Merkel, Hollande və Putin Ukraynadan, qazdan danışıblar

Angela Merkel və Francois Hollande

-
Fransa, və Almaniya liderləri Rusiya prezidenti Vladimir Putini çağırır ki, Ukrayna ilə qaz təchizatına dair danışıqları bərpa etsin.

İyunun 19-da edilmiş telefon zənglərində Angela MerkelFrancois Hollande «Ukraynanın şərqində döyüşlərin tezliklə bitirilməsinin, təhlükəsizlik durumunun sabitləşdirilməsinin vacibliyini vurğulayıb». Bu barədə Hollande-nin ofisinin yaydığı bəyanatda deyilir.

Kremlin mətbuat xidmətinin məlumatına görə, 3 lider Kiyevin qaz borcuna görə danışıqların dayandırılmasının Avropanın enerji təhlükəsizliyi və iqtisadiyyatına mümkün təsirini götür-qoy ediblər.

Ukrayna və Rusiya arasındakı qaz danışıqları bu həftənin əvvəlində dayanıb. Rus qazının AB ölkələrinə daşınmasında kəsilmə sarıdan Avropada narahatlıq yaranıb.

UKRAYNA XƏBƏRLƏRİNİ CANLI BLOQDA İZLƏ