-
«QOY YENİLƏK, AMMA…»
«Ağlagəlməz dərəcədə gözəl bir 28 may gəlmişdi. Elə bil, ana təbiət də bu gündən dolayı sevinir və bərabər olmayan döyüşdə əldən düşən üsyançı xalqa təskinlik verirdi. Dan yeri ağarandan bəri ayrı-ayrı cəbhələrdə top, pulemyot və tüfəng atəşləri eşidilirdi. Zaman-zaman orada-burada mərmilər partlayırdı.
Həmin gün Azərbaycanın istiqlalı münasibətilə Dairə Məhkəməsinin binasında axşam saat 8-də Şeyxülislam başda olmaqla ən hörmətli şəxslər toplaşmışdı. Ümumi durumla tanışlıqdan sonra, demək olar ki, toplaşanların hər biri öz fikrini söylədi. Hamı sonacan mübarizəyə səsləyirdi. Qoy yenilək, amma düşmən yüzlərcə, minlərcə ölümüzün üstündən keçərək qələbə çalsın. Qoy 28 may günü vətən uğrunda canından keçən möhtəşəm qurbanlar günü kimi tariximizə yazılsın. Qoy 28 mayda düşmən qəddar və amansız dirənişlə, dişə-diş, qana-qan mübarizəylə üzləşsin. Qoy 28 may günü layiqli dirəniş möhtəşəm ruhumuzun, mənəvi qələbəmizin rəmzinə çevrilsin!..».
Veriliş boyu Gəncə üsyanının qəhrəmanı - polkovnik Cahangir bəy Kazımbəylinin xatirələrindən parçalar səslənəcək:
«…Beləcə, Azərbaycan xalqının silahlı üsyanı başa çatdı. Azərbaycan milli qoşunlarının və əhalinin apardığı qəhrəmanca mübarizə və axıtdığı qan, öz canlarını belə Vətənə əsirgəməmələri Azərbaycan xalqının əzəmətli ruhunu üzə çıxardı. Tarix bu qurbanları unutmayacaq. Onlar gələcək milli AZƏRBAYCANIN sementi və təməlidir».
Gəncə üsyanının növbəti ildönümündə Azərbaycan tarixinin daha bir qürur səhifəsinə işıq tutaq.

–1920-ci il mayın 22-də planlanan və 24-də başlanan Gəncə üsyanı niyə Bakıda yox, Gəncədə başladı?
–1920-ci il Gəncə üsyanı Azərbaycan tarixindəki 1-ci Gəncə üsyanından nə ilə fərqlənir?
–Üsyanı kim və necə planlaşdırmışdı?
– Üsyana kimlər qatılmışdı?
– Sakinlər üsyançılara necə dəstək göstərdilər?
– Gürcüstan ordusu və Milli Ordunun Qarabağdakı bölmələri niyə yardıma gəlmədi?
–Bolşeviklərin süvari diviziyası necə darmadağın edildi?
--Üsyanın təşkilatçılarından Cahangir bəy Kazımbəylinin, Cavad bəy Şıxlinskinin, Məhəmməd Mirzə Qacarın və b-nın taleyi necə oldu?
– Və nəhayət, Gəncə üsyanı olmaya bilərdimi?

Sizin brauzer HTML5-i dəstəkləmir