91-ci ilin son günlərinin xronikası

-

"Ədəbi Azadlıq-2014" Milli Müsabiqəsinin 20-liyindən. Müsabiqəyə göndərildiyi kimi, nöqtə-vergülünə toxunulmadan çap edilir.


Ziya Fazil


ÇÖRƏK DAVASI:


91-ci ilin son günlərinin xronikası.
(çörək dükanından reportaj-misteriya)



Çörək dükanının qabağında bir yığın adam var idi.

Verilən məlumatlara görə iki saat idi ki, çörək gözləyirdilər.

Bütün dostlar, tanışlar bir-birlərinə çörəyi nə qədər gözlədikləri haqda fəxrlə xəbər verirdilər...

Adamlar elə bilir ki, onların həyatda qazandığı uğurları hamı bilməlidir...

Dostlardan birinin gözü adamların arxasında sülənən bir itə sataşdı:

-Gözlərinə baxın , nə qəmlidi.

O biri dedi:

- Görəsən niyə ?

Üçüncü dost:

- Əvvəllər camaat küçəyəzibil tökürdü ,indi adamlardan daha zibil artmır...- dedi.
Camaat arasında müxtəlif söhbətlər gəzirdi. Uşaq vaxtlarından indiyəcən çörək dükanının yanında durub siqaret satan qoca öskürə- öskürə deyirdi ki,qaz olmayacaq. Biz Ermənistana qaz vermirik, ona görə də Uruset bizim qazımızı bağlayacaq. Radioda da deyiblər ki, özünüzəodun, solyarka tədarük edin...
Riyaziyyat müəlliminin səsi aləmi başına götürmüşdü:

-Yaxşı ,gəlhesablayaq.Şəhərdə günortadan sonra bircə çörək dükanı işləyir, daha doğrusu o biri çörək dükanları heç günortayadək də işləmir. Səhər lap tezdən gələnçörəyi satıb qurtarandan sonra,orda işləyənlərözlərinə ayırıb saxladıqlarını da götürüb Allaha və onları bu işə qoyan hökumətə şükr eləyə-eləyə balalarının yanına gedirlər.Bunlar olsun yeddi-səkkiz nəfər. Kombinatda işləyənlər də olsun daha 100 nəfər. Allahın ən xoşbəxt bəndələri. Çörəyi evə müftə gələn və çörəyini sürücüsü alanları da çıxsaq, yerdə 20 min əhalidən ənazı 19 mini qalır. Bunun da...

Tarixçi də söhbətə qoşuldu:

-Hər ailədən həmişə bir nəfər çörək alar, qayda belədir. Əvvəllər, o gözəl “durğunluq” illərində çörək ümumxalq yeməyi idi. Heyvanı, toyuq-cücəni, iti-pişiyi də bura qatsaq
, bütün canlılar bu gözəl nemətlə qidalanırdılar. Indi isə...

Çaxnaşma düşdü. Ətrafa səpələnmişlər tezcə əsas kütləyə qarışmaq və irəli düşmək istədilər. Yox! Bu çörək yox, içiboş mebel maşını imiş. Topalanmışlar yenə səpələndilər...Öz aramızdı, heç mebel də yoxdu...

Yenidən çaxnaşma düşdü. Bu dəfə deyəsən doğrudan çörək maşınıdı. Hamının sifətində qəribə bir ifadə yarandı. Elə bil bu ifadə ilə demək istəyirdilər ki, mən neyləsəm günah bilməyin, atam-anam da qəbirdən xortlayıb gəlsə ayaqlayıb keçərəm. Bu ifadə hamının üzündə yarandığından heç kim yerini dəyişə bilmədi. Qətiyyət ifadəsi qapının ağzına yaxın olanlarda daha güclü idi.Qapının yanındakıları oradan ancaq qapı ilə birlikdə qoparmaq olardı...

Hamı çörək istəyir... Əyləncəyə hal qalmayıb. .

