İŞİD İraq əsgərlərinin kütləvi edam videolarını yayıb

İŞİD yaraqlıları Mosulda İraq ordusundan qənimət qalan maşınlarda. 12 iyun 2014

İraqın şimalındabn alınan xəbərlərə görə, orada İraq və Şamın İslam Dövləti (İŞİD) qruplaşmasının yeni ərazilər zəbt etməsinin qarşının alınması üçün nizami qoşunların, şiə könüllülərinin və tayfa nümayəndələrindən ibarət kollektiv ordunun yaraqlılarlarla şiddətli döyüşlü davam edir.

Bu arada İŞİD elan edib ki, zəbt etdiyi Mosul şəhərində və ətraf yerlərdə əsir aldığı hökumət əsgərlərini kütləvi şəkildə edam edib.

İraqın baş naziri Nouri al-Maliki dünya birliyinə müraciətlə deyib ki, iraqlılar kimsənin onların əvəzinə döyüşməsini istəmirlər, lakin bu döyüşdə dünyanın yardımına ehtiyacları var.

Son xəbərlərdə deyilir ki, ötən həftə Mosulun işğalı zamanı hadisələrə biganə qalan yerli tayfalar indi hökumət qoşunlarına fəal köməklik göstərməyə başlayıblar.

Hazırda döyüşlər Mosuldan 65 kilometr qərdbdə yerləşən Tal Afar şəhərində gedir. Şəhərdəki əhalinin əksəriyyətini türkmənlər təşkil edirlər. Dini baxımdan şəhər şiələrə və sünnilərə bölünüb.

İraqın təhlükəsizlik qüvvələri Reuters agentliyinə bildiriblər ki, hökumət Tal Afardakı yaraqlılara döyüş helikopterlərindən zərbələr endirir.

Mosulun üzərində İraq silahlı qüvvələrinin döyüş təyyarələri uçuşlar keçirir.
İraq təhlükəsilik qüvvələri son 24 saat ərzində 279 “terrorçunun” məhv edildiyini bildiriblər.

Təhlükəsizlik qüvvələrin bildirilər ki, İŞİD-in maksimal canlı qüvvıəsi 12 min döyüşçüdən çox deyil.

Qərbli cihadçılar

ABŞ Konqresində Kəşfiyyat Komitəsinin sədri olan Mike Rogers bildirib ki, İŞİD-in sıralarında çox sayda Avropa və Amerikadan olan döyüşçülər var.

Cənab Rogers vəziyyyəti “son dərəcə ağır” adlandırıb və bildirib ki, bu cihadçılar döyüş meydanlarından qayıtdıqdan sonra Qərb üçün böyük təhlükə mənbəyi olacaqlar.

Mike Rogers bildirib ki, Qərb ölkələrində doğulmuş cihadçılar öz pasportları ilə asanca ölkəyə daxil ola bilərlər.

İraqda Maliki hökumətini devirməyə cəhdlər göstərən yeganə təşkilat İŞİD deyil. Britaniya mətbuatı yazır ki, Mosulun işğalında İraq İnqilabçıları Korpusunun döyüşçüləri də iştirak ediblər.

İqaq İnqilabçıları Hərbi Şurasının rəhbəri, Səddamın generallarından olmuş Muzhir al Qaisi-nin sözçüsü bildirib ki, əslində onların köməyi olmadan İŞİD Mosulu ələ keçirə bilməzdi.

BBC-yə müsahibəsində al Qaisi müttəfiqlərini “vəhşi” adlandırıb və iddia edib ki, onun korpusu İŞİD-dən qat-qat güclüdür.

O həmçinin deyib ki, İŞİD-dən fərqli olaraq müharibəni Cenevrə Konvensiyasına uyğun aparır.

Qapağı açdınsa...

Britaniyanın keçmiş baş naziri, 2003-cü il İraq müharibəsinin təşəbbüskarlarından biri olan Tony Blair Sky News televiziyası ilə söhbətində deyib ki, Britaniya İraq münaqişəsinə dərhal müdaxilə etməlidir. Lakin o, əlavə edib ki, bu müdaxiə İraq ərazisinə qoşun yeridilməsini nəzərdə tutmamalıdır.

İraqın Bədr təşkilatının silahlı dəstələri hökumət qoşunlarını dəstəkləyəcəklərini elan ediblər


Tony Blair iddia edib ki, bu gün İraqda yaşananlar Qərbin Suriyadakı fəaliyyətsizliyinin nəticəsidir.

Tony Blair deyib ki, “şüşənin ağzını açdınmı, oradan dalbadal yeni problemlər çıxacaq”.

Britaniyanın keçmiş baş naziri məhz buna görə də Yaxın Şərqdə hətta diktaturalar devrikldikdən sonra da Qərbin hərbi mövcudiyyətinin saxlanmasını zəruri sayır.

Assad İraqa dəstək verir

Bu arada Suriya ordusu da sərhəd üzərindən İraq hökumət qoşunalrına dəstək verməyə başlayıb.

Suriya müxalifəti bildirir ki, bu, Assad rejimi ilə Nouri al-Maliki hökuməti arasında əldə olunmuş razılaşma əsasında edilir.

Suriya İnsan Haqları Müşahidə Qrupu bildirib ki, Suriya hökumət qoşunları ölkənin şimalındakı Raqa və Hasake məntəqələrindəki İŞİD bazalarını ağır bombardmana tutublar.

Bir vaxtlar Assad rejiminin devrilməsi cəhdlərində müttəfiq olan Suriya müxalifəti və İŞİD hazırda düşmən mövqedədirlər.

Səudiyyə Malikini şiəlikdə ittiham edir

Səudiyyə Ərəbistanında mətbuat İraqın şiə baş naziri Maliki hökumətinin kəskin tənqidi kampaniyasına başlayıb.

Mətbuat baş naziri hazırkı münaqişənin baiskarı sayır və onu “məzhəb” siyasəti aparmaqda ittiham edir.

Bəbil şəhərndə toplaşan İraqın tayfa başçıları İŞİD-ə qarşı mübarizədə İraq ordusuna dəstək verəcəklərini bəyan edilər


Səudiyyə Ərəbsitanı Suriya və İraqdakı sünni islamçılara ən böyük dəstəyi verən ölkə kimi tanınır.

Ötən mart ayında İraqın baş naziri Nouri al-Maliki Səudiyyəni və Qətəri terrorizmi dəstəkləməkdə ittiham etmişdi.

Kütləvi edamlar

Bu arada İŞİD Bağdadın şimalındakı bir əyalətdə hökumət əsgərlərinin kütləvi güllələnməsini əks etdirən fotoları ekstermistlərə aid internet saytlarında dərc edib.
Fotolarda güllələnmə yerinə yük maşınlarında gətirilmiş əsgərlərin əvvəlcədən qazılmış xəndəklərin qarşısında edam edilməsi əks olunub.

Cərgə ilə üzüaşağı uzanmış əsirləri maskalı yaraqlılar güllələyirlər.

Britaniya mətbuatı edamın Bağdadın şimalındakı Səlahəddin əyalətində baş verdiyini, edam olunanların isə İraqın təhlükəsizlik qoşunlarının əsgərləri olduğuqlarını bildirir.

Tükürpədici görüntülər

Mətbuat yazır ki, bu şəkillərdən bəziləri son dərəcə vahiməli olduğu üçün çap olunmayıb.

AP agentliyi İraq hərbiyyəsinin sözçüsü general-leytenant Qassim al-Moussawi-yə istinadən fotoların saxta olmadığını bildirib.

Fotolarda vaxt və yer göstərilməsə də Moussawi dəqiqləşdirib ki, kütləvi edam Tikrit şəhərində həyata keçirilib.

Birləşmiş Millətlər Təşkilatı bildirib ki, Mosul şəhərində əsgərlərin və dinc əhalinin kütləvi edam edildiyini göstərən məlumatlar alıb.

Bu məlumatlardan birində İŞİD yaraqlılarının keçmiş ABŞ bazası ərazisində 1700 əsgəri edam etdikləri bildirilir.

Kürdlər fürsəti fövtə vermirlər

“The Daily Telegraph” qəzetinijn İraqın şimalındakı kürd regionunda olan müxbiri Ruth Sherlock xəbər verir ki, İŞİD-in hücumundan istifadə edən kürdlər ölkənin Suriya ilə iki sərhəd postundan biri üzərində nəzarəti ələ alıblar.

Müxbir xəbər verir ki, kürdlər vaxtilə İraq hökumətindən ala bilmədikləri bəzi əraziləri tutmağa başlayıblar.

Qəzet yazır ki, bu arada Mosulu tərk etmiş on minlərlə didərgin dogma yurdlarına qayıtmağa başlayıb.

Ruth Sherlock yazır ki, kürdlər yaranmış vəziyyətdə ikili taktika yürüdürlər. Onlar eyni zamanda İŞİD-lə döyüşən hökumət qoşunlarına dəstək verirlər.