Somada Erdoganın maşınını daşa basıblar, onu "oğru", "qatil" adlandırıblar

Soma

Partlayışda 238 şaxtaçının həlak olduğu Soma şəhərində hökumət əleyhinə nümayişlər olub. Nümayişçilərin bir çoxu öz qəzəbini bu şəhərə gələn Türkiyənin baş naziri Erdoganın üstə töküb.

Erdoganın maşınını daşa basıblar. Nümayişçilər onu “qatil”, “oğru” adlandırıblar. Nümayişçilərlə polis arasında qarşıdurma olub.

Bir az əvvəl Erdogan bildirib ki, şaxtada yerin altında hələ də 120 şaxtaçı var.