Donetskin əsas inzibati binası barrikadalardan təmizlənir
Sizin brauzer HTML5-i dəstəkləmir
Donetskin Rusiyameylli məmurları aprel ayından zəbt edilən vilayətin əsas iznibati binasının barrikadalardan və orada yaşayan adamlardan təmizlənilməsini elan edib. Özünü Donetsk xalq respublikasının rəhbəri elan etmiş Denis Pushilin jurnalistlərə bildirib ki, bu binada qarət və soyğunçuluqla məşğul olan adamlar da qalırdı. Onun sözlərində görə bundan sonra inzibati binada separatçı "hökumətin" məmurları işləyəcək (Reuters)