-
Astara gömrüyü 3 aydan çoxdur ki, sahibkar Yunus Orucovun yükünü buraxmır. O, bu il fevralın 1-də İrandan kafel gətirib. Deyir, dövlət rüsumunu ödəməklə bir maşınlıq yükü ölkəyə keçirmək istəsə də, gömrükdə ilişib qalıb. Sahibkar sürücü ilə bağladığı müqavilə əsasında gündə 50 manat cərimə ödəyir:
Sizin brauzer HTML5-i dəstəkləmir
«Bütün instansiyalara müraciət etmişəm, amma nəticəsi yoxdur. Heç bir səbəb gətirmədən yalnız bunu deyirlər ki, kafel bazara bircə firmanın adından girməlidir, həmin firmaya da 10 min 500 manat pul verməlisən. Malı da, istəyirsən, dənizə tök. Ancaq prezidentin idxal-ixrac əməliyyatının liberallaşdırılması haqqında 609 nömrəli fərmanı var. O fərmana görə hər bir hüquqi şəxs xarici ticarətlə məşğul ola bilər. Amma bunlar monopoliya yaradırlar. Şirvan İqtisad Məhkəməsinə üz tutmuşam, 2 dəfə işə baxıb, iştirak etməyiblər. Əvvəllər də belə əngəllər olub, ancaq indi heç kəsi saymırlar».
Bir müddət əvvəl Dövlət Gömrük Komitəsinin 192 Çağrı Mərkəzindən AzadlıqRadiosuna bildirilib ki, Yunus Orucovun gətirdiyi yükün saxlanmasına səbəb sənədlərinin qaydasında olmamasıdır. Mərkəzdən məsələyə aydınlıq gətiriləcəyini deyilsə də, hələlik, hər hansı açıqlama verilməyib.
SƏNƏDLƏR, VƏDLƏR
Yuus Orucov «sənədlərin qaydasında deyil» sözlərini eşidən nə birinci, nə də sonuncu sahibkardır. AzadlıqRadiosuna dəfələrlə bənzər müraciətlər olunub. Elə bu günlərdə Türkiyədən laminat gətirən sahibkarın yükü də artıq üçüncü dəfə gömrükdə saxlanıb.
AzadlıqRadiosuna danışan Vüsal Hacıyevin gətirdiyi yük «Sınıq Körpü» Gömrük Keçid Məntəqəsində aprelin 27-də saxlanıb. Dediyinə görə, gömrüyün əsas iradı yenə də sənədlərlə bağlı olub. Gömrük Komitəsindən də bunu AzadlıqRadiosuna təsdiqləyiblər.
Daha bir şikayət həmin komitənin Avtonəqliyyat Baş Gömrük İdarəsindəndir. Sumqayıt sakini Elman Əliyevin aprelin əvvəlində ölkəyə gətirdiyi, ötən ilin istehsalı olan «Toyota Land Cruiser 200» markalı avtomobili gömrük idarəsindən buraxılmır. Səbəb kimi avtomobilin «Avro-4» standartına uyğun olmadığı göstərilir. Elman Əliyev mayın 1-də AzadlıqRadiosuna zəng edərək iki həftədən artıq müddət ərzində dövlət orqanlarına təqdim etdiyi sənəd və eşitdiyi vədlərdən danışır.
Sizin brauzer HTML5-i dəstəkləmir
XARİCİ DÖVRİYYƏDƏ 20% AZALMA
«Euro-4» ekoloji standartına keçiddən sonra gömrük-keçid məntəqələrindən Azərbaycana gətirilən avtomobillərin sayında azalma gözə dəyir. «apa-Economics»in məlumatına görə, Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bu günlərdə jurnalistlərə açıqlamasında həmin fikri dilə gətirib. Onun sözlərinə görə, bu azalma Azərbaycanın xarici ticarət dövriyyəsində də 20% azalma doğurub.Aydın Əliyev onu da bildirib ki, idxal-ixrac əməliyyatları zamanı yüklərin gömrük sənədlərinin rəsmiləşdirilmə müddəti qısaldılacaq. Komitə sədri son 1 ildə gömrük orqanlarında yeni qaydaların tətbiq edildiyini və sahibkarlarla gömrük orqanlarının birgə fəaliyyəti üçün hökumətə 3 təklif verildiyini söyləyib. Bu təkliflər iki qanunverici aktla bağlıdır:
72 SAAT 24 SAATA ÇEVRİLƏ BİLƏR
Komitə sədri bunu da bildirib ki, gömrük yüklərinin Azərbaycan Respublikası prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) vasitəsilə bəyan edilməsi planlaşdırılır.
xüsusi reportajlar - 29 aprel 2014
Canlı müzakirə
A.Əliyev gömrük sahəsində şəffaflığın təmin olunmasına görə, Azərbaycanın 138 ölkə arasında 39-cu yerdə qərarlaşdığını deyib. Bu, gömrük ödənişlərinin banklar vasitəsilə köçürülməsindən, elektron hökumət sahəsində görülən işlərdən qaynaqlanıb.
GÖMRÜYÜN DAXİLİ İŞİ
Gömrükdəki süründürməçilik, sahibkarlara yaradılan əngəllər, zaman-zaman, iqtisadçıların toxunduğu mövzu olub, parlament üzvləri tərəfindən də qaldırılıb.
İqtisadçı ekspert Oqtay Haqverdiyev gömrükdə baş verənləri ölkədə oturuşmuş korrupsiya zəncirinin bir halqası adlandırır:
Sizin brauzer HTML5-i dəstəkləmir
«Yəni problem təkcə gömrüklük deyil. Ayrı-ayrı şəxslər korrupsiyaya görə cəzalandırılsa da, gömrüyə tam girişə bilmirlər. Gömrük Komitəsi təklifi hara verib?
SAHİBKARA GÖSTƏRMƏK Kİ...
İqtisadi Təhlil İnstitutunun rəhbəri Məhəmməd Talıblı problemin məmurların sahibkarlıqla məşğul məmurlarda görür, yəni ilk öncə sahibkar-məmurun maraqlar konflikti aradan qaldırılmalıdır:
Sizin brauzer HTML5-i dəstəkləmir
«Ölkədə sahibkarlıqla məşğul şəxslərin çoxu, yaxud şirkətlərin arxasında duranlar dövlət məmurlarıdır.