.
“Zerkalo” qəzeti Mətbuat Şurasının təsisçilər heyətindən çıxıb. Bu haqda AzadlıqRadiosuna qəzetin baş redaktoru Elçin Şıxlı məlumat verib. Onun sözlərinə görə, Şuradan çıxmaları barədə ərizəni bir həftə öncə təqdim ediblər:
“Bu qərarı Mətbuat Şurasının qəzetimizin düşdüyü ağır vəziyyətə biganə qaldığını gördükdən sonra qəbul etdim. Qəzetin müxbiri Rauf Mirqədirov həbs olundu, şura heç bir reaksiya vermədi.
Qəzet gündəlik nəşrini dayandırdı, bir dəfə də olsun zəng edib soruşmadılar ki, problem nədir.
Nəyimə lazımdır belə qurum? Mətbuat Şurası ayrı-ayrı fərdlərin qurumu deyil. Bu qurumun əsas təsisçilərindən biri də biz olmuşuq.”
Səsələnən ittihamlarla bağlı Mətbuat Şurasından heç bir şərh almaq mümkün olmayıb.
Türkiyədəki müxbiri Rauf Mirqədirovun həbsindən sonra rusdilli «Zerkalo» qəzeti mayın əvvəlindən gündəlikdən həftəlik fəaliyyətə keçib. "Ayna" qəzeti də ayda bir dəfə çap olunur.
Qəzetin rəhbərliyi dövriliyin azaldılmasını maliyyə çətinlikləri ilə izah edir.