“Yığılan pullar kimin cibinə gedir, bilən yoxdur”.
AzadlıqRadiosunun “Qaynar xətt”inə şikayət edən Araz Məmmədov deyir, dördüncü ildir ki, Əhmədli metrostansiyası yaxınlığında inşa olunmuş çoxmərtəbəli binaya köçüb. Köçdüyü vaxtdan da hər ay pul ödəyir:
“Yığılan pula xadimələrin, bir neçə işçinin və lift təmiri pulu daxildir. Hər ay ən azı 100-120 manat civarında xərcimiz çıxır. Ancaq binanı tikən şirkətlə müqavilədə bu məbləğdə xidmət haqqı yığılacağı göstərilməmişdi. Aldığımız evlərin sənədi olmaya-olmaya iri məbləğdə xidmət haqqı ödəyirik və yığılan pulların kimin cibinə axdığını bilmirik. Bizə deyirlər ki, yığılan pullarla xadimənin, mühafizəçinin maaşı verilir”.
Ancaq bina sakini deyir, yığılan məbləğlə xidmətçilərə verilən məvacibin məbləği arasında yerlə göy qədər fərq var:
"BİLMƏK İSTƏYİRƏM, VERDİYİM PUL HARA GEDİR?"
“Bu binaya 5-6 nəfər xidmət göstərir. Maaşları ilə maraqlanmışıq, 300-350 manatdır. Bu binada azı 60 ailə yaşayır. 60 ailədən 100-120 manatdan yığılanda aylıq 10-12 min manat edir. Bunun da təqribən 2000 manatı işçilərin maaşı edir. Bəs qalan pullar kimin cibi üçün yıığılır? Pul verən bir bina sakini kimi bu məni çox maraqlandırır. Ancaq 4 ildir elə bir söz deyib dururlar ki, işçilərin maaşına gedir, vəssalam”.
Əmlak bazarı ilə məşğul olan ekspertlərin fikrincə, mənzil sahiblərinin müştərək cəmiyyəti yaradılmalı və bütün xidmət növlərini öz üzərinə götürməlidir. Bina sakinləri müxtəlif qurumlarla müqavilə bağlayıb onların xidmətindən yararlanmalıdır.
Ekspert Nüsrət İbrahimov:
“Nə qədər xərc tələb olunur və adambaşına nə qədər düşür. Hazırda bu iş qanunauyğun aparılmır. Digər bir problem isə mənzildə yaşanılmadığı halda onlardan xidmət haqqı alınır”.
Ekspert hesab edir ki, çoxmərtəbəli binalarda texniki personal və mühafizə xidmətinin əmək haqları sakinlərin aylıq xidmət ödənişləri vasitəsilə təmin edildiyi üçün, tam olmasa da, bu məbləğ 50 faiz ödənilməlidir.
Statistikaya əsasən, paytaxtda çoxmərtəbəli binaların sayı azı 1300-dür. Bu binaların hərəsində 80-100 mənzil yerləşir. Xidməthaqlarının bahalığı 100 mindən çox ailənin problemi hesab olunur.