Londona niyə «Londonqrad» deyirlər?

David Cameron metroda gedir

-
London rusdillilərin şəhərinə çevrilir. Ukraynadan sonra növbə kimindir? "Mafiastan" -
Qərb mətbuatının icmalı

***
ABŞ –da çıxan Foreign Affairs öz məqaləsinə “Londonqrad çağırır” başlığını qoyub. Niyə Londonqrad? Jurnal hesab edir ki, Britaniyanın Rusiya pulundan asılılığı təhlükəli həddədir.

2011-ci il siyahıalmasına görə, təkcə Londonda 26 min 603 rusdilli yaşayırdı.
Londonda qiyməti 1 milyon funt sterlinqdən baha olan evlərin 7 faizini ruslar alıb.

***

“Obama öz qırmızı xəttinə özü riayət eləmir”.Bu, Washinqton Postun fikridir. Bir həftə qabaq Dövlət katibi Kerry demişdi ki, rusiyapərəstlər hökumət binalarını boşaltmalıdır və “mən Lavrova aydın bildirdim ki, həftəsonu irəliləyiş görməsək, bizim Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməkdən başqa seçimimiz olmayacaq”. Ancaq həftə bitdi, Rusiya vəziyyəti qızışdırmaqda davam edir, ABŞ hökumətindən isə səs çıxmır.

Donetsk regionu, Slavyansk. April 21, 2014


Qəzet onu da yazır ki, sanskiyalar məsələsində hökumət ABŞ-ın Avropa Birliyindən ayrı hərəkət edə bilməyəcəyini deyir. Qəzet kinayə ilə yazır: “Obama hökuməti öz qırmızı xəttini keçənə qarşı hərəkət etmək istəyəndə də Kipr və ya Yunanıstan veto qoya biləcək”.

***
Washington Post başqa məqaləsində yazır ki, Ukraynaya hərəkət lazımdır, söz yox.

***

ABŞ-da çıxan həftəlik New Republic soruşur ki, keçmiş SSRİ respublikaları arasında növbəti Ukrayna kim olacaq?

Jurnal yazır ki, Putin öz işğalına rusdilli əhalinin müdafiəsi kimi arqumentlə haqq qazandırmaq istəyir, keçmiş SSRİ respublikaları yaxşı anlayırlar ki, bununla Rusiya yeni torpaqlar ələ keçirə bilər.

Ukrayna hadisələrindən sonra keçmiş Sovet respublikaları təhlükəsizliklərini möhkəmlətməyə və öz aralarındakı ziddiyyətləri də yumşaltmağa çalışırlar.

Ayrı-ayrı ölkələr haqda jurnal yazır ki, Estoniyada ruslar əhalinin 25 faizidir. Estoniya prezidenti NATO-ya müraciət edib ki, Estoniyada NATO qoşunları yerləşdirilsin.

Latviya Rusiyanın bütün televiziyalarının yayımını dayandırıb. Latviya prezidenti həm də Rusiyadan enerji asılılığını azaltmaq istəyir.

Litva NATO-ya müraciət edib ki, “Krımsayağı senaridən Litvanı qorusun”.

Qazaxıstanda isə 3,5 milyon rus var. Nazarbayev Krımdan sonra Putinə deyib ki, “Rusiyanın hərəkətlərinin məntiqni anlayır”, hərçənd bu, Qazaxıstanın neft ixracını sarsıda bilər.

Özbəkistan haqda jurnal yazır ki, “qanunsuzluq, oğru hakimiyyəti hökm sürən Özbəkistan Ukrayna hadisələrinə reaksiya verməmək üçün mümkün qədər susdu”. Ancaq Rusiyanın orbitindən çıxa bilmir.

Ermənistana gəldikdə, jurnal yazır ki, keçən dekabrda Yerevanda olan Putin Ermənistan haqda mövqeyini açıq bildirdi: “Rusiya heç vaxt burdan getmək istəməyib. Biz burda mövqelərimizi möhkəmlədəcəyik”.

Ukrayna hadisələrindən ən çox narahat olan isə Gürcüstandır. Gürcüstan Avropa Birliyi ilə Assosiasiya Sazişi imzalamaq istəyir, ancaq Giga Bokeriya Foreign Policy-də yazıb ki, “Gürcüstan hökuməti Yanukovichin dalınca addımlayır”.​

Və nəhayət, Azərbaycan haqda jurnal yazır ki, Krım hadisələrindən sonra 2009-cu ildən bəri ilk dəfə olaraq Türkmənistanın xarici işlər naziri Azərbaycana gəldi və Azərbaycanla Türkmənistan 100 km-lik Türkmənistan-Azərbaycan kəmərini müzakirə etdilər.

Bu kəmərə ABŞ-dan böyük dəstək var, hətta ABŞ kəmərin 2018-ci ildə hazır olacağını düşünür.

***
İndependent qəzetinin fikrincə, Yaxın Şərq gələcəkdə “Mafiastan” ola bilər.
Qəzet yazır ki, İraqın cənubunda neft hasilatı demək olar ki, bütünlüklə mafianın əlindədir.

Səudiyyə Ərəbistanı Pakistanın Navaz Şərif hökumətinə 3 milyard dollar verir. Niyə? Çünki Səudiyyə Ərəbistanına Suriyada Pakistan lazımdır.

Qəzet yazır ki, Talibana ola bilsin ki, daha Əfqanıstan lazım olmasın. Taliban indi Suriyaya, İraqa çıxır.

İndependent sonda yazır ki, “Bizim düşmənimiz terrordan da çox, puldur, puldur, puldur. Çirkli pullar”.