Rusiya mediası Ukraynaya qarşı ikinci cəbhə açır

Guya Donbassda çəkilən bu fotodakı qızcığazın şəkli əslində 2010-cu ildə Moskva kino festivalında təqdim olunan "Brest qalası" filmindəndir

Rusiya telekanalında Ukrayna qaçqınları kimi təqdim olunan kadrlar Kosova böhranı zamanı çəkilib

Kiyevdə mer seçkisində qələbənin qeyd olunması kimi təqdim olunan şəkil əslində San-Fransiskoda keçiriən Gey-paradda çəkilib

Ukrayna hərbçilərinin qəddarlığı kimi təqdim olunan bu şəkil isə Balkan münqaişəsi zamanı Bosniyada çəkilib

"Donetsk xalq respublikasını kosmosda tanıdılar" - deyə bu fotonu "xoş xəbər" kimi təqdim edənlər sadəcə olaraq saxtakarlıqla məşğuldurlar. Onlar arzuladıqlarını həqiqət kimi təqdim etmək Fotoşop-un kömətinə müraciət edirlər

Buna isə "adımı qoyum sana, səni də yana-yana" deyirlər. Həqiqət odur ki, oğlunu itirən əsgər anası prezidentə müraciət edir. Lakin prezident Putindir, ona müraciət edən ühzn dolu qadın isə oğlunu Şimali Qafqazda itirib. Həmin videoya burada bax
 

Rusiya "trolları" bu fotonu "Ukrayndanın Ternopol şəhərində Polşa ilə birləşmək tələbi ilə keçirilən mitinq". Fotonun orijinalı isə Polşada hökumət eləyhinə etiraz mitinqindəndir.

Bu şəkildə Meksika narkotik alverçilərinin meyidləri Ukraynada qırğın mənzərəi yaratmaq üçün istifadə olunur. 

Slavyansk şəhərinin hər gün bombalanması haqda yayılan xəbərlərə yeni şəkillər tələb olunur. Axı hər gün eyni dağıntı şəkli göstərəndə sual doğa bilər ki, bu binanı 1 həftə əvvəl dağıdıblar, bəs yeni dağıntılar hanı? Vəziyyətdən "çıxış yolu" var: NATO hücumlarından sonra Belqrad səhnələrini Slavyansk kimi təqdim etmək.

Mikhail Gavriliuk bu ilin yanvar ayında Maydan hadisələrində bir müddət diqqət mərkəzində idi. Etirazçılar arasında bu Ukrayna kazakını Berkut həbs edrək işgəncə vermiş, sonrda soyundurb 20 dərəcə şaxtada küşəyə buraxmışdılar. Rusiyapərəstlərin saxta fotolarında indi bu kazakın guya Donetsk separatçılarının dəstəsində qoşulduğu iddia olunur

"Adımı qaoyum sənə" silsiləsindən daha bir nümunə. Rusiya hərbçilərinin insafında olan və Çeçenistanda baş verən bu faciə görüntüsü "Ukrayna faşistlərinin" əməli kimi təqdim olunur.