Həbsdə olan jurnalist Pərviz Həşimli Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimlərindən Məhkəmə-Hüquq Şurasına şikayət edib.
Bu haqda AzadlıqRadiosuna onun vəkili Bəhruz Bayramov məlumat verib:
«İyunun 5-də Pərviz Həşimli ilə görüşdüm. Saxlanma şəraitindən narazı deyil. Biz onunla bağlı qərar çıxaran hakimlər – Novruz Kərimov və Tamella Nəsrullayevadan şikayət vermişik. Çünki, biz çıxarılan qərarı qanunsuz sayırıq».
Pərviz Həşimli ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur. Onun barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri seçilib.
Jurnalist həbsini siyasi sifarişli sayır