...
Getmə, sevdiyim...
Səssiz gediş yoxdur...
Dırnağımdan tükümədək əriyəcək bədənim...
Barmağının ucunda da getsən....
Barmağının ucunda da getsən....
05/09/2012
22:32
SİQARET TÜSTÜSÜ
Bir gecə yarısı yadıma düşdün,
Zəng etdim... Yuxun da yaman ağırmış.
Bir an xəyalınla fikrim öpüşdü,
Sən demə, səni o qonaq çağırmış...
Yuxuma gəlmişdin birinci dəfə
Səbəbi nə idi, bəs kim deyəcək?
Yumdum gözlərimi, yuxumda barı
Səni itirməyim həyatdakıtək.
Budamı qismətin bir oyunudur?
Ayrılıq rüzgarı niyə tez əsdi?
Görəsən, ömrümə gecikmiş qonaq,
Yuxumdan getməyə niyə tələsdi?
Razıyam izində itsin izlərim,
Razıyam yanında özgə, yad olum.
Unutmaq istəsən xatirələri,
Söndür siqareti, mən unudulum.
Hər baxış qəm yükü olmasın sənə,
Ürək olsa, əlbət, qəm tapılacaq!
Məni bir nəfəslik olsa da belə,
Siqaret tüstüsü xatırladacaq.
Bir haşiyə çıxım, yeri gəlmişkən,
Hələ yollarımız kəsişəcəkdir.
Bəlkə, bir il sonra qandallı əlim,
Soyuq əllərinlə görüşəcəkdir.
Bir gün o günlərdən xatirə kimi,
Görüşüb dərdləri bölərik, bəlkə...
İndidən “Bağışla!” deyirəm sənə
İşdir, görüşmədən ölərik, bəlkə.
Harda bir siqaret tüstüsü görsən,
Şıltaq uşaq kimi andırar məni.
Onda dodağına qısqandığımın
İndi də tüstüsü yandırar məni.
Bu şəhər, bu küçə, bu gizli məkan…
Burda xatirənin izi qalacaq!
Masamın üstündə bir stəkan çay,
Yenə dodağını arzulayacaq...
Demirəm stulun boş qalacaqdır,
Yerini özgəsi doldurmayacaq.
Özgə əllərində yanan siqaret
Sənin əlindəkitək durmayacaq...
Bizə şahid olan bu divarların,
Gözündən qəzəbmi töküləcəkdi?
Onda yerimizə danışan gözlər
İndi yerlərəmi dikiləcəkdi?
O yer də duracaq, o masalar da,
İnan, divarlar da heç aşmayacaq!
Bircə yerimizdə əyləşən kəslər,
Bizim xatirəyə yaraşmayacaq!
Bacarsam, adını unudardım mən.
Elə bilərdim ki, bir özgə addır.
Tək sənin dilində “əlvida” sözü,
Sənə də yad idi, mənə də yaddır!
"Ədəbi Azadlıq-2014" müsabiqəsinin Şeir 20-liyindən
Gülnar Quliyeva
Barmağının ucunda
Səssiz gediş yoxdur...
Barmağının ucunda da getsən,
Ürəyimi tapdalaya-tapdalaya gedəcəksən...
Bir mən qalacağam bu şəhərdə, bir də ətrin.
Bu dəniz durduqca,
Bakı sənin qoxunu verəcək...
Və hər ətrini duyduğumda,
Mən yalnızlığın rəsmini çəkəcəyəm gözlərimə...
Lal olacaq baxışlarım hönkürəndə gedişin.
Bir tək Bakı biləcək yalnızlığımı.
Hər gecə qoynuma girəcək bu şəhər,
Hər gecə bir az daha tanıyacaq məni...
Bir az daha sevəcək ömrünü sənə satan qadını...
Sən gedəcəyin gün bura sonbahar olacaq...
Son dayanacaq...
Sən və mən arasındakı o cizgidə,
Sərf eləmədiyimiz sözlər,
tükətmədiyimiz ümidlərin şərəfinə
Mən hər gecə gəlişini diləyəcəm...
Və bir güllə sıxacağam köksümə...
Məndən öncə ölməyəsən deyə...
İndi...
İndi ayaq səslərin düşür ürəyimə...
Getmə, sevdiyim...
Səssiz gediş yoxdur...
Dırnağımdan tükümədək əriyəcək bədənim...
Barmağının ucunda da getsən....
Barmağının ucunda da getsən....
05/09/2012
22:32
SİQARET TÜSTÜSÜ
Bir gecə yarısı yadıma düşdün,
Zəng etdim... Yuxun da yaman ağırmış.
Bir an xəyalınla fikrim öpüşdü,
Sən demə, səni o qonaq çağırmış...
Yuxuma gəlmişdin birinci dəfə
Səbəbi nə idi, bəs kim deyəcək?
Yumdum gözlərimi, yuxumda barı
Səni itirməyim həyatdakıtək.
Budamı qismətin bir oyunudur?
Ayrılıq rüzgarı niyə tez əsdi?
Görəsən, ömrümə gecikmiş qonaq,
Yuxumdan getməyə niyə tələsdi?
Razıyam izində itsin izlərim,
Razıyam yanında özgə, yad olum.
Unutmaq istəsən xatirələri,
Söndür siqareti, mən unudulum.
Hər baxış qəm yükü olmasın sənə,
Ürək olsa, əlbət, qəm tapılacaq!
Məni bir nəfəslik olsa da belə,
Siqaret tüstüsü xatırladacaq.
Bir haşiyə çıxım, yeri gəlmişkən,
Hələ yollarımız kəsişəcəkdir.
Bəlkə, bir il sonra qandallı əlim,
Soyuq əllərinlə görüşəcəkdir.
Bir gün o günlərdən xatirə kimi,
Görüşüb dərdləri bölərik, bəlkə...
İndidən “Bağışla!” deyirəm sənə
İşdir, görüşmədən ölərik, bəlkə.
Harda bir siqaret tüstüsü görsən,
Şıltaq uşaq kimi andırar məni.
Onda dodağına qısqandığımın
İndi də tüstüsü yandırar məni.
Bu şəhər, bu küçə, bu gizli məkan…
Burda xatirənin izi qalacaq!
Masamın üstündə bir stəkan çay,
Yenə dodağını arzulayacaq...
Demirəm stulun boş qalacaqdır,
Yerini özgəsi doldurmayacaq.
Özgə əllərində yanan siqaret
Sənin əlindəkitək durmayacaq...
Bizə şahid olan bu divarların,
Gözündən qəzəbmi töküləcəkdi?
Onda yerimizə danışan gözlər
İndi yerlərəmi dikiləcəkdi?
O yer də duracaq, o masalar da,
İnan, divarlar da heç aşmayacaq!
Bircə yerimizdə əyləşən kəslər,
Bizim xatirəyə yaraşmayacaq!
Bacarsam, adını unudardım mən.
Elə bilərdim ki, bir özgə addır.
Tək sənin dilində “əlvida” sözü,
Sənə də yad idi, mənə də yaddır!