İyunun 29-da Orucluq başlayır

-
İyunun 29-da Ramazan ayının 1-ci günüdür. İyun ayının 28-i orucluğun niyyət gecəsidir.

Ramazan bayramı iki gün – 28 və 29 iyulda keçiriləcək. Bayram namazı iyulun 28 və ya 29-da qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Ramazan ayının başlanması ilə bağlı fitvasında belə deyilir.

Fitvada fitrə haqqında deyilir ki, bu günün həyat şəraitinə uyğun olaraq ailənin hər bir üzvü üçün 5-10 manat civarında fitrə zəkatı verilməlidir.

Qazılar Şurası din xadimlərinin nəzərinə çatdırır ki, orucluqda iftardan öncə ehsan süfrələrində iştirak etməsinlər.