Günə 50 fincan kofe içən dahi

Kierkegaard qəhvəxanada, 1843-cü ilin rəsmi

-


QƏHVƏBAZ DAHİLƏR

Kimi deyir, kofe can dərmanıdı, kimi də deyir, ondan ziyanlı şey yoxdu. Avropaya Türkiyədən gətirilmiş qəhvə bir çox görkəmli şəxsiyyətlərin sevimli içkisi olub.


Søren Kierkegaard

Danimarka filosofu Kyerkeqor haqda belə demək olar: qəhvəni qəndlə içməzdi, qəndi qəhvə ilə yeyərdi. Çünki kofesinə 30-can qənd parçası atarmış.

Onun 50-dək kofe fincanı varmış. Köməkçisinə tapşırarmış ki, hər dəfə birini seçsin.

Theodore Roosevelt


Teddy Roosevelt

Amerikanın 26-cı prezidenti T.Roosevelt günə bir qallon (təxm. 3,8 litr) kofe içərmiş. Oğlu sonradan demişdi ki, atasının kofe fincanı az qala vanna boydaydı…













Johann Sebastian Bach


Johann Sebastian Bach

Böyük alman bəstəkarı Bax qəhvəni o qədər xoşlayırmış ki, hətta şair Picander-in məzəli şeirinə “Kofe Kantatası” da bəstələyibmiş. Bu musiqi əsərində Vyanada qəhvəxanaların artmasından narazı olanlar ələ salınır. O zaman kübar cəmiyyətdə “qara camaatın getdiyi, kirli-tüstülü” qəhvəxanalara pis baxırdılar.









Ludwig van Beethoven


Ludwig Van Beethoven

Digər dahi alman bəstəkarı Bethoven o dərəcədə qəhvəbaz imiş ki, hər fincanına 60 kofe dəni üyüdərmiş. Onun bir şakəri də varmış. Xoşu gəlməyən adama ironiya ilə deyərmiş ki, “bəlkə getməmişdən qabaq bir fincan kofe içəsən”.












Benjamin Franklin


Benjamin Franklin

Amerika dövlətinin banilərindən olmuş Franklin hələ Londonda yaşayarkən günü qəhvəxanada keçərmiş. O, siyasi yığıncaqları da qəhvəxanada keçirər, burada şahmat oynayarmış. Franklin hətta bacısına deyibmiş ki, ona göndərdiyi məktubların ünvan yerinə qəhvəxananın ünvanını yazsın. Həm də biznesmen olan Franklin özü də qəhvə satırmış. Və hamıya məsləhət görərmiş ki, dənizə çıxanda qəhvə tədarüklərini özləri görsünlər, çünki gəmi kapitanının ehtiyatı səfərin sonunadək bəs eləməyə bilər.





Volter


Voltaire

Böyük fransız mütəfəkkiri Volter, deyilənə görə, günə 40-50 fincan kofe içərmiş. Həkimlər ona məsləhət görərmiş ki, bu qədər içməsin, kofe onun axırına çıxa bilər. Buna baxmayaraq Voltaire 80 ildən çox yaşamışdı. O, kofe haqda belə deyibmiş: “Hətta əgər kofe zəhərdisə, gec təsir edən zəhərdi”.


www.huffingtonpost.com