-
“Zero” kitab evinin rəhbəri, şair Zahir Əzəmətlə söhbət
- Zahir bəy, son illər çoxlu tərcümə kitabları çap olunur. Bəs bədii tərcümənin keyfiyyəti, sizcə, hansı səviyyədədir?
- Bu sahədə boşluq çoxdur. Müəyyən problemlər kadr çatışmazlığından, bazarın tələbindən doğur. Çox vaxt oxucular tərcümənin səviyyəsindən, hərf səhvlərinin çoxluğundan şikayətlənirlər. Yüksək səviyyəli kardları-tərcüməçi, redaktor, korrektor və s. işə çəlb etdikdə bir kitabın qiyməti ikiqat artmış olur. 500 nüsxə kitabın çap olunması və üstəlik satılmamasını nəzərə alsaq, bu da əlavə kadrların işə cəlb olunmasını çətinləşir.
Ümumi baxanda, Gürcüstan kimi kiçik ölkə ilə müqayisədə Azərbaycanda tərcümə işi o qədər sürətli deyil. Xarici ölkələrdə hər il ədəbi mükafatlar almış, eləcə də satış sayına görə ilk onluğa düşmüş əsərlər tərcümə olunur. Hələ ki bu bizim kitab bazarında öz əksini tapmır. Amma bizi böyük ölkələrlə də müqayisə etmək olmaz. Çünki o ölkələrin kitab bazarı böyükdür. Bizdə tərcümə işi və kitab bazarıyla daha çox iş görən "Qanun" nəşriyyatı, kiçik nəşriyyatlar və yayın evləridir. Onlar da özlüyündə kiçik kitab bazarını formalaşdıra bilib. Amma ümumilikdə bu, kiçik rəqəmdir.
- Tərcümə işlərini necə qəbul edirsiz?
- Gənc tərcüməçilər bizə müraciət edərkən tərcümələrinə baxırıq. Normal redaktə ilə əmələ gəlirsə, qonorarımız az olsa da, razılaşıb tərcüməni qəbul edirik və nəşr edib bazara çıxarırıq.
-Tərcümə üçün qonorar hansı standartlara uyğun müəyyən olunur?
- Bazara çıxarılacaq kitabın həcmi-tirajı, satış qiyməti və onun nəşri üçün çəkilən xərc, topdansatış şəbəkəsinə çıxan xərc, korrektor, redaktora ödəniləcək haqq hesablanır - bunları nəzərə alaraq qonorar müəyyənləşdirilir. Əlbəttə, böyük tirajla kitab satılsa, tərcüməçiyə verilən qonorar da çox olar. Bir ildir bu işlə məşğulam, elə bir kitab yoxdur ki onun bütün tirajlarını satıb bitirə bilək. Bizim kimi kiçik nəşriyyatların hədəfi ziyan etmədən özünü dolandırmaqdır. Yəni işimiz biznes deyil, kitab nəşr etməklə maarifçiliyə dönmüş olur.
- Bədii tərcümədən qazancın az olması nədən irəli gəlir, tərcümənin zəif olmasından, ya necə?
- Kitab bazarının kiçik olması ilə yanaşı ölkədə peşəkar tərcüməçi azdır. Tərcümə etdiyi əsəri incəliyinə qədər bilənlər iki-üç nəfərdir. Gənc tərcüməçilər də işləyə-işləyə yetişməlidilər. Tərcümə olunmalı əsərlər çoxdur. Oxucunu operativ məlumatlandırmaq lazımdır. Ancaq peşəkar səviyyədə tərcümələri də gözləmək düzgün deyil. Burda həm də dövlətin dəstəyi vacibdir.
Prezidentin sərəncamıyla dünya ədəbiyyatından tərcümələr nəşr edildi. Bu işin üzərində xüsusi komissiya işlədi. Otuz min tirajla kitab dərc olundu və bütün dövlət kitabxanalarına pulsuz verildi. Bu proses davam etməlidir. Əgər biz dünyaya inteqrasiya etməkdən danışırıqsa, dünyanı da Azərbaycana gətirməliyik. Xalqa dünya ədəbiyyatını, mədəniyyətini, dilini çatdımaq lazımdır. Eləcə də Azərbaycanı dünyaya tanıtmaq lazımdır. Həm xairici əsərlər dilimizə, həm də bizim dildən xarici dilə tərcümə olunmalıdır. Dövlət dəstəyi ilə yenidən tərcümələr üçün siyahılar tərtib olunmalıdır. Həm klassik, həm müasir ədəbiyyata müraciət olunmalıdır.
Təkcə fransız ədəbiyyatından Viktor Hüqonu tərcümə etməklə iş bitməməlidir. Fransız ədəbiyyatında XX əsrdə hansı tendensiyalar olub, onun təmsilçiləri haqqında nəşrlər olmalıdır. Biz bilmirik alman, fransız poeziyasında nələr baş verir. Dünya poeziyasında baş verənlərdən xəbərimiz yoxdur. Onların ədəbi dərgilərindən, almanaxlarından xəbərsizik. Təbii ki, tərcümə dərgiləri, misal üçün, "Xəzər" jurnalı kimi dərgilər bu işlə məşğul ola bilər. Amma o da dövlət dəstəyindən məhrumdur, illərdir büdcəsi yoxdur.
Finlandiya Avropanın ən çox kitab oxuyan ölkəsidir. Kiçik olmasına baxmayaraq yaşam standartları Avropa Birliyindəki ölkələrdən üstündür. Bir xalq nə qədər intellektual olarsa, ümumi daxili məhsulu da, gəlirləri də çox olacaq.
“Bir ildir bu işlə məşğulam, elə bir kitab yoxdur ki, onun bütün tirajlarını satıb bitirə bilək. Bizim kimi kiçik nəşriyyatların hədəfi ziyan etmədən özünü dolandırmaqdır”.