-
Bank nümayəndəsi başına yığışmış adamlara sənədlərinin doğru olub-olmadığını tövsiyə edir.
«Sovetski» məhəlləsinin evlərini satmış sakinlərinin bir qrupu pullarını almaq üçün bankların yolunu tutub. «KapitalBank»ın Yasamal rayonundakı filialından pullarını almağa gələnlərinsə heç də hamısı razı görünmür.
EVİ ŞƏHƏRDƏN YOX, KƏNDLƏRDƏN AXTARIRIQ...
Mehparə Qurbanova deyir ki, 16 kvadratmetrlik sahəsi olan evini 1500 manata satıb. Hələ pulunu ala bilməyib:
«2 aydır ki, ev axtarıram. 1500 nədir ki. Evi də artıq şəhərdən yox, ətraf kəndlərdən axtarıram. Şəhərdə olan adam dağa-daşa düşürük. Çünki 30 minə yaxın pul verirlər. Deyiblər, sabah gəlib ala bilərsiniz...».
Leyla Kərimova da «zorən» evini satanlardandır:
400 MANAT KÖÇ PULU VERMƏYİBLƏR...
Vüqar Qurbanov alqı-satqını dünən edib. Ailəsinə bir müddət onlara köhnə evdə yaşamağa vaxt veriblər:
«Alqı-satqı etdik, ancaq gərək pulumuzu da qayda-qanunla versinlər. Bardaqxana olub. Mən də verilən o 1500 manata kənddə ev ala biləcəyəm. Dedilər guya əlavə 400 manat köç pulu verəcəklər, onu da hələ verməyiblər, sərəncam da çıxmayıb. 4 gündür pula görə gedib-gəlirəm, avara ediblər, get-gələ salırlar. 1000 manat kompensasiya veriblər, ancaq 400 manatı hələ verməyiblər».
Püstəxanım Əliyeva isə 123 kvadratmetr evini satıb. O puldan narazı deyil. Ancaq 3 ev almaq gözünə dayanıb:
«Pis deyil. Ancaq mən o pula 3 ev almalıyam. Ala biləcəyəmmi, çünki tapa bilmirəm. Evlər çox bahadır...».
Bunlar evlərini satanlardır. «Sovetski» məhəlləsinin böyük bir hissəsində isə hələ sakinlər evlərini satılmayıb. Evlərini satmayanlar «köçməyəcəyik» deyirlər. Rəna Axundova deyir ki, «mən ayağımı yerə dirəyəcəyəm. Köçməyəcəyəm. Düzdür, köçənlər var. Ancaq mən bilirəm ki, 30-40 min manata heç nə ala bilməyəcəyəm».
Sakinlərin sözlərinə görə, onlara deyiblər ki, «bir-iki aydan sonra bütün evlər söküləcək».
Bir neçə ay əvvəl «Sovetski» məhəlləsinin söküləcəyi ilə bağlı məlumatlar yayılandan sonra sakinlər onlara təklif olunan 1500 manatla razılaşmayıb. Sakinlər bir neçə dəfə etiraz aksiyası keçirib, evlərindən köçməyəcəklərini bildiriblər.
Sizin brauzer HTML5-i dəstəkləmir
«Əliyev Sabir, Qəmbərov Vahid, Xankişiyeva Gülşən... Hamı qulaq assın, sənədlərinizi yoxlayın, tam qaydasındadırsa, gəlin pulunuzu götürün...».
Bank nümayəndəsi başına yığışmış adamlara sənədlərinin doğru olub-olmadığını tövsiyə edir.
«Sovetski» məhəlləsinin evlərini satmış sakinlərinin bir qrupu pullarını almaq üçün bankların yolunu tutub. «KapitalBank»ın Yasamal rayonundakı filialından pullarını almağa gələnlərinsə heç də hamısı razı görünmür.
EVİ ŞƏHƏRDƏN YOX, KƏNDLƏRDƏN AXTARIRIQ...
Mehparə Qurbanova deyir ki, 16 kvadratmetrlik sahəsi olan evini 1500 manata satıb. Hələ pulunu ala bilməyib:
«2 aydır ki, ev axtarıram. 1500 nədir ki. Evi də artıq şəhərdən yox, ətraf kəndlərdən axtarıram. Şəhərdə olan adam dağa-daşa düşürük. Çünki 30 minə yaxın pul verirlər. Deyiblər, sabah gəlib ala bilərsiniz...».
«Evi 1500 manatdan satdıq. Neçə gündür get-gəldəyik, heç o pulu da ala bilmirəm. Mənim evim 35 kvadratmetr idi. Məcbur olduq satdıq. Satmasaydıq, gəlib çıxardacaqdılar.
1500 manata nə alacağıq, bilmirik. Gün-gündən evlərin qiyməti qalxır. 1-otaqlı «xruşşovka»nın qiyməti 63 min manatdır».