Krımda Ukraynalıların kilsəsi əllərindən alındı
Sizin brauzer HTML5-i dəstəkləmir
Simferopol yaxınlığındakı Perevalnoye kəndində yerləşən Pravoslav kilsəsi Kiyev patriarxılığına aiddir. İyunun 1-də, səhər saatlarında kazak dəstələri bura hücum edərək dindarları kilsədən çıxarıblar. Pravoslavların Moskva və Kiyev patriarxlarına məxsus 2 müxtəlif dini qurumu var. Birinci sovet dövründən qalan kilsədir, 2-ci isə Ukrayna müstəqillik qazanandan sonra yaranıb. Onların arasındakı ziddiyət Bizans imperiyasının xələfi kimi Kiyevin və ya Moskvanın birinciliyi ətrafında mübahisələrdən doğub. Sovet rəhbərliyi ancaq Moskva patriarxılığının fəaliyyətinə icazə vermişdi.