Maşın aralıda dayandı. İçindən iki nəfər ağ xalatlı düşdü:Kişi və qadın. Kişi- cüssəli, qadın -nərmənazik. İkisi də fikirləşirdi ki, bu insan topasını necə yarıbkeçsin. Bir nəfər “işini bilən” hay-küylə onlara yol açmağa başladı. Qapının ağzına qədər birtəhər çatdılar. Arxalarınca da qadın gəlirdi. Qapının girişini nağıl qəhrəmanları - üçdişli , yekəburunlu, sallaqqulaq qocalar və üçtelli , üzüqırış, dili qarğışlıqarılar kəsmişdilər.

Onlar ordan aralanmasaydılar qapı açılmayacaqdı.Onların da ki,çəkilməyə nə həvəsləri, nə fiziki gücləri, nə də imkanları yox idi, çünki camaat çörəksatanlara hörmət edibbir adamlıq açılıb-yumulmuşdu, vəssalam . Çörəksatanlar kor-peşimangeri qayıtdılar, daha doğrusu geri süründülər, sürtündülər, itələşdilər. Xalq etiraz səsini ucaltdı. Satıcı birtəhər ortadan çıxıb külli-ixtiyar sahibi kimi bəyan elədi ki, camaat oradan, yəni qapıdan aralanmasa çörək satmayacaq. Hamı qapının yanındakılara hündürdən ağıl öyrətməyə və ürəklərində nifrət etməyə başladı. Hamı dəqiq bilirdi ki, qapıdakılar dünyanın ən pis adamlarıdırlar. Birincisi ona görə ki, onlar çörəyə daha yaxın yerdə durublar, ikincisi də ki, məlumdur, onlara görə satıcı geri qayıdıb. Satıcının satmayacağını və qapıdakıların çəkilməyəcəyini görən ətrafdakılar yavaş-yavaş maşının ətrafında toplaşmağa başladılar. Daxildə bir ümid çırağı yanmışdı: Nə bilmək olar,bəlkə elə maşından satdılar. Aha! Deyəsən ümid və arzular gerçəkləşir !!!Maşının çörək qapısı şaqqıldadı. Kiminsə əlində beş çörək göründü. Ax!.. Mərət!.. Yenə örtüldü. Aydın oldu ki, bu uşaq baxçasının dədəli-cicili və baxçadakı ögey analı yetimləri üçün imiş . Hər halda belə fikirləşən tapıldı. Adam ac qalanda nəinki uşaqlığa, hətta insanlığa da nifrət edir. Kimsəucadan Qorbaçovu söydü. Hələ Mütəllibovu söyə bilmirlər.

Deməli vəziyyət o qədər də pis deyil...

Kimsə böhtan atdı, bəlkə də həqiqəti söylədi ki, bağça tərbiyəçiləri uşaqlara bircə parça çörək verib qalanını öz çırtımlarına aparacaqlar. Bu sözü deyən yəqin uşaqları çox sevirdi...

Hamının balası var...

Kişi satıcı camaatla dil tapmağa çalışdı. Növbə belə gəldi, sakitlik belə getdi və sairə. Camaat çörəyin dərdindən onun şərtlərinə dərhal razı oldu. Ancaq satıcı da , camaat da bilirdilər ki, bu şərtlərə heç kim , heç vaxt əməl etməyəcək. Satıcılar qapı tərəfə bir də həmlə etdilər. Onların işi qapıya yetmək və qıfılı açmaq oldu. Qalan işi camaat gördü. Onları hop götürüb özlərini də, satıcıları da piştaxtalara yapışdırdılar. Birtəhər piştaxtanın o üzünə keçmiş satıcılar indi içəri keçməkdən də böyük problemlərlə məşğul olmağa başladılar.

İşdən həmişə iş çıxır...

Məsələ bunda idi ki, dükanın çörək boşaldılan qapısı da var idi və bura həmişə pulunun qalığından keçməyə hazır olanlar yığışırdılar. Yuxarıda- içəridə pulun sayı qəpiklə(ölmüş qəpiklə), ağağıda-eşikdə isə manatla(xırda əvəzi olan manatla) ölçülürdü. Satıcılar isə nə puldan keçə bilmirdilər , nə də ictimai rəyi unuda bilirdilər. Çörək gələnə qədər aşağıdakılara heçbir şey satmayacaqlarını vəd edib, çörək gələndən sonra bu vədə xilaf çıxırdılar...

Hamı qazanmaq istəyir...

Məlum oldu ki, çörək yetmişcə dənə imiş, beşini də uşaq baxçasına verdilər, qaldı altmış beşi. İçəridə, çöldə, böyür qapının qabağında isə , yalançılar sözü , 300-ə yaxın adam vardı. Hesablamalardan başı şişmiş riyaziyyat müəllimitəklif etdi ki, çörəyi yarı bölüb satsınlar. Amma ən savadsız riyazi hesablamalar da bütün millətin doymasına imkan vermirdi. Qırğın başlandı...

Çörək heç yerə düşmürdü. Bərəkətindən iraq, heçdeyən yox idi ki, çörək pis bişib. Çörəyə məhəbbəti yəqin və ancaq bu cür tərbiyə etmək olar. Ətrafı qulaqbatırıcı səslər bürümüşdü. Xalqsəcdəgahlarının adını təkrar-təkrar bağırmaqdan cəzb olmuşdu. Bu bütün alanların, hətta qoca kişilərin belə “xala” dediyi nərmənazik satıcı qadının adı idi. Hər bir kəsin xoşbəxtliyi ondan asılı idi. O kiməsə nəzər yetirib onu xoşbəxt, kiməsə yetirməyib bədbəxt edə bilərdi. Hamı onu sevirdi, o vaxta qədər ki, çörək var idi. Dükanda çörək qurtardı, sevgi də onunla birlikdə...

Hərənin öz sevgisi var, hər sevginin isə öz vaxtı...

YOX! Hələ qurtarmayıb!!Həyat davam edir!!! İkinci çörək maşını gəlir !!!!!Bayaq çörək ala bilməyib peşiman olanların yerini , ümidini itirməyib çiyni, ayağı, qarnı, qolu, dili və adı çəkiləsi mümkün olmayan digər bədən üzvləri ilə fəal işləyənlər tutmuşdular.
Hamı birləşib olmuşdubir can!...

Tarix müəlliminin omba sümükləri ağrıyırdı, arxadan dirənənlər onu piştaxtanın üstünə yıxmışdılar. O , piştaxtanın üstünə sərildiyi vəziyyətdən dikəlməyə çalışdı. Kimsə irad tutdu ki, yekə kişisən, sən tərpənəndə qapının ağzına qədər çaxnaşma düşür.Kimdənsə heyvan iyi gəldi... Kimsə asqırdı. Hərə bunu bir tərəfə yozdu. Yəqin ki, ya çörək ala bilməsinə, ya da ala bilməməsinə.
Taleyin işlərini bilmək olmur...

Qabaqda duran arvadlardan biri arxasına yapışmış cavan oğlana məsləhət gördü ki, onu ya anası, ya bacısı hesab eləsin və ürəyində fikirləşdi ki, başqa yerdə deyil, yoxsa çönüb əməlli-başlı onun nəslini-nəcabətini “tərifləyərdi”. Bəlkə də başqa şey fikirləşdi...Bəlkə fikirləşdi ki, o da bir vaxtlar cavan qız olub və niyə o vaxtlar belə çörək “növbələri” olmayıb. Ürəyindən də bəlkə bir göynərti və gizilti keçdi...
Allah hamının ürəyincə versin...Amin!

Arxadakı oğlan vəziyyətin çıxılmaz olduğunu ətrafdakılara başa salıb özünü təmizə çıxartmağa çalışdı. Çörək bir neçə saniyəlik yaddan çıxdı. Hamının üzündə qəribə bir ifadə yarandı. Bu ifadədə daha nələr yox idi!...Elə bil hamının pis iş tutduğu yerdə üstünə çıxmışdılar. Bəziləri gülümsündü...Geniş məkan və sinədolusu hava olsaydı gülərdilər, ya da hündürdən qəhqəhə çəkib yerə yıxılıb ağnayardılar. Yaxşı ki, qışdır, iyi-qoxu çox elə yoxdur. Amma kimdənsə heyvan iyi gəlir...Yay olsaydı adam huşunu itirib ustalardı. Bəlkə də yay olsaydı daha yaxşı olardı.Kimsə özünü verərdi qızmış bədənlərin arasına , qışdan qalmış soyuqdəyməsini tərləyib çıxarardı...

Hər fəslin öz ləzzəti , öz gözəlliyi var...

Arxadan kimsə təklif elədi ki, hamı bayıra çıxıb növbə düzəltsin, içəri də beş-beş girib rahatca, adam kimiçörəyini alsın. Hamı bu fikirlə başını geri döndərdi ki, ay həriflədin ha, kim qabaqdakı çörəyə yaxın yerini verib təzədən, hələ düzümü bəlli olmayan məchul bir növbəyə durmaq istəyər. Təklif edənin qulağına bu fikirlər sadə xalq dilində çatmalıydı: Get atdır, get otunu otla, sən başın ?!, deməzsən aldatdım ?və s... Sözü deyən milis imiş. Bu da adamlıqdan danışarmış...Hamı tez üzünü irəli çevirdi. Arvadlardan biri tezcə belə bir söz atdı ki, dünən qalstuklu bir kişibir parça çörəkdən ötrü özünü ber-biabır elədi.

Qalstuk abır rəmzi imiş...

Çörəyə az qalıb. Şüarların hamısı yəqin indi beyinlərdə çörəklə əvəz olunub: ” Vətənin çörəkliliyi və unluğu”, “Родина-хлеб зовет!”, “Vermə, dünyaları alsan da bu cənnət çörəyi!”, “Çörəyi tanı, özünü tanı!”. Köhnəatalar misalları isə heç sərfeləmir: Necə yəni çörəyi ver çörəkçiyə? Birini də üstəlik?!!Əksinə, çörəyi al çörəkçinin əlindən , üstəlik gözünü də çıxart. Necə yəni, ay yetim, kimi söyərsən, mənə çörək verəni? Ayağına düşərsən, dalından öpərsən!!... Bir də ki, ora onsuz da tərtəmizdir...o qədər öpülüb ki, vəzifəli, pullu, kabinetli, rüşvətli, paylı, yetim kişilər tərəfindən... hamısının da ata-anası yerindəcə durur, heç çörək almağa da gəlmirlər...

Adam yarıyanda nəsillikcə yarıyır...

Satıcı kişi son qərarını xalqa bəyan etdi: Bayaqkı milis piştaxtanın arxasına keçir və irəli soxulanı yumruqla ( o, dumbuz dedi) vurub geri itələyir. Milis çiyinlərindəki rəsmi ulduzlara yaraşmayan bir sevinclə razı olub tez piştaxtanın arxasına keçmək istədi. Ay keçdin ha! Böyürdən keçmək istədi, ancaq sağ və sol cinahlar tutulmuşdu. Bircə tarana getmək qalırdı. Birinci həmlədə müftə yeməkdən yekələnmiş bədən üzvü ona mane oldu. İkinci həmlədə isə camaat onun başqa bir yekə yerindən yapışıb piştaxta ilə təkbətək davanı ümumxalq mübarizəsinə çevirdi.

Düz deyirlər , xalqımıza birlik gərəkdir...

Piştaxta milisin ayaqları altında azca qala can vermişdi. Dükan özülünə kimi titrədi......Satıcı oldu üç nəfər. Milis fikirləşdi ki, hər şeyin üstündən bax beləcə ayaqlayıb keçmək lazımdır...

Hamı həyatda uğur qazanmaq istəyir...

Alver başlandı. Bayaqdan içəri doldurulan çörək əllərə, üzlərə, sinələrə sıxıldı. Camaat milisi də ümumxalq alverinəqoşmağa çalışdı. İndiyədək ancaq insan taleyi iləalver eləmiş milis camaatın ümid deşiyinə hökumət papağıtıxamadı. Satıcı kişi imkan edib təəccüb dolu nəzərlərini milisin pul alıb-verməyə öyrəncəkli əllərinə dikdi. Camaat bunu hiss etdi, ani sakitlik çökdü. Kimsə fikirləşməyə imkan tapdı ki, it itin ayağını basmaz.Tarix və riyaziyyat müəllimləri uşağına dərs dedikləri milisə pul uzatdılar. Satıcıya aid hissəsi düz olmasa da misal düz çıxdı. Alver yenə qızışdı. Heyvan iyi kəskinləşdi...Kənddə də çörək qalmayıb deyəsən...

Çörəkli xoşbəxtlər çörəksiz bədbəxtləri ayaqlayıb azadlığa çıxmaq istədilər...
Hamı istəyir ki, azad olsun...

Məlum oldu ki, hamının əli çörəyə çatmayıncaheç kim azadlığa çıxa bilməyəcək.

Azadlığın yolu təşkilatlanmadan keçirmiş...

Üç dost bir-birinə göz-qaş, him-cim edib birgə hücuma keçdilər. Az keçdilər, düz keçdilər, pullu budaqların ucları üzlərini cırdı, qadın cəngəlliyinin sarmaşıqları boyunlarına dolandı, qırılmamış meşələrin kötükləri ayaqlarına dolaşdı, insan dənizinin dalğaları üzlərinə çırpıldı. Bir cəngə sarmaşıq qopartdılar, bir-iki budaq qırdılar, üç-dörd kötük aşırdılar, beş dalğayasinə gərib ikisinə baş vurdular və...

QQƏƏƏƏƏƏƏƏƏƏƏLLƏƏƏƏƏƏƏBBƏƏƏƏƏƏƏ!!!!!!

AAAAAAAZZAAAAAAAAADLLIIIIIIIIIIIIIIIIIIIIQQQQQ!!!!!!!

MÜÜÜÜÜÜSSSSSTTTƏƏƏƏQQİİİİİİLLLİİİİİKKKKK!!!!!!

Qələbə sevinci ən gözəl hisslərdən biri imiş!...

...Qaliblər eninə bir cərgəyə düzülüb geniş küçə boyu addımlamağa başladılar. Biri fikirləşdi ki, sabah da bu hissi yaşayacaq. O biri , onun qabağına düşmüş qızın saçlarının ətrindən hissiyyatını itirmiş burnunun, düz burnunun ucunda dayanmışqız boynuna baxmaqdan çaş olmuş gözlərinin, qızın istisini duymuş dərisinin ləzzətini bir nöqtəyə toplamaqla məşğul idi. Üçüncüsü... Allah bilsin nə fikirləşirdi...
Hərənin öz aləmi var...

Onlar içəridə olanda bayırda qış idi. İndi isə yaz gəlmişdi. Ürəkləri də gənclik həvəsi ilə coşub-daşırdı...elə bil , bir az bundan qabaq müharibədən çıxmışdılar, bircə yollarında alqışlar , gül-çiçək və Zəfər Tağı çatışmırdı.

Arxadan yalın ayaqların çappıltısı gəldi. Uşaqlığın ən yetim, ən yalavac, ən ac nümayəndəsi özünü onlara çatdırha-çatdırda idi. Uşağın aclığı sözə dönüb ilan kimi onların qəlbinə girmək istədi:

-Əmi, əmi, mənə bir az çörək ver. Noolar, bir azca çörək ver. Bir tikə...
Hər üçü birdən döndü:

-...dir burdan,köpəyoğlu!!!

Ifadə elə güclü çıxdı ki, uşaq dinməz-söyləməz geri döndü. Üç dostun heç hansının evdə arvad-uşağı olmasa da hər birinin atası, anası – qocalığın nümayəndəsi vardı. Onlar da çörək gözləyirdilər...

Hamının ata-anası var,hətta yetimlərin də...

Dostlar kor-peşiman, ac-yalavac geri sürünən uşaqlıqdan uşaqlaşıb onları gözləyən ac qocalığa tərəf gedirdilər. Uşaq azacıq da olsa keflərini pozmuşdu...

Bayramda həmişə bir qanqaraçılıq olur...

Eybi yox, qocalar ac qalmayacaq...Hamını yedirtmək mümkün deyil, kimsə ac qalmalıdır ki, kimsə tox olsun...

Axşam yerli radioda elan etdilər ki, çörək bundan sonra siyahı üzrə satılacaq: Adam başına 250 qram...

Bu gün kəşfiyyat xarakterli döyüş hazırlığıimiş, sabah isəsonu bilinməyən çörək davasının birinci günü ..