Elşad İskəndərov vəzifəsindən azad olundu

Elşad İskəndərov

-
Elşad İskəndərov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilib.

Bu barədə prezident İlham Əliyev mayın 2-də sərəncam imzalayıb.

Elşad İskəndərov 2012-ci ilin mayında bu vəzifəyə təyin olunmuşdu.

Hakimiyyətyönlü media Recep Tayyip Erdoğan-ın Azərbaycana səfərində İlham Əliyevə Bakıdakı «Gülən camaatı»yla bağlı siyahı təqdim etdiyini, həmin siyahıda Elşad İskəndərovun da adının olduğunu bildirirdi.