İyunun 23-də Avropa Şurası Parlament Assambleyasının yay sessiyası başlanıb.
İyunun 23-27-si keçiriləcək sessiya dövründə Azərbaycan prezidentinin çıxışı, “Ukraynadakı müharibənin humanitar nəticələri”, mediada və media vasitəsilə zorakılıq, Avropa Şurasının İnkişaf bankı qarşıəsında sınaqlar, İtaliyaya Afrika ölkələrindən gələn miqrantlar, Qərbi Böyük səhradakı münaqişənin həllinə yardım kimi məsələlərin müzakirəsi olacaq.
AŞPA-nın mətbuat xidmətinin verdiyi məlumata görə, sessiyanın ilk günündə - iyunun 23-də Azərbaycanın xarici işlər naziri, Avropa Şurası Nazirlər Komitəsinin sədri Elmar Məmmədyarov çıxış edəcək. Daha sonra o, parlamentarların suallarını cavablandıracaq.
Həmin gün qurumun Bürosu və Daimi Komitəsinin fəaliyyəti haqda tərəqqi hesabatı dinləniləcək, Makedoniya və Ukraynada keçirilmiş seçkilərlə bağlı müzakirələr olacaq.
İyunun 25-də Azərbaycan prezidenti İlham Əliyev sessiyada çıxış edəcək.
Sessiya zamanı Avropa Şurası baş katibi vəzifəsinə seçki keçiriləcək və Avropa İnsan Haqları Məhkəməsinə yeni hakimlər seçiləcək.
Bundan əlavə, sessiyada Avropa İnsan Haqları Məhkəməsinin müstəqilliyinin möhkəmləndirilməsi, yuvenal ədliyyə və bir sıra digər mövzular üzrə debatlar keçiriləcək